Köhnə qəzet və jurnalların elektron versiyası hazırlanır
Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan
köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu barədə
məlumatı Milli Kitabxananın direktoru Kərim Tahirov verib. O qeyd edib ki, görülən
işlər sayəsində
bir sıra köhnə qəzet və jurnalların elektron versiyası artıq hazırdır:
"Hazırda Azərbaycan milli mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Burda arxiv
nəşrlərinin bütün
variantları öz əksini tapacaq. Hansısa bir materialı oxumaq üçün qəzetlərin hamısına
bir-bir baxmalı olursan. Ancaq bu layihədə
ayın tarixini yazıb axtarış verməklə istənilən
materialı tapmaq mümkün olacaq".
Kərim Tahirov layihə çərçivəsində bütün mətbuat orqanlarının elektron versiyasının bir saytda hazırlanacağını
qeyd edib. Bundan başqa,
Milli Kitabxanada arxivdə qalan köhnə kitabların da elektron versiyası
hazırlanır".
Ayna.-2010.-9 yanvar.-S.20.