İlin I rübündə
təhlükəsizlik və
müdafiə sektorunda
itkilər
"Doktrina"
Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
kütləvi informasiya vasitələri üzərində
monitorinqinin nəticələrinə əsasən, 2011-ci ildə
ölkənin təhlükəsizlik və müdafiə
sektorunda itkilərin ümumi sayında kəskin artım hiss
olunur. İlin birinci rübündə Azərbaycan təhlükəsizlik
və müdafiə sektorunda itkilər 31 nəfər təşkil
edib. Ötən müddətdə 30 nəfər yaralanıb
(və ya xəsarət alıb).
Müvafiq
dövrdə döyüş itkiləri (düşmən
gülləsi) 5 nəfər, qeyri-döyüş itkiləri
isə 26 nəfər təşkil edir. 2 nəfər naməlum
səbəbdən, 2 nəfər qar uçqunundan, 2 nəfər
bədbəxt hadisədən (dəm qazından boğulma), 3
nəfər avtoqəzadan, 4 nəfər xəstəlikdən,
9 nəfərsə qeyri-nizamnamə hadisələrindən həyatını
itirib. 4 nəfər intihar edib. Həyatını itirənlərdən
28-i Müdafiə Nazirliyinin, 2-si Dövlət Sərhəd
Xidmətinin, 1-i isə Daxili Qoşunların hərbi
qulluqçusu olub.
İtkilərin ümumi
siyahısı:
4 yanvar. 2010-cu ilin oktyabrında Tovuz RHK-dan
çağırılmış 19 yaşlı əsgər
Tural İbrahimov Müdafiə Nazirliyinin hospitalında vəfat
edib (səbəbləri dəqiq deyil).
4 yanvar. DSX-nin Astara zastavasında 2010-cu
ilin yanvarında Ağsu RHK-dan
çağırılmış 19 yaşlı Niyaz
İsrafilov avtomat silahdan atəş açaraq əsgər
yoldaşı, Yevlax RHK-dan çağırılmış 19
yaşlı İdris İsmayılovu öldürüb. DSX-nin
məlumatına görə, hadisə silahla ehtiyatsız
davranma nəticəsində baş verib.
10 yanvar. SQ-in Qazax rayonunda yerləşən
"N" saylı hərbi hissəsinin əsgəri,
15.10.2010-cu ildə Binəqədi RHK-dan
çağırılmış Nurlan Telman oğlu Səfərov
(1992) intihar edib.
15 yanvar. Naxçıvan MR-da əsgərlər
- 2010-cu ilin oktyabrında Sumqayıt ŞHK-dan həqiqi hərbi
xidmətə çağırılmış Elşad
İsmayıl oğlu Bayramov (1991) və 2010-cu ilin
yanvarında Babək rayonundan həqiqi hərbi xidmətə
çağırılmış Təbriz Vəli oğlu Həmzəyev
(1991) qar uçqununda həlak olublar.
17 yanvar. Ermənistan silahlı bölmələrinin
Tərtər rayonunun Çiləbürt kəndi
yaxınlığındakı mövqelərdən
açdığı atəş nəticəsində əsgər,
2010-cu ilin oktyabrında Sumqayıt ŞHK-dan hərbi xidmətə
çağırılmış Məmməd Rasim oğlu
Azadəliyev (1990) şəhid olub.
25 yanvar. MN Təlim-Tədris Mərkəzinin
zabiti, leytenant Rafael Elxan oğlu Yusifli kirayədə
yaşadığı evdə dəm qazından boğularaq
ölüb.
25 yanvar. Daxili Qoşunların əsgəri,
Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə çağırılmış
18 yaşlı Əliyar Cəfərov vəfat edib. Onun xəstəlikdən
dünyasını dəyişdiyi bildirilir.
25 yanvar. Ermənistan SQ bölmələrinin
Ağdamın Cəvahirli kəndi
yaxınlığındakı mövqelərdən
açdığı atəş nəticəsində hərbi
qulluqçu, leytenant Zamin Allahverdi oğlu Məmmədov (1985)
şəhid olub.
29 yanvar. Goranboydakı hərbi hissənin əsgəri,
2011-ci il yanvarın 3-də Biləsuvar RHK-dan hərbi xidmətə
çağırılmış Nuran Vahid oğlu Fərəcli
(1992) dünyasını dəyişib. Səbəblər bəlli
deyil.
3 fevral. MN Naxçıvan MR-dakı hərbi
hissədə Tovuz RHK-dan çağırılmış
Qaybalı Əli oğlu Məhərrəmovun avtomat silahdan
açdığı atəş nəticəsində onun əsgər
yoldaşı, Şərur RHK-dan
çağırılmış Camal Etibar oğlu Abbasov həyatını
itirmişdir. MN-in açıqlamasına görə, hadisə
silahla ehtiyatsız davranış nəticəsində baş
verib.
9 fevral. Ağdam RHK-dan
çağırılmış SQ əsgəri Sarvan Vidadi
oğlu Hüseynov Naxçıvandakı hərbi hissədə
böyrək çatışmazlığından (MN
versiyası) vəfat edib.
11 fevral. MN Təlim-Tədris Mərkəzinin
şöbə rəisi, polkovnik Aydın Allahverdiyev yaşadığı
evdə dəm qazından boğulmuşdur.
20 fevral. Müdafiə Nazirliyinin
Göygöldəki hərbi hissələrinin birində
baş verən hadisə zamanı 7 nəfər ölüb. Ölən
hərbçilər 1991 və 1992-ci il doğumludur. Səbəblər
barədə hələlik açıqlama verilmir. Siyahı
belədir: Quliyev Naib Fəxrəddin oğlu (1992) - 2010-cu ilin
aprelində Beyləqan RHK-dan hərbi xidmətə
çağırılıb; Cavadzadə Cavid Vəkil oğlu
(1991) - ötən ilin yanvarında Mingəçevir
ŞHK-dan hərbi xidmətə çağırılıb;
Suanverdiyev Nurlan Radfel oğlu (1991) - ötən ilin aprelində
Ağdam RHK-dan hərbi xidmətə
çağırılıb; Xocberov Ramazan Abdulla oğlu (1992)
- ötən ilin aprelində Balakən RHK-dan hərbi xidmətə
çağırılıb; Kərimov Əfqan Yaşar
oğlu (1991) - 2009-cu ilin oktyabrında Balakən RHK-dan hərbi
xidmətə çağırılıb; Hüseynov Əhməd
Əhmədalı oğlu (1992) - ötən ilin yanvarında
Ağcabədi RHK-dan hərbi xidmətə
çağırılıb; Quliyev Zakir Etibar oğlu (1991) -
ötən ilin yanvarında Bakının Yasamal RHK-dan hərbi
xidmətə çağırılıb.
20 fevral. Ermənistan silahlı qüvvələri bölmələrinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutması nəticəsində 2009-cu ilin oktyabrında Neftçala RHK hərbi xidmətə çağırılmış əsgər Tural Murad oğlu Hüseynov (1990) şəhid olub.
23 fevral. Tovuz rayonunda baş vermiş yol qəzasında əsgər Ramin Əlisafa oğlu Cəbrayılov (1992) hadisə yerində keçinib.
9 mart. DSX-nin Göytəpə sərhəd dəstəsinin silah-sursat xidmətinin rəisi, mayor Raqif Qəniyev özünə xidməti silahdan atəş açaraq intihar edib.
14 mart. 2011-ci ilin yanvarında Sumqayıt ŞHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış Müzəffər Rafiq oğlu Pirverdiyev (1990) Qazaxda yerləşən "N" saylı hərbi hissədə xəstəlikdən (pnevmoniya) vəfat edib.
15 mart. SQ əsgəri, 2010-cu ilin yanvarında Oğuz RHK-dan çağırılmış Orxan İlham oğlu Məmmədov (1991) özünü asaraq intihar edib.
20 mart. MN-in Tərtər rayonu
ərazisində yerləşən hərbi hissəsində
xidmət edən, 2010-cu ilin yanvar ayında Füzuli RHK-dan həqiqi hərbi xidmətə
çağırılmış əsgər Elnur
Mübariz oğlu Məmmədov
(1991) düşmən tərəfindən atəşkəsin
pozulması nəticəsində şəhid olub.
23 mart. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı
kəndi yaxınlığında erməni hərbçilərin
açdığı atəş nəticəsində Tovuz RHK-dan
çağırılmış müddətdən artıq
xidmət edən hərbi qulluqçu Samir Hidayət oğlu
Ağayev (1986) həlak olub.
26 mart. Bakı-Quba yolunun 28-ci kilometrliyində,
Sumqayıt ərazisində yerləşən "Quba"
kafesində Müdafiə Nazirliyinin "N" saylı hərbi
hissəsinin giziri Azər Əsgərov (1984) "Makarov"
markalı tabel silahı ilə Salyan rayon sakini Firuzə Əsədovaya
(1989) bir dəfə atəş açaraq qətlə yetirib.
A.Əsgərov daha sonra tapançadan başına atəş
açaraq özünə qəsd edib. Gizir ağır vəziyyətdə
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına
çatdırılsa da, onun həyatını xilas etmək
mümkün olmayıb. Polisdən bildirilib ki, hərbçinin
hadisəni törətməsinin motivi hələlik məlum
deyil.
27 mart. Azərbaycan Silahlı Qüvvələrinin ikiyüksək rütbəli zabiti - MN "N" saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov Şəmkir rayonu ərazisində avtoqəza nəticəsində hadisə yerində keçiniblər.
31 mart. Müdafiə Nazirliyinin Naftalanda yerləşən "N" saylı hərbi hissəsində 2010-cu ildə Bakının Nərimanov Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Kamil Lətif oğlu Məmmədli (1991) vəfat edib (rəsmi səbəbi deyilmir).
Ayna.- 2011.- 9 aprel.- S.9, 10.