"Milli bomba" Tbilisi festivalında

 

Film sanki bu tədbir üçün çəkilibmiş

 

Tbilisidə keçirilən MDB ölkələri ilk kino festivalının yekunları kinoşünaslarda xoş təəssürat doğurub. Gürcüstan paytaxtında Rusiya digər MDB ölkələrinin ilk kino festivalının yekunlarına həsr olunan mətbuat konfransında xoş notlar üzərində fikirlər səslənib. Festival MDB ölkələri Humanitar əməkdaşlıq Dövlətlərarası Fondunun dəstəyi, Tbilisi İncəsənət Mədəniyyətlərarası Beynəlxalq Fondunun Moskvanın Kino Proses Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilirdi.

Festivala həsr olunan mətbuat konfransında festivalın proqram direktoru Vyaçeslav Şmırov ilk kinofestivalın yekunlarını təəssüratlarını açıqlayıb. Kinematoqrafçılar, rejissor artistlər, publisistlər, prodüser kinoşünaslardan prodüser Sergey Selyanov, rejissorlardan Aleksandr Proşkin, Vitali Manski, Aleksey Federçenko, Katya Saqalova, Giya Vazqadze başqaları festivalın böyük bir bayram kimi keçdiyini qeyd ediblər. Rus kinematoqrafçıları bu festivalı mistik hadisə adlandırıblar. APA-nın məlumatına görə, festivalda 28 kinofilm nümayiş etdirilib. Festivalın prezidenti SSRİ xalq artisti, kinorejissor Eldar Ryazanov olub. Festival ideyasını Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy dəstəkləyib.

Bu sənət bayramı haqda öz təəssüratlarını jurnalistlərlə bölüşərkən kinoaktrisa, "Novaya qazeta" qəzetinin əməkdaşı Larisa Malyukova deyib: "Mən ilk dəfədir Gürcüstanda oluram. Təəssüratlarım böyükdür. Mən deyilənləri təkrar etmək istəmirəm. Biz gələcəyə nikbin baxmalıyıq. Komanda çox balaca olmağına baxmayaraq, tədbir çox professional şəkildə, komfortla təşkil edilmişdi. Tamaşaçılar nümayiş etdirilən hər kinoya çox diqqətlə emosiya ilə baxırdılar. Hiss edilirdi ki, hamının məsuliyyət hissi var. Mənə elə gəlir ki, buna görə sağ ol demək lazımdır".

Rus rejissoru Aleksandr Proşkin deyib: "Sözsüz ki, həyəcan da vardı. Biz tamamilə başqa şey gördük. Sanki başqa bir dünyaya düşmüşdük. Sovet dönəminin Tbilisisi artıq yox idi. Biz başa düşə bilmirdik; bu, Avropadır, ya Gürcüstan? Hər yer təmiz gözəl idi. Küçələrdə əhali sakit şəstlə hərəkət edirdi. Elə bil ki, biz əsl həyatı görürdük. İndi isə geri qayıtmalıyıq, yaşamaq uğrunda mübarizə aparmaq üçün. Mənə görə, bu səfər səadətdir". Festival iştirakçıları qeyd ediblər ki, tədbirin təşkili xalq diplomatiyasına uğur gətirəcək. Gürcüstan paytaxtındakı "Rustaveli" kinoteatrında keçirilən festivalda Azərbaycanın görkəmli kinorejissoru Vaqif Mustafayevin çəkdiyi "Milli bomba" lenti nümayiş etdirilib. Festivalın proqram direktoru Vyaçeslav Şmırov APA-ya açıqlamasında bildirib ki, tədbirdə MDB ölkələrindən kinofilmlər, o cümlədən bu gün Azərbaycandan rejissor Vaqif Mustafayevin "Milli bomba" lenti nümayiş etdirilib. Əsərdə baş rolu gürcü artist Avtandil Maxaradze ifa edir:

"Çox təəssüf edirəm ki, bu gün filmin rejissoru Vaqif Mustafayev bizimlə deyil. Ukraynadan da, Özbəkistandan da digər rejissorlar gəlməli idi. Biz onlara tədbir barədə gec məlumat vermişdik. Amma mənə çox fərəhli gəldi ki, Vaqif Mustafayevin filmi sanki bu tədbir üçün çəkilib. Bir mənə elə gəldi ki, elə bil yenə əvvəlki ümumi mədəni meydança saxlanılır. Bu tədbirlər bizi birləşdirir".

 

 

Ayna.- 2010.- 13 noyabr.- S.19.