Baharın 60 anı

 

Fotoqraf Rüstəm İsmayılovun sərgisi açılıb

 

Abşeron Rəsm Qalereyasında fotoqraf Rüstəm İsmayılovun sərgisi açılıb. Sərgi "Baharın 60 anı" adı altında təşkil edilmişdir. Bu mədəniyyət tədbirinin təşəbbüsçüləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron Rəsm Qalereyası olub.

Fotoqraf seyrