Aşıq sənəti xaricdə
təbliğ edilir
Norveçdə fəaliyyət göstərən
Norveç Azərbaycanlıları
Gənclər Təşkilatı
(NAGT-NAYO) Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənətinin xaricdə təbliği istiqamətində
növbəti layihəni
həyata keçirib.
Diasporla İş
üzrə Dövlət
Komitəsinin mətbuat
xidmətindən verilən
məlumata görə,
əsasən norveçlilər
və Norveçdə
yaşayan əcnəbilər
üçün nəzərdə
tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı
çərçivəsində həmin universitetin kitabxanasında keçirilib.
Tədbirdə Oslo Universitetinin professor və
müəllim heyəti,
eyni zamanda norveçli və əcnəbi tələbələr
iştirak ediblər. Norveç
Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd
Mirzəyevin ifasında aşıq havalarımız və
dünya klassik irsinin dəyərli nümunələri
canlı olaraq səsləndirilib. Əhməd
Mirzəyevin ifasını tədbirə toplaşan əcnəbilər
böyük maraqla qarşılayıblar. Aşıq
musiqisi norveçlilərin də xüsusi diqqətinə səbəb
olub. Əhməd Mirzəyev bildirib ki, bir
azərbaycanlı olaraq Norveçdə aşıq sənətinin
daha geniş və əhatəli təbliği
üçün konsert proqramı və konfrans keçirilməsini,
Azərbaycandan da buraya aşıqlar dəvət edilməsini
çox istəyir. Aşıq sənətinin
təbliğini nəzərdə tutan "Lunsy med Kultur"
layihəsi çərçivəsində gerçəkləşən
bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlər
də nümayiş olunub.
Ayna.- 2010.- 27 noyabr.- S.20.