"Kitabi Dədə Qorqud" və "Koroğlu" macar dilində
"Kitabi Dədə Qorqud" xalq eposu və "Koroğlu" dastanı macar dilinə tərcümə olunub. Bu barədə Milli Elmlər Akademiyasının
Folklor İnstitutundan məlumat verilib. Bu kitablar Folklor
İnstitutu ilə Budapeştdə yerləşən
Avropa Folklor İnstitutunun elmi əməkdaşlığı nəticəsində və
Azərbaycanın Macarıstandakı
səfirliyinin dəstəyi
ilə nəşr olunub. Qeydlər, şərhlər və izahların daxil edildiyi kitabda həmçinin arxaik türk sözlərinin mənaları
da yer alıb.
Böyük tirajla buraxılan
hər iki kitabın gələcəkdə
başqa Avropa dillərinə çevrilməsi
də nəzərdə
tutulur.
Ayna.-2010.-9
yanvar.-S.20.