"XV-XVII Yüzil Rus Ədəbiyyatında Türklər"

 

Bizim müəllifin monoqrafiyası Ankarada işıq üzü görüb Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovun (Vəlixanlı) Ankarada, Atatürk Kültür, DilTarix Yüksək Qurumu tərəfindən 2010-cu ilin noyabrında işıq üzü görmüş "XV-XVII Yüzil Rus Edebiyatında Türkler" monoqrafiyasının əsasını müəllifin 2003-cü ildə Moskvada nəşr edilmiş "XV-XVII əsrlər rus ədəbiyyatında türk elementləri" kitabının mətni təşkil etmişdir.

Gələcək Rusiyanın bir Avrasiya dövləti kimi formalaşmasında və avrasiyaçılıq elmi-nəzəri cərəyanını irəli sürən rus alimlərinin postulatlarının ortaya qoyulmasında türk amilinin əhəmiyyəti dönə-dönə təsdiqlənir.

Əsasən Moskva Rusu ədəbi abidələrinin geniş təhlilinə yer verən T.Cəfərov bu dövr rus ədəbiyyatının ideya və mövzu cəhətdən zənginləşməsində, obraz və xarakterlərin ədəbiyyata gətirilməsində və oxucu auditoriyasına təqdim olunmasında, novatorluq çalarlarının qazanılmasında türk-tatar mövzusunun xüsusi rolunu vurğulayır. Orta əsrlər rus ədəbiyyatının "Sarqradın türklər tərəfindən tutulması haqqında povest", "Məhmət saltan haqqında hekayət", "Üç dəniz arxasına səyahət", "Kazan tarixi", Azov povestləri və s. kimi əsərlər dərindən təhlil olunur. Moskva Rusunun Osmanlı Türkiyəsi, Krım və Kazan xanlıqları, Səfəvi dövləti ilə hərbi, diplomatik, ticari əlaqələrinin bədii və publisistik təsvirinin elmi-tarixi əhəmiyyəti qeyd olunur.

Kitab Türkiyə türkcəsinə Bakı Slavyan Universiteti avropaşünaslıq kafedrasının müəllimi Natiq Abdullayev tərəfindən uyğunlaşdırılmışdır.

 

 

Ayna.- 2010.- 27 noyabr.- S.19.