"2011-ci il Beynəlxalq Harmoniya Sərgisi"
Seulda
"Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyası"
(SEBA), "Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyası" və
Koreyanın "Art Bent" şirkətinin təşkilatçılığı
ilə "2011-ci il Beynəlxalq Harmoniya Sərgisi" adlı rəsm sərgisinin açılış mərasimi
keçirilib.
Azərbaycanın Koreya səfirliyindən verilən bilgiyə görə, mərasimdə
beynəlxalq sərginin
təşkilatçıları, Azərbaycandan gəlmiş
rəssamlar, Azərbaycanın
Koreye səfirliyinin işçiləri, Koreyanın
incəsənət və
mətbuat nümayəndələri,
eləcə də sərgiyə dəvətlilər
iştirak ediblər.
Mərasimdə sərginin təşkilatçısı
"Art Bent" şirkətinin sədri Kvon Younq-il, Azərbaycan heyətinin sədri Validə Məmmədova, xalq rəssamı Cəmil Müfidzadə və digər qonaqlar çıxış
ediblər.
Sərgidə Azərbaycan və Türkiyə rəssamlarının
əsərləri ilə
birgə Koreya rəssamlarının əsərləri
də nümayiş etdirilib.
Ayna.- 2011.- 2 aprel.- S.20.