Diplomlu müğənnilər
Səhnədə isə diplomu yox, sənətini nümayiş etdirməlisən
Sirr deyil ki, ölkənin indiki şou ulduzlarının çoxu
məhz məşhurlaşandan
sonra ali
təhsil almaq barədə düşünürlər.
Onların çoxu səs,
səhnə standartlarına
cavab vermə göstəricilərindən daha
çox məhz sonradan əldə etdikləri bu diplomları əsas gətirib "özlərinə
oxumaq haqqı" tanıyırlar. Amma həqiqət
həm də odur ki, məşhurların
çoxu bu diplomu məhz "peşəkarlıq manipulyasiyası"
üçün əldə
edir. Həqiqətdə isə onların
çoxu universitet auditoriyalarında əyləşib
peşəkarların mühazirələrini
dinləməyi "vaxt
itkisi" hesab edirlər.
Apardığımız
kiçik araşdırmada öyrəndik ki, Faiq Ağayev Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin məzunları sırasındadır. Amma onun
aktyorluq imkanları müğənni peşəsinin gölkəsi
altında sürünür. Brilliant Dadaşova 1990-cı ildə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin musiqili komediya ixtisasını, Nisə Qasımova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin solooxuma ixtisasını, Ağadadaş Ağayev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin musiqi və teatr kollektivlərinin rəhbəri
ixtisasını bitirib. Bundan əvvəl isə ilk ali təhsilini
Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universitetinin ümumtexniki fənlər və fizika fakültəsində
alıb. Uzun müddət Cəlilabad rayonunda fizika müəllimi
işləyib. Azərin Bakı Musiqi Akademiyasının
solooxuma sinfini, Nəzakət Teymurova Bakı Musiqi
Akademiyasında Arif Babayevin muğam sinfini bitirib.
İfaçıların
bir qismi əsas peşələrindən bir qədər
yayınaraq müğənnilik sənətini seçiblər.
Digər qismi isə müğənni olandan sonra
ayrı-ayrı ixtisaslara yiyələniblər. Növbəti
sıralamada Ədalət Şükürovun adını
çəkə bilərik. Adının yanında əməkdar
artist fəxri adı duran müğənni Sankt-Peterburq İncəsənət
Akademiyasını bitirib və hazırda bu universitetin elmlər
namizədidir. İradə İbrahimova Azərbaycan Milli
Konservatoriyasının solooxuma fakültəsini bitirib. İlk
təhsilini isə Azərbaycan Dillər Universitetində
alıb. Sevda Ələkbərzadə bir az əvvəl
adını çəkdiyimiz həmkarı İ.İbrahimova
ilə birlikdə Azərbaycan Milli Konservatoriyasının eyni
kursunda təhsil alıb.
Nadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, ali təhsili yoxdur. Eyyub Yaqubov Asəf Zeynallı adına Musiqi
Kollecinin fortepiano sinfini
bitirib. Bu müğənninin
də ali
təhsili yoxdur.
Azərbaycanın xalq artisti adını
qazananlardan biri Nazpəri Dostəliyeva Mədəniyyət və
İncəsənət Universitetinin
solooxuma fakültəsinin
məzunudur. İzzət Bağırov da
eyni universitetdə eyni fakültənin tələbəsi olub.
Elariz Məmmədoğlu Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin mədəni-maarif
fakültəsinin kütləvi
tamaşalar rejissoru ixtisası üzrə təhsil alıb. Vasif Məhərrəmli Bakı
Musiqi Akademiyasının
ifaçılıq fakültəsini
bitirib. Tünzalə
Ağayeva Qəmbər
Hüseynli adına
Gəncə Musiqi Texnikumunda oxuyub və onun da
ali təhsili yoxdur. Elnarə Azərbaycan Milli
Konservatoriyasının məzunudur.
İlk təhsilini Azərbaycan Dillər Universitetində alıb. Məleykə Əsədova Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində teatr aktyorluğu ixtisasına yiyələnib. Müğənni Kərim isə Mədəni-Maarif Texnikumunun
xalq çalğı
alətləri orkestrinin
bədii rəhbəri
bölməsini bitirib.
