Sənətçilərin
mütaliə problemi
Görəsən, niyə savadlanmaq istəmirlər?
Son illər kitaba marağın azaldığını
nəzərə alsaq,
sənət adamlarının
bir qisminin mütaliə həvəsinin
qalmadığını açıq
şəkildə deyə
bilərik. Çünki peşə sahiblərinin
yeni biliklərə maraqlarının az olduğu
görünür. Onlar yuxudan günorta saatlarında oyanıb
yalnız yaradıcılıqla məşğul olduqları
üçün kitab oxumaq ümumiyyətlə yada
düşmür.
"Ayna"
müxbirinin əlaqə
yaratdığı bir
neçə sənət
adamının söylədikləri
bunu bir daha deməyə əsas verdi.
Amma etiraf edək ki, onların arasında mütaliəyə
baş vuranlar da az deyilmiş. Məsələn, Faiq
Ağayevin səlis və savadlı danışmasında
mütaliənin rolu varmış.
Röyanın etirafına
görə, onun ədəbiyyata, eyni zamanda, bir sıra
fənlərə marağı
yüksək olmayıb.
Orta məktəbdə əla qiymətlərlə
oxumadığına peşmandır. Artıq ali savada yiyələnən
müğənni bədii ədəbiyyatla maraqlanmağa
başlayıb. Xatırladaq ki, hələ 2 il öncə onun
evində çəkiliş apararkən onun kitab rəfi ilə
maraqlanan teleaparıcı əlində tutduğu nəşr
barədə müğənniyə sual etdikdə çox
gülməli cavab vermişdi. Kitab rəfini imic xatirinə
yaratdığı bəlli olmuşdu. İndi Röya bu
qüsurunu düzəldir. Son oxuduğu kitablar arasında
"Kitabi Dədə Qorqud"un adını çəkən
müğənni klassik ədəbiyyata daha bağlı
olduğunu söylədi:
"Dədə
Qorqud"un bütün
boylarını öyrənmişəm.
Konsertin yorğunluğunu
çıxaran kimi növbəti kitabın mütaliəsinə başlayacağam".
Əməkdar artist Azərin
həyatını kitabsız
təsəvvür etmir.
Onun əlavəsinə görə, ən çox mütaliə
etdiyi poeziya və tarixi-dini kitablardır. Eyni zamanda Bəxtiyar
Vahabzadə, Zəlimxan Yaqub, Orxan Pamukun kitablarını
oxuyur:
"Lakin
yaradıcılıq kitaba olan həvəsimi əlimdən
alır. Vaxt tapan kimi kitab
oxumaq istəyirəm.
Din tarixi
ilə çox maraqlanıram. Bilik almaq üçün kitab oxumaq yetmir.
Ciddi verilişlərə,
tok-şoulara baxıram,
xüsusilə xəbərləri
izləyirəm. Siyasətdə
baş verən hadisələri diqqət mərkəzində saxlayıram.
Çünki ölkə
vətəndaşı olaraq
hadisələrə biganə
qalmaq istəmirəm".
Azərindən fərqli
olaraq Nüşabə
Ələsgərli kitabı
sonuncu dəfə hansı tarixdə vərəqlədiyini xatırlaya
bilmədi. Yaradıcılığın
bütün gününə
hakim kəsildiyini deyən
müğənni bu səbəbdən mütaliə
edə bilmədiyini qeyd etdi:
"Əslində
kitaba münasibətim
çox yaxşıdır.
Daha da savadlanmaq
istəyirəm. Xüsusi
ilə detektiv janrına meyilliyəm. Bir neçə il öncə Çingiz Abdullayevin bir neçə əsərini oxumuşam. Eyni zamanda, Nüsrət
Kəsəmənlinin şeirlərini
sevirəm. Amma kitab oxumağa əsla vaxtım qalmır. Lakin mümkün qədər televiziyanı izləyir, ölkədə baş verənləri diqqətdə
saxlamağa çalışıram".
Müğənni İradə
İbrahimova yerli ədəbiyyatla yanaşı,
xarici əsərlərə
də üstünlük
verir. Müğənni
bildirdi ki, boş vaxtının bir hissəsini mütaliəyə ayırır.
Orta məktəbdən
bədii ədəbiyyatla
yaxından
Lakin müğənni
Zaur Rzayev kitab oxumağı vacib saymır. Gününü daha çox sükan arxasında keçirən
müğənni informasiyaları
radio vasitəsi ilə
aldığını diqqətə
çatdırdı. Sonuncu
əsəri nə vaxt oxuduğunu xatırlamayan müğənni
belə bir bəhanə irəli sürdü:
"Ümumiyyətlə,
kitab oxumaq üçün sakit məkan lazımdır. Səs-küylü yerdə
kitab oxuya bilmərəm".
Telekanalları nadir hallarda
izləyən müğənni
bunu mənasız-məntiqsiz
verilişlərə tamaşaçı
olmaq istəmədiyi ilə əlaqələndirdi.
Zaur Rzayevlə
eyni yaradıcılıq
dövrünü bölüşən
Firuzə İbadova da həmkarı kimi kitaba marağının
olmadığını etiraf
etdi. Lakin nə vaxtsa onun da kitab
oxuduğu vaxtlar olub. Gənc yaşlarında İsi Məlikzadə, Hüseyn Abbaszadə və Rəşad Nuri Güntəkinin əsərlərini
dönə-dönə oxuduğunu
dilə gətirir. Mütaliə
problemini yaxşı əsərlərin
yazılmadığı (?) ilə əlaqələndirməyə
çalışdı.
Rəqsanə isə
ümumiyyətlə kitaba maraq göstərmədiyini
vurğuladı. Orta məktəbdə savadlanmayan Rəqsanə
müğənnilik sənətinə gəldikdən sonra,
ümumiyyətlə, əlinə kitab almayıb. Müğənni
qarşıdakı aylarda belə bir niyyətinin
olmayacağını söylədi. Müğənninin xəbər
bilmək marağı da yetərincə deyil. Xəbərləri
nadir hallarda izləyən müğənni daha çox musiqiyə
qulaq asdığını deyir.
Könül Kərimova,
Xatirə, Xuraman Şuşalı isə sonuncu dəfə
hansı kitabı oxuduqlarını ümumiyyətlə
xatırlaya bilmədilər.
Z.Rəhimqızı
Ayna.- 2010.- 9 oktyabr.- S.21.