"Kənar" filminə Ukraynada baxılıb
Xarkov şəhərində keçirilən
İnsan Hüquqlarına
həsr olunmuş IV Beynəlxalq "Pillələr"
Kinofestivalında Azərbaycan
da təmsil olunub. Kinofestivalda Murad
Muradovun rejissorluğu
ilə çəkilən,
Azərbaycan, Gürcüstan
və "Internews"un birgə işi olan "Kənar" filmi festivalın müsabiqə
bölməsinə daxil
edilərək nümayiş
etdirilib və xüsusi mükafat qazanıb.
Xatırladaq ki,
"Kənar" Gürcüstanda
"Ən yaxşı
emosional film", "Ən
yaxşı rejissor işi" və "Ən yaxşı
film" nominasiyalarında mükafat
qazanıb. Bu film "Azərbaycan ailəsi-2009"da
ikinci yerə layiq görülüb.
Ayna.- 2010.- 20 noyabr.-
S.20.