Sabir Azəri həyata vida etdi

 

Yazıçı Sabir Azəri (Sabir Əli oğlu Tatlıyev) srağagün həyata vida etmişdir. Gözəl nasir tərcüməçi kimi tanıdığımız Sabir Azəri bu dünyada 72 illik bir ömür yaşadı. Ürək bu yaşında vəfasızlıq elədi. Halbuki onun reallaşmamış yaradıcılıq planları vardı.

Sabir Azəri Qazaxın Dağ Kəsəmən məktəbini bitirmiş (1954), elə həmin il Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 3-cü kursda oxuyarkən DTK tərəfindən həbs olunmuş ona kəsilmişdir. Çünki Nikita Xruşşov Anastas Mikoyanı açıq şəkildə tam haqlı olaraq 37-ci ilin repressiyasında təqsirləndirmək cəsarətində bulunmuşdu.

Sonralar ali məktəbə bərpa olunur. Artıq həyata tamam başqa gözlə baxan bu gənc əvvəl "Azərbaycan gəncləri" qəzeti Azərbaycan radiosu üçün materiallar hazırlayır, mətbuatda sıx-sıx çap olunur. Daha sonra Teleradio Komitəsində Ədəbi-Dram Verilişləri proqramında həftəlik "Danışır Bakı" proqram-qəzetində çalışır (1962-1966-cı ilin sonu). 1967-ci ilin yanvarından isə o çağda ədəbi mühitin populyar "Ədəbiyyat incəsənət" qəzetinin publisistika şöbəsinə müdir gətirilir.

Sabir Azəri 1968-ci ilin yazından 1992-ci ilin sonunadək nüfuzlu "Ulduz" ədəbi dərgisində nəsr şöbəsinin müdiri, məsul katib, yəni faktik olaraq baş redaktorun müavini işləyir. Dərgidə 1971-ci ildə baş redaktor müavini ştatı təsis edildikdə, Sabir Azəri bu vəzifəyə təyin edilir öz ərizəsi ilə işdən gedənə qədər bu vəzifədə çalışır. 1992-ci ildən təqaüddə idi.

Sabir Azəri 1969-71-ci illərdə "Kar qaya", "Yol üstündə toy", "Sarı at" povestlərindən ibarət trilogiyasını nəşr etdirir. Yazıçının təbirincə desək, "Üç povestdən ibarət roman" "Qızıl oraq" mükafatına layiq görülür.

Bu orijinal üslublu yazıçının sonralar da xeyli sayda povestləri - "Gecə məşəl yanır", "İlk təkan", "Duman çəkilir", "Günəşə sarı gedəndə", "Qorxu" romanları - "Dalanda", "Sonsuzluq", "Mən DTK-nın təcridxanasında yatmışam" işıq üzü görür. Onun 1991-ci ilə qədər Bakıda, Moskvada başqa müttəfiq respublikalarda 30-dan çox kitabı nəşr olunmuşdu. Əsərləri ingilis, ispan, alman, fin, hind, polyak, türk dillərinə çevrilmişdir. Özü isə Rəsul Həmzətovun məşhur "Mənim Dağıstanım" əsərinin birinci hissəsini azərbaycancaya çevirmişdi.

Yazıçının "Dalanda" povesti 1990-cı ildə əvvəlcə Moskvada "Sovetskiy pisatel" nəşriyyatında, daha sonra isə bütün dünyada ən böyük tirajlı nəşr olan (1,05 milyon nüsxə) "Roman-qazeta"da yayımlanır.

Sabir Azəri çoxlu sayda hekayələrin müəllifidir. Yazıçının ssenarisi əsasında "Azərbaycanfilm" studiyası "Köhnə bərə" bədii filmini çəkmişdir. "Duman çəkilir" pyesi isə Mingəçevir Teatrında tamaşaya qoyulmuşdur. Son vaxtlar çağdaş həyatımızdan bəhs edən "Qullar" povesti üzərində işlədiyini deyirdi.

Sabir Azəri hər zaman fəal həyat mövqeyini bildirən, aktual ictimai-siyasi məsələlərdən özünü kənarda tutmayan bir ziyalı, bir vətəndaş idi.

 

 

Allah rəhmət eləsin!

 

Ayna.-2010.-30 yanvar.-S.2.