"Həyatda obraza
girə bilmirəm"
Brilyant Dadaşova aqressiv olmağından danışdı
Son illər yaradıcılığını
Azərbaycanla yanaşı Türkiyə şou-biznesi
ilə bağlayan xalq
artisti Brilyant
Dadaşovanın tezliklə yeni albomu işıq üzü
görür. Türkiyədə şirkətlərin
birində ərsəyə gələn toplunun
hazırlanması qarşı tərəfə məxsus
ideyadır:
- Sonuncu albomun hazırlanması iki il davam etdi. Bu çox böyük işdir. Albomu hazırlayan şirkət mənim albomu tanıtmaq məqsədilə
verilişlərə dəvətimi
təşkil etməyə
başladı. Bəlli
olduğu kimi, albom çıxandan sonra mən saçlarımın rəngini
dəyişmişdim. Əks
təqdirdə, gərək
iki il öncə
disk hazırlanarkən fotosessiya
üçün olan saç düzümündə
və rəngində qalaydım. Yəni iki il saçlarımın
rəngini dəyişməzdim.
Mən isə səhnədə olan insan kimi dəyişməyi
sevirəm. Mən gözləyə bilməzdim
ki, disklərim satışa çıxana
qədər saçlarımın
rəngini dəyişməyim.
Ona görə də indi məcburən
diskin tanıtımı
məqsədilə yeni
fotosessiya etməli oldum. Çünki disklər satıldıqca
hər dəfə yeni tiraj buraxılır.
Və yeni tirajlarda yeni fotosessiya olacaq. Ümumiyyətlə, mənim
üçün bu, əsas deyil.
- Ancaq hər zaman Sizi yeni
imicdə, yeni saç düzümündə
görürük...
- Məsələ
ondadır ki, bu diskdə mən əsas gücümü mahnılara
vermişəm. Amma təbii ki, səhnədə olan müğənni kimi mənim necə göründüyüm əhəmiyyətlidir.
Yuxarıda qeyd etmişdim ki, mən həmişə əhval-ruhiyyəmə, təbiətə,
hətta mövsümə
uyğun olaraq görkəmimi dəyişirəm.
Və ona görə də, bu yeni fotosessiya
məsələsi gündəmə
gəldi. Bilirsiniz, səhnədə hər şey bir-biri ilə zəncirvarı şəkildə bağlıdır.
Həm sənət olmalıdır, həm də yaxşı zövq. Bunlar bir-birini tamamlamalıdır.
Onu da deyim
ki, bütün bu işləri özüm görməli oluram.
- İşinizdə Sizə
kömək edən heç kimsə yoxdur?
- Əslində
Türkiyədə mənim
işlərim bir az asanlaşdı. Asanlaşdı ona görə ki, heç olmasa şirkət iki klipimi çəkdi, diskin üz qabağını hazırladı.
Ancaq mahnıların aranjemanlarında şəxsən
özüm iştirak
edirdim, çünki aranjemanların yüksək
səviyyədə olmasını
istəyirdim. Azərbaycanda
isə belə işlə məşğul
olan şirkət yoxdur.
- Son vaxtlar, elə
indi də Sizin çox aqressiv olduğunuz gözlərdən yayınmır.
Bunun səbəbi nədir?
- Deməzdim
ki, son vaxtlar və hətta indi belə aqressivəm. Mən həmişə olduğum
kimiyəm. Bu mənim
təbiətimdir, sevinəndə
gülürəm, xoşuma
gəlməyən məqamlar
olanda hirslənirəm.
Bəzən ağlayıram.
Niyyətimi gizləmirəm,
fikirləşdiyimi dilimə
gətirərəm. Başqa
cür ola bilmirəm. Sizi görüb ovqatımı
dəyişə bilmirəm.
Məsələn, bu gün kefim o qədər də yoxdur. Bəlkə ona görə də sizə aqressiv görünürəm.
Mən mahnılarımı
ifa edərkən obraza daxil olmağı
bacarıram, çünki
həmin an həmin sözlərin təsiri altında oluram. Ancaq həyatda obraza girə bilmirəm. Çünki həyatda olduğum kimiyəm. Albom çıxandan sonra Türkiyəyə daha tez-tez gedirəm. Orada mənə deyəndə ki, sən azərbaycanlılara
bənzəmirsən, çox
əsəbiləşirəm. Sən mənim burada aqressiv olduğumu deyirsən, ancaq mən orada daha çox
aqressivəm. Çəkilişdən
əvvəl elə cavab verirəm ki, onlar canlı
efirdə bu sualı vermirlər. Onları sorğu-suala tuturam ki, bununla
nə demək istəyirsiniz? Onlar deyirlər ki, səhnədəki azərbaycanlı
müğənnilər ağır
çəkilidir, siz isə onlara bənzəmirsiniz.
- Özünüzü eyni çəkidə saxlamağın sirlərini
açıqlaya bilərsinizmi?
- Hamı
bilir ki, mən neçə illərdir hər gün idmanla məşğul oluram. Burada genetikanın çox böyük əhəmiyyəti var. Mən
heç bir yerimi sonradan düzəltməmişəm. Əvvəldən
necə olmuşamsa, indi də eləyəm.
Düzdür, ana olandan sonra beş
ilə yaxın ətli qalmışam. Sonra özümü arıqlatdım. Mən özümü heç vaxt gözəl hesab etməmişəm. Düzdür, gözəl
olmağa çalışıram.
Əlbəttə, gözəl
olmaq istəyirəm. İstəyirəm bütün
tamaşaçıların zövqünü oxşayım.
- Bir müddət
əvvəl səhnə
fəaliyyətinizə ara
vermişdiniz...
- Axı
səhnə bir idarə deyil ki, çıxıb gedəsən, sonra da ora qayıdasan.
Səhnə fəaliyyətinə
sadəcə ara vermək olar. Mənim də belə bir qərar
verməyim səbəbsiz
deyildi. Çünki
o vaxtlar konsertlərin
səviyyəsindən, oradakı
atmosferdən xoşum
gəlmirdi, ona görə də çəkilmişdim kənara.
Düşünürdüm ki, əgər mən istədiyim kimi olmursa, o zaman istəmədiyim kimi də olmasın.
Heç yerə getmirdim. Məsələn,
televiziya verilişlərinin
bir neçəsi xoşuma gəlmir, birinə getsəm, digərləri inciyəcək
məndən, ona görə də heç birinə getmirdim. Artıq hər şey öz axarına düşüb.
Xatun
Ayna.- 2010.- 23 oktyabr.- S.21.