"Xəzər"in yeni rektoru mediaya təqdim olundu

 

Hamlet İsaxanlı isə bu ali məktəbin inkişaf strategiyası ilə məşğul olacaq

 

Ölkənin ali təhsil sferasında presedent baş verib. İlk dəfədir ki, Azərbaycanın bir ali məktəbinə əcnəbi rektor gətirilmişdir ki, bu hal bizim deformasiyaya uğramış ali təhsil gerçəkliyində qeyri-adi addım təsiri bağışlamış, təhsil bossları tərəfindən təəccüblə qarşılanmışdı. Sentyabr ayından Xəzər Universitetinin yeni rektoru, amerikalı Con Rayder (Yohn Rayder) bu özəl ali məktəbin professor-müəllim heyətinə təqdim olunmasının ardınca dünən Bakı Media Mərkəzində sözügedən universitetin təsisçisi universitet Direktorlar Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tərəfindən ölkə mediasına da təqdim olundu.

Bütün təəccüblərə rəğmən, belə göründü ki, bu addım, sadəcə, yaxşı düşünülmüş bölgüsüdür. Hamlet İsaxanlı bundan sonra təsisçisi olduğu 20 yaşlı Xəzər Universitetinin inkişaf strategiyası öz elmi işləri, üzərində çalışdığı kitabları bədii yaradıcılığı ilə məşğul olacaq. Yeni rektor isə təhsilin keyfiyyətini yüksəltmək, elmi kadr bazasını gücləndirmək qayğısına qalacaqdır.

Hamlet İsaxanlı universitetə yeni rektor təyinatının zəruriliyini belə əsaslandırdı ki, təhsil sistemi çox mürəkkəb bir sahədir, bu sahədə keyfiyyət ilk yerdə dayanır, lakin "ona necə çatmalı?" sualı var. Bunun üçün ən əvvəl mövcud təhsil proqramları dünya universitetləri ilə səsləşməlidir. Hamlet İsaxanlı:

"Biz istəyirik ki, Xəzər dünyanın aparıcı universitetləri ilə bir sırada dayansın, bizə Azərbaycana layiq bir əyalət universiteti gözü ilə baxmasınlar. Son 20 ildə buna çalışdıq, bu ali məktəbdə ali təhsilin bakalavr, magistr doktorantura pillələrini qurduq. Xəzər Bolonya prosesinin prinsiplərindən olan kredit sistemini Azərbaycanda ilk dəfə tətbiq edən ali məktəb kimi təhsil tariximizə düşüb. Xəzər Universitetinin açıq elmi kitabxanası Cənubi Qafqaz Orta Asiya ölkələrinin universitet kitabxanaları arasında ilk dəfə olaraq dünyanın 800 ən yaxşı universitet elmi kitabxanası arasında yer almışdır. Bu gün Xəzər Universiteti ölkə ali məktəbləri arasında ən çox xarici tələbənin oxuduğu bir ali məktəbdir. Hökumət təqaüdü alan bir çox tələbələr Xəzər Universitetinə göndərilmişlər. Bütün bu uğurlarımıza baxmayaraq, bu gün universitetdə idarəetmə modelini dəyişdirməyin, xarici idarəetmə təcrübəsinin ölkəyə gətirilməsinin, kadr potensialını gücləndirməyin zəruri olduğu ortaya çıxıb. Odur ki, xaricdən rektor gətirmək ideyası yarandı".

Odur ki, keçən il elan verilib. Avropa Asiyanın ən müxtəlif ölkələrindən 38 görkəmli alim bu vəzifəni tutmaq istədiyini bildirmişdi.

Universitetin Direktorlar Qəyyumlar Şurası ən uyğun namizəd olaraq Con Rayderin üzərində dayanmışdır. Hamlet İsaxanlı bunu düzgün qərar hesab edir, yeni rektoru "çox tanınmış filosof, çoxsaylı kitabların müəllifi, böyük idarəetmə təcrübəsi olan elm adamı" kimi xarakterizə etdi xəbər verdi ki, kollektiv onu çox yaxşı qarşılamışdır.

 

Yeni rektorun elm yolu

 

Con Rayder Nyu-Yorkda doğulmuş (1951), bakalavr təhsilini Kortlandda Nyu-York Dövlət Universitetində bitirmiş (1973), Stony Brook Universitetində (Nyu-York Dövlət Universiteti ilə bağlı) təhsilini davam etdirərək 1977-ci ildə fəlsəfə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır. Doktorluq elmi dərəcəsini həmin universitetdə alıb (1982). Con Rayder 1980-85-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin mühazirəçisi olmuş, 1985-2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşımışdır. Bundan başqa, 1991-96-cı illərdə universitetin fəlsəfə departamentinin sədri, 1995-96-cı illərdə Şərqi Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı direktoru olmuşdur.

