Kino tənqidi niyə görünmür?
Kinorejissor Eldar Quliyev bunu mənfi hal sayır
"Kinodakı dirçəlişləri
görürük. Amma kinonun
inkişafı tək
dövlətin ayırdığı
maliyyədən asılı
olmamalıdır. Hətta işıqçının
dekorasiyalara hansı istiqamətdən yanaşması
kinonun keyfiyyətinə
təsir göstərə
bilir. Məncə, kinoya öncə
peşəkarların cəlb
olunması məqsədəuyğundur.
Bir də ixtisasartırma kurslarının olmasını
vacib sayıram" deyən kinorejissor, xalq artisti Eldar
Quliyev həm də insanlar arasında səmimiyyəti,
etibarı vacib saydı.
Onun fikrincə, bu ənənənin təməli vaxtilə daha möhkəm qoyulmuşdu. Bunun nəticəsi olaraq meydana bu gün də sevə-sevə izlədiyimiz məşhur Azərbaycan filmləri çıxıb. Amma bu gün onun müşahidə etdiyi mənzərələr daha çox giley-güzar, dedi-qodularla yaddaşına köçürülür.
Eldar Quliyev deyir: "İncəsənətin bütün janrları içərisində ən asan başa düşüləni hələ ki kinodur. Amma kino özünün ilkin, başlanğıc məqsədindən bir qədər uzaqlaşıb". Rejissor kinonun belə bir duruma düşməsinin səbəbini tənqidin yoxluğunda, kinotənqidçilər filmlərə münasibət bildirməkdən çəkinməsində görür. Və bunun nəticəsi olaraq milli kino uçurumdan çıxara bilmir:
"Vaxtilə bölgələrdə kino çəkərkən sadə insanların da fikrini öyrənməyə çalışırdıq. Filmlərdən izlədiyiniz bəzi səhnələr var ki, ucqar bir kənd sakininin beyninin məhsuludur. Onları bu və digər vasitələrlə kinoya cəlb edir, bəhrəsini də görürdük".
Kinorejissor gələcəyə ümidlə baxır: "Bunlar məni daxilən narahat edən problemlər olduğundan üstündən asanlıqla keçə bilmirəm", - deyə o bildirdi.
Xatun
Ayna.- 2010.- 2 oktyabr.- S.20.