Fuad Poladov: "Uzağı bir tamaşada oynaram"

 

Teatr və kinomuzda tanınmış isimlərdən olan xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində Hacı Murad rolunun məşqlərinə gələn ayın əvvəllərində başlayır. Bu barədə aktyor özü danışaraq bildirib ki, hazırda "Hacı Murad" əsəri Azərbaycan dilinə tərcümə olunur: "Bundan öncə əsər bir dəfə tərcümə olundu. Amma bəyənilmədi. Oxuduq, xoşumuza gəlmədi. Ona görə ikinci dəfə başqa birinə tərcüməyə verilib. Mənə elə gəlir ki, gələn ayın əvvəlində artıq məşqlərə başlaya bilərik".

Fuad Poladov Azdramda bərpası nəzərdə tutulan "Hamlet" tamaşası ilə bağlı da danışıb:

"Bu tamaşanın bərpa olunacağı deyilir. Əlbəttə, bu çox yaxşı olar. Amma mən öz fikrimi bildirmişəm ki, uzağı bircə tamaşada oynayaram. Hamlet obrazına Elşən Rüstəmovun namizədliyini irəli sürmüşəm. Məşqlərdə də ona kömək edəcəyəm. Hesab edirəm ki, bu rola uyğun gəlir".

 

 

Ayna.- 2011.- 9 aprel.- S.20.