Bu bir unudulmaz gecə idi
Keiko Matsui
Bakını heyran qoyub
Dünyanın bir çox ölkələrində konsertlər
verən Yaponiyanın
məşhur pianoçusu
Keiko Matsui oktyabrın 28-də Heydər Əliyev Sarayının səhnəsində
konsert proqramı ilə çıxış
edib. APA-nın məlumatına görə,
Bakıda keçirilən
Beynəlxalq Caz Festivalı çərçivəsində
baş tutan bu konsertdə öz ifası və bəstələri ilə dünyaya səs salan Keiko Matsui Azərbaycan tamaşaçısına
unudulmaz gecə bəxş edib.
Bakı səhnəsində
pərəstişkarlarını Azərbaycan dilində salamlayan musiqiçi konsertində onu yalnız qoymayan çoxsaylı tamaşaçılara
təşəkkür etməyi
də unutmayıb:
"Sizin gözəl
və sevimli şəhərdə oxumaq,
bu səhnədə çıxış etmək
çox gözəl bir hissdir. Alqışlarınızı eşitmək və
ürəkdən gələn
sevginizi duymaq mənə çox xoşdur. Bu diqqətiniz üçün
təşəkkür edirəm".
Caz Festivalı çərçivəsində
keçirilən ən
bahalı konsertlərdən
biri hesab olunan və biletləri baha qiymətə satılan
Keiko Matsuinin konserti alqışla baş tutub. Yaponiyalı pianoçu öz
musiqiçiləri ilə
bərabər uzun illərdir yaddaşlarda həkk olunan mahnıları canlı olaraq səsləndirib.
Həm
royal, həm də sintezatorda musiqiləri özünəməxsus ifa
edən Keiko Matsuinin bütün çıxışları
sürəkli alqışlarla
müşayiət olunub.
Musiqiçi hər alqış
üçün dəfələrlə
"bu, çox gözəldir, sizə çox-çox təşəkkür
edirəm" deməyi
də özünə
borc bilib. Konsert proqramını Azərbaycanın
tanınmış simaları,
dövlət rəsmiləri,
eləcə də çoxsaylı mədəniyyət
və incəsənət
xadimləri də izləyiblər.
Heydər Əliyev
Sarayının səhnəsində
quraşdırılmış böyük ölçüdə
LED ekran vasitəsilə
salonun arxa sıralarında əyləşən
tamaşaçılar pianoçunun
çıxışını aydın şəkildə
izləmək imkanı
qazanıblar. Saat yarımlıq
proqram yekunlaşdıqdan
sonra pianoçu tamaşaçıların sürəkli
alqışlarına cavab
olaraq bir neçə dəfə səhnəyə qayıdıb
və hər qayıdışında tamaşaçılara
yaddaqalan musiqi nömrələri ərməğan
edib. Pianoçu sonda musiqiçilərin
müşayiəti olmadan
ona uğur gətirən məşhur
kompozisiyanı royalda təqdim edib. Keikonu görkəmli saksofonçu
Michael Ghegan, basist Mel
Brown və ənənəvi
yapon fleytaçısı
Kazu Matsui müşayiət
ediblər.
Keiko Matsui caz aləmində keçən yüzilin
80-ci illərinin ortalarından
başlayaraq məşhurlaşıb. Əsasən caz-pop və fluyn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin
musiqi mədəniyyətinə
sədaqətini qoruyub
saxlayıb, orijinal bəstəkar və özünəməxsus vokalçı
kimi də uğur qazanıb. Onun "A dror of Water" adlı ilk
albomu ABŞ-da buraxılıb. "Dream Walk" lonqpleyi ən populyar caz albomları
arasında ilk üçlüyə
daxil olub. 1999-cu ildə Keiko "Oasis Awards" yarışmasının qalibi
olub, onun "Light Above the Trees" klipi isə ən yaxşı videoklip mükafatına layiq görülüb. Onun bəzi
kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə
etüdlər kimi səslənir.
"Bakı
Beynəlxalq Caz
Festivalı-2010" Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondu,
"Sweet rroduction"un
birgə təşkilatçılığı
ilə keçirilir.
Festival oktyabrın 30-dək
davam edəcək.
Ayna.- 2010.- 30 oktyabr.- S.19.