Hacı
İsmayılov "Mosfilm"də çəkilir
Film Azərbaycandan bəhs edir
Rusiyanın uzunömürlü
kinostudiyası olan
"Mosfilm"də Azərbaycan
haqqında film istehsal olunacaq. Bu barədə danışan Akademik Milli Dram Teatrının
aktyoru, xalq artisti Hacı İsmayılov bildirib ki, sözügedən film azərbaycanlı rejissor Murad İbrahimbəyov tərəfindən
ekranlaşdırılır. "Qardaşım əvəzsizdir"
adlı filmdə Hacı İsmayılov poçtda işləyən
yaşlı bir kişinin rolunu canlandıracaq.
Aktyorun sözlərinə
görə, filmin çəkilişləri İçərişəhərdə,
Buzovnada və digər yerlərdə aparılacaq:
"Hazırda isə
filmin çəkilişləri xaricdə davam etdirilir. Filmin
çəkilişləri dövründə çox
maraqlı səhnələr olub. Ümumiyyətlə bu, mənim
Murad bəylə ilk işbirliyim deyil. Bu zamana kimi onun bir
neçə filmində rol oynamışam və bütün
filmləri maraqlı, baxımlı alınır. Ümumilikdə
film azərbaycanlıların həyatından bəhs edir.
Filmdə olduqca maraqlı faktlar yer alıb".
Aktyor xatırlatdı
ki, film Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilir.
ŞƏMS
Ayna.-2010.-23 yanvar.-S.19.