Film Fondunda iki fotoarxiv fondu yaradılıb

 

Ukrayna vətəndaşının şəxsi arxivindən bəstəkar Süleyman Ələsgərovun 10-a yaxın fotosənədi Dövlət Film Fonduna təqdim olunub. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, artıq Film Fondunda bəstəkarın fotoarxiv fondu yaradılıb. Daxil olan yeni fotosənədlər bəstəkarın şəxsi arxiv fonduna daxil edilib. C.Quliyev deyib ki, Azərbaycanın əməkdar incəsənət xadimi, professor, kinooperator Amin Novruzov vaxtilə Moskvada çəkdiyi bir çox nadir fotosənədləri Dövlət Film Fonduna təqdim edib. Bu fotosənədlərdə Müslüm Maqomayev, Tamara Sinyavskaya xalq rəssamı Tahir Salahov əks olunub.

Söhbət zamanı öyrəndik ki, bundan başqa Dövlət Film Fonduna Azərbaycanın görkəmli dirijoru Niyazinin fotosənədlər arxiv fondu yaradılır. Cəmil Quliyev bildirib ki, fonda kolleksioner Mçedlişvilinin kolleksiyasından verilmiş fotolar daxil olacaq. Bu günlərdə Ukrayna vətəndaşının şəxsi arxivindən Niyazi Tofiq Quliyevin birgə çəkdirdiyi fotosənədlər Dövlət Film Fonduna təqdim olunub. Bu fotolar Niyazinin Tofiq Quliyevin neftçilərlə görüşləri zamanı çəkilib.

 

 

Ayna.- 2010.- 2 oktyabr.- S.20.