Rus Dram Teatrı yubileyinə hazırlaşır

 

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə məlumat verən teatrın direktoru Ədalət Hacıyev deyib ki, yubiley dekabrın 21-də baş tutacaq. Həmin gün Azərbaycanın digər dövlət teatrlarının kollektivləri Rus Dram Teatrını təbrikə gələcəklər. Elə bu münasibətlə həmin teatrların kollektivlərinin ifasında tamaşalardan parçaların nümayişi nəzərdə tutulur.

Ə.Hacıyev qeyd edib ki, Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən yubiley tədbirində MDB ölkələrinin tanınmış teatr xadimlərinin iştirakı da gözlənilir. Artıq yubiley tədbirində Rusiyanın tanınmış teatr xadimləri Nina Ruslanova, Spartak Misulinin qızı Karina Misulinin iştirakı dəqiqləşib. Rus Dram Teatrında yubiley tədbirinə ciddi hazırlıq işləri aparılır.

 

 

Ayna.- 2010.- 13 noyabr.- S.20.