Sabir Əhmədov Moskva Dövlət Konservatoriyasının
solooxuma sinfinin, Nura isə Bakı
Musiqi Akademiyasının
məzunudur.
Onların gənc
həmkarı Ayaz Qasımov Azərbaycan Milli Konservatoriyasının
solooxuma, Fidan Hacıyeva Bakı Musiqi Akademiyasının vokal sənəti, Şahin Növrəsli Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində
ali təhsilə
yiyələniblər.
Növbəti sıralamada
adları hallandırılan
Nurlan Növrəsli Bakı Musiqi Akademiyasının vokal, Rüfət Axundov Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
dram rejissorluğu, Lalə
Məmmədova Azərbaycan
Milli Konservatoriyasınvn
solooxuma fakültəsində
təhsil alıblar. Qeyd edək ki, Lalə xanım
ilk təhsilini Azərbaycan
Dillər Universitetində
alıb.
Səhnəmizin "ağır"
ulduzlarından olan Zülfiyyə Xanbabayeva Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
rejissorluq, Elnur Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültələrində,
Elza Seyidcahan Bakı Musiqi Akademiyasının bəstəkarlıq
fakültəsində Arif
Məlikovun sinfində
təhsil alıblar. Cavanşir Məmmədov Asəf Zeynallı adına Musiqi
Kollecinin ifaçılıq,
daha sonra Azərbaycan Dövlət Texniki Universitetinin avtonəqliyyat fakültəsində
təhsil alıb. Gülüstan Əliyeva Bakı Musiqi Akademiyasının solooxuma,
Xuraman Şuşalı
Azərbaycan Milli Konservatoriyasının solooxuma
sinfində, Rahidə Baxışova Asəf Zeynallı adına
Musiqi Kollecində təhsil alıblar. Rəqsanə Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
məzunudur. İlk təhsilini
isə Gəncə texnikumunda alıb. Röya Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və bundan öncə 7 illik musiqi məktəbində
fortepiano sinfində oxuyub.
Öyrəndik ki, Aygün Kazımova, Abbas Bağırov, Natəvan Həbibi kimi tanınanların isə ali
təhsili yoxdur.
Mövzunu maraqlı etmək üçün Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti
Fərhad Bədəlbəylinin
mövqeyini öyrəndik,
O, diplomla bağlı
məsələyə fərqli
mövqedən yanaşdı. Diplomun əldə bayraq edilərək sənətkar
adlanmağın düzgün
olmadığını bildirib:
"Rəşid Behbudov, Maestro
Niyazi, Xan Şuşinskinin də diplomu olmayıb. Kimsə "diplomum var" deyib çıxış
etmək haqqı olduğunu deyirsə, bu, yanlışdır.
Sənətdə sənət nümayiş
etdirmək lazımdır,
diplom yox. Mən diplomun alət edilməsinə çox pis baxıram".
F.Bədəlbəylinin sözlərinə
görə, müasir
efir sənətkarlığı
olmayanları daha çox reklam edir: "İncəsənət
tək estrada
ilə bitmir. Hamı elə bilir ki, incəsənət estradadan başlayıb, şouda qurtarır. Sənətdə senzura, ekrana
çıxmaq üçün
bədii şura olmalıdır. Kim istəsə ekrana çıxır, zövqlər
korlanır. Kimin kiminlə
davası varsa, ondan bir saatlıq
veriliş hazırlanır.
Onda Üzeyir Hacıbəyov, Qara Qarayev, Hüseyn Cavid, Səttar Bəhlulzadə lazım deyildir. "Ölülər"
Şekspir səviyyəsində
yazılmış bir
əsərdir. Bizim
cavanlarımız bu gün "Ölülər"ə,
"Dəli yığıncağı"na baxır? Xeyr. Eyni problem musiqidə də yaşanır. Azərbaycanda mənəvi sərvətin
sayı bitib-tükənməzdir,
ancaq bizim gənclər bundan xəbərsizdir".
Ədəbi və musiqi efiri üçün senzura tətbiq olunmasının problemi müəyyən qədər
həll edəcəyini
söyləyən rektor
musiqidən başqa, söz, mətn probleminin də olduğunu vurğulayıb.
Xatun
Ayna.- 2010.- 2 oktyabr.-
S.21.