"X nöqtəsi..."nə gedən yol

 

Bu sərgi perspektivli istedadlara işıq salır

 

Muzey Mərkəzində Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgisinin açılışı keçirildi. Sərginin nümayişi noyabrın 14-dək davam edəcək. APA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən Mədəniyyət Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirib ki, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəcibova, Zərnişan Alqayeva, Raminə Saadətxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah Gündüz Ağayevin əsərləri nümayiş etdirilir. Fərəh Əliyeva deyir:

"On il əvvəl Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycan rəssamlarının sırasına bir çox istedadlı gənclərin qatılmasına səbəb olub. Akademiyanın, eləcə Mədəniyyət İncəsənət Universitetinin məzunları bir çox sərgilərdə uğurla iştirak edərək öz istedadlarını, bilik bacarıqlarını nümayiş etdiriblər".

Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, bu sərginin keçirilməsində məqsəd artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək vermək, onların əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etməkdir. Rəssam deyir:

"Adları qeyd edilən rəssamlar cidd-cəhdlə irəli getməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konversiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərlərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur".

 

 

Ayna.- 2010.- 13 noyabr.- S.19.