Yeni rektorun bundan əvvəlki elmi təşkilatçılıq vəzifələrinin siyahısı genişdir. Məsələn, 1996-2002-ci illərdə sözügedən universitetin İncəsənət Elmləri fakültəsinin dekanı olub, 1700 tələbənin təhsil aldığı, 160 akademik proqramın həyata keçirildiyi fakültənin 16 akademik departamentinə 3 mərkəzinə rəhbərlik etmişdir.

Con Rayder son 8 ildə bu universitetdə Amerika Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşdur. Sözügedən mərkəz Nyu-York Dövlət Universiteti ilə Moskva Sankt-Peterburq dövlət universitetləri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu digər Rusiya universitetləri arasında bakalavr, magistr fəlsəfə doktoru dərəcələri üzrə ikitərəfli (bitirən iki diplom - yəni eyni zamanda hər iki universitetdən diplom alır) müxtəlif təhsil proqramlarının həyata keçirilməsini, eyni zamanda, qarşılıqlı təhsil proqramları əsasında Nyu-York Dövlət Universiteti alimlərinin Rusiya ali təhsil ocaqlarında, Rusiya alimlərinin isə Nyu-York Dövlət Universitetində mühazirə oxumaq üçün səfərlərini təşkil edir. Mərkəzin Rusiya ofisləri Moskva Sankt-Peterburq dövlət universitetlərində yerləşir. Con Rayder 2002-ci ildən Nyu-York Dövlət Universitetinin Beynəlxalq proqramlar şöbəsinin (SUNY) direktoru olmuşdur. Başlıca məqsədi dünya institutları ilə əməkdaşlıq əlaqələri qurmaqdan ibarət olan bu şöbənin nəzərəçarpan uğurları Türkiyə, Rusiya, Çin Meksika ali təhsil müəssisələri ilə ikitərəfli proqramların hazırlanması həyata keçirilməsi olmuşdur.

 

"Beynəlxalq universitet təfəkkürü"

 

Hamlet İsaxanlı bildirdi ki, Azərbaycan ali məktəblərində mühəndis hazırlığı sistemi köhnəlib, texnologiyalar isə sürətlə yeniləşir. Odur ki, Xəzər Universitetinin mühəndislik fakültəsinə başçılıq etmək üçün daha bir əcnəbi təhsil təşkilatçısını dəvət etmək istəyirlər müvafiq namizədlərlə danışıqlar gedir. Yeni rektor Con Rayderə gəlincə, onunla ilkin olaraq iki illik müqavilə bağlanıb. Lakin Hamlet İsaxanlı əmindir ki, bu əməkdaşlıq yaxşı nəticə verəcək onunla müqavilənin müddəti uzadılacaqdır.

Yeni rektor üçün dil baryeri olmayacaq: rus dilini bilir, Azərbaycan dilini isə öyrənməyə təzəlikcə başlayıb, baxmayaraq ki, Xəzər Universiteti onsuz da ingilisdilli ali məktəbdir. Hamlet İsaxanlı bununla bağlı olaraq qeyd etdi ki, ingilis dili dünya elm dili olaraq ilk yerdə dayanır, hətta Yaponiya Almaniya kimi elmin yüksək inkişaf etmiş olduğu ölkələrdə universitetlərin yuxarı kurslarında ingiliscə tədrisə üstünlük verilir.

Con Rayder istəyir ki, Xəzər Universitetinə "beynəlxalq universitet təfəkkürü" gətirsin, baxmayaraq ki, bir çox ölkələrdə "milli universitet təfəkkürü" hakimdir. qeyd etdi ki, aparıcı dünya universitetləri birinci təfəkkürlə çalışırlar, odur ki, nüfuzları yüksəkdir. Deyir ki, Bakıda yerləşən Xəzər Universitetinin belə bir uğuru elə Azərbaycanın uğuru anlamını daşıyacaqdır.

Qeyd edək ki, ölkənin özəl Qafqaz və Xəzər universitetləri Azərbaycandan dünya reytinq cədvəllərində ilk dəfə görünmüş ali məktəblərimizdir. Ölkədaxili universitet reytinqlərində Qafqazdan sonra ikinci yerdə dayanır. Məsələn, bu günlərdə AKTAM araşdırma mərkəzinin açıqladığı son reytinqdə də 21 dövlət və özəl ali məktəb arasında ilk üç yeri tutanlardan idi: Bu reytinq dəyərləndirməsinə əsəsən, bütün parametrlər üzrə Qafqaz Universiteti 476 balla I, Xəzər Universiteti 451 balla II, İdarəetmə Akademiyası 420 balla III yeri tutur. Dövlət ali məktəbləri isə 302-140 bal arasında 12 və daha aşağı yerləri bölüşüblər. Necə deyərlər, izahata ehtiyac yoxdur.

 

 

İsmayıl Umudlu 

 

Ayna.- 2010.- 25 sentyabr.- S.15.