Uşaq
mahnıları niyə yazılmır?
Oqtay Zülfüqarov
bu boşluğu doldurmağa çalışır
Uşaq mahnılarının yazılmaması
xalq artisti, bəstəkar Oqtay Zülfüqarovu narahat edir. Konservatoriyanın bəstəkarlıq fakültəsinə tələbat
bir o qədər də zəif deyil, amma onların
arasında uşaq mahnıları yazanlar yetişmir. Buna maraq yoxdur.
"Bu gün elə bir bəstəkar tanımıram ki, sırf uşaqlar üçün işləsin. Bu heç də yaxşı göstərici
deyil. Əvvəllər uşaqlar üçün
bir sıra mahnı müsabiqələri
təşkil olunar, onlar həvəsləndirilərdi.
İndi uşaqlar səviyyəli müsabiqələrə həsrət
qalıblar".
"Aysel" Uşaq Mahnı Teatrının bədii rəhbəri olan Oqtay Zülfüqarov
hesab edir ki, uşaqların "ara musiqisi"nə aludə olması onların maariflənməsinə
mənfi təsir göstərir.
"Bu gün üç evdən birində ya şair, ya
bəstəkar, ya da müğənni yetişməkdədir. Bunların nə
məktəbi, nə yolu var. "Həvəskarlar"
ordusuna qoşulub ayda ən azı
10 mahnı bəstələyirlər.
Belə mahnılar həmin evdə böyüyən uşağın zövqü
və tərbiyəsində
müəyyən dərəcədə
rol oynayır. Çox təəssüf ki, mövcud prosesin qarşısını almaq
qeyri-mümkündür".
O.Zülfüqarova görə,
mədəniyyətimizdə durumun qeyri-qənaətbəxş
olmasında ilk öncə
özəl kanallar günahkardır: "Hansı
özəl kanala deyə bilərəm ki, bu mahnını
efirə verməsin? Hər kanal öz bildiyini
edir - insanların zövqü korlanır, azyaşlı uşaqların
beyninə zövqsüz
mahnılar düşür.
Hər kanal özü üçün müsabiqə
keçirir. Bu müsabiqələrin səviyyəsindən
danışmağa belə
dəyməz".
Peşəkar bəstəkarların yetişməsində boşluq
var
Zülfüqarovun fikrincə,
8 milyonluq əhalisi olan ölkədə ildə 1-2 bəstəkarın
yetişməsi zəif
göstəricidir:
"Bir çox məzunlar sənəti biznesə dəyişir, yaxud xaricə üz tutur. Onların yazdığı
səviyyəli musiqilər
burada qiymətləndirilmir.
Amma əcnəbi ölkələrdə
həmin əsərlər
dərsliyə salınır,
onların sənətinə
yüksək qiymət
verilir".
Bəstəkarın fikrincə,
hər bəstəkar
yazdığını duymağı
bacarmalı və Azərbaycan musiqisinin incəliklərinə bələd
olmalıdır:
"İndiki bəstəkarları
bəstəkar edən
səs-küylü texnikadır. Başa düşmürlər
ki, peşəkar bəstəkar olmaq üçün savada yiyələnmək lazımdır.
İndikilər hətta Azərbaycan
intonasiyasının nə
olduğunu bilmirlər.
Düzdür, Ələkbər Tağıyevin də diplomu olmayıb. Ancaq o, fərdi yaradıcılıqla
deyil, kollektiv yaradıcılıqla məşğul
olub və Azərbaycan musiqisinin incəliklərini bilib".
Ömrünü uşaq mahnılarına həsr edən Oqtay Zülfüqarov bu yaşda da
royalın qarşısındadır. Arabir səhhəti
pisləşsə də,
barmaqlarının royalla
təmasından səslənən
musiqi onu ruhən cavanlaşdırır.
Yetirmələrini ətrafında görəndə
isə əhvalı
tam başqa olur.
Deyir ki, musiqidəki özbaşınalıq
aradan götürülsə,
Oqtay Zülfüqarov hələ uzun illər yaşayıb-yaradacaq:
"Hazırda uşaqlar üçün mahnılar
bəstələyirəm. Bundan başqa,
fleyta və simfonik orkestr üçün əsər
yazıram. Yeni əsərim nəvəm Əminə Zülfüqarova
və Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında bu yaxınlarda səsləndiriləcək".
Xatun
Ayna.- 2010.- 2 oktyabr.-
S.20.