Rusiyalı aktyorlar Rus Dram Teatrının səhnəsində

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış kino teatr aktyorlarının ifasında "Salam, mən Sizin... qayınananızam!" tamaşası nümayiş etdiriləcək. Teatrdan qəzetimizə verilən bilgiyə görə, bu tamaşa Sergey Belovun "Mamulya" əsəri əsasında rejissor Pyotr Belışkov tərəfindən hazırlanıb.

Qeyd edək ki, tamaşada rolları Rusiyanın əməkdar artistləri Vladimir Dolinski, Anna Terexova, Natalya Xoroxorina, aktyorlar Yuliya Zaxarova, Vadim Andreyev canlandırırlar.

 

 

Ayna.- 2010.- 2 oktyabr.- S.20.