"Sintezatoru orkestrə
Eldar Mansurovla mən gətirmişəm"
Tahir Əkbər
hesab edir ki, onun imkanlarından
düzgün istifadə
olunmur
Milli musiqinin
inkişafında xidmətləri
olan bəstəkar Tahir Əkbər bir çox musiqiçilərin tənqid
hədəfinə çevrilən
sintezator aləti barədə maraqlı açıqlama verərək
bildirib ki, bu aləti orkestrə
həmkarı Eldar Mansurovla birlikdə gətirib:
"Bu hadisənin 10 ildən çox yaşı var.
Biz yoxlayıb gördük
ki, bu alət
ansambl şəklində
pis səslənmir. Ona görə
də orkestrə gətirib imkanlarından istifadə etdik. Amma sonradan bunu yüngül
musiqi aləti kimi istifadə etməyə başladılar".
Tahir Əkbərin
fikrincə, sintezatorun
ünvanına yaxşı
fikirlərin səslənmədiyinin
başlıca səbəbkarı
bəzi ifaçılardır:
"Hər alətin özünəməxsusluğu var. Əgər ifaçı mükəmməl deyilsə,
onun xoş avazını eşitmək
mümkün olmayacaq. Bu səbəbdən də çoxları bu aləti peşəkar səviyyədə qəbul
edə bilmədilər".
Sintezator alətindən
daha çox toy şənliklərində və
şou-proqramlarda istifadə
olunur. Yüzlərlə ritmi özündə
birləşdirən alət
barədə danışan
peşəkarlar onun musiqimizi süniləşdirdiyini
iddia edirlər.
Sözünün davamında bəstəkar
musiqidə yad elementlərin olmasından
da narahatlıq keçirdiyini dilə gətirdi. Söylədi ki, əksər
musiqiçilər, özəlliklə
də həvəskar bəstəkarlar Azərbaycan
mahnısı adı altında yad melodiyalarla yüklənən
nəğmələr yazırlar.
Onun fikrincə, onlar peşəkar musiqidən başı çıxmayanlardır.
"Belələri yüngül ritmlər üzərində mahnı
qurmaqla, özlərinə
ad qazandırmaq istəyirlər.
Bu isə Azərbaycan
musiqisinə kölgə
salır", - deyə
T.Əkbər bildirdi.
Z.Rüstəm
Ayna.- 2010.- 13 noyabr.- S.21.