Emin Ağalarovun
yeni albomu satışa çıxıb
Əksər mahnıların müəllifi
sənətçi özüdür
Gələn
həftədən Böyük Britaniyada gənc bəstəkar
və müğənni Emin Ağalarovun "Wonder"
adlı albomunun satışı başlayacaq. Albomda yer
almış 12 mahnıdan 9-nun müəllifi Emin Ağalarov
özüdür.
Artıq
London metrostansiyalarının girişləri, ictimai nəqliyyatın
hərəkətinin gur olduğu yerlərdə gənc bəstəkar
və müğənninin posterləri asılıb.
Açıqlamasında
bu albomun İngiltərədə yazıldığını
deyib: "Wonder" orada proqress olunub. Mən bu albomdakı əksər
mahnıların müəllifiyəm. Bu alboma həyatımın
2 ilini, musiqiyə isə son 15 ilimi sərf etmişəm. Mənim
üçün uğur insanlar tərəfindən
mahnılarımın, səsimin tanınmasıdır".
Emin
Ağalarovun "Obvious" hiti bu günlərdə Britaniya
radiostansiyalarının hitparadlarında lider mövqedədir.
Britaniyanın BBS-2 radiostansiyası bu mahnını hər
gün bir neçə dəfə səsləndirir. Bu
günlərdə isə Emin Ağalarov "Obvious"
mahnısını Britaniyanın İTV telekanalında da
canlı ifa edib. Onun "Wonder" diski artıq bir sıra
ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və
təbii ki, Azərbaycanda musiqisevərlərə təqdim
edilib. Bəstəkar və müğənninin hədəfi
indi digər ingilisdilli ölkələrdir.
Emin
Ağalarov yaxın 2-3 ayı Böyük Britaniyaya səfər
etmək niyyətində olduğunu deyir:
"Düşünürəm
ki, bu çox mühüm bazarlardan biridir və bunu
bütün Avropa izləyir. Əgər sən buradakı
radiolardasansa, insanlar sənin mahnılarını sevir və
musiqilərini tanıyırlarsa, onda sənin mahnıların
avtomatik olaraq Almaniya, Fransa, İspaniya və sair Avropa ölkələrinin
radiostansiyalarında səsləndirilir. Bu günlərdə mənim
"Obvious" adlanan mahnım BBS radiosunun mərkəzi
pley-listinə daxil olub. Onlar mənim mahnımı səsləndirir. Bu
mahnını 60 milli regional stansiyalar səsləndirir. Ötən
həftə isə İngiltərədə səsləndirilən
25 mahnının içində olub".
Musiqiçi
yeni albom barədə də düşünür. Doğrudur,
hələlik yeni albomda Azərbaycan haqqında və ya Azərbaycan
bəstəkarlarının mahnılarının yer
alacağı planlaşdırılmır. Amma gələcəkdə
Azərbaycan haqqında mahnılar oxusa, o, mütləq
Müslüm Maqomayevin repertuarına müraciət edəcək.
Emin
Ağalarov hazırda belə planlarının
olmadığını deyir: "Əgər sual Azərbaycanın
xaricdə tanıdılması məqsədi ilə verilirsə,
mən bunu mahnılarla yox, daha çox Azərbaycandan
olmağım barədə dialoqlarla edəcəyəm. Mən
azərbaycanlıyam və ingilis dilində, beynəlxalq dildə
mahnılar ifa edirəm. Bu mahnıları özüm bəstələyirəm
və bu mahnılar başqa müəlliflərin deyildir.
Növbəti albomdan desək, burada yenə də mənim
öz bəstələdiyim mahnılar olacaq".
Emin
Ağalarov 2006-cı ildə buraxdığı "Still"
adlı debüt albomu ilə böyük səhnəyə qədəm
qoyub. 50 min tirajla satılan həmin albom o zaman Rusiya
üçün inanılmaz rəqəm idi. Ardınca, 2007-ci
ildə "Incredible", 2008-ci ildə "Obsession",
2009-cu ildə "Devotion" adlı albomlarını buraxan
sənətçinin son işi isə "Wonder"dir. Bu
albom Azərbaycan dinləyicilərinə ötən ilin
dekabrında təqdim olundu.
Z.Rüstəm
Ayna.- 2011.- 2 aprel.- S.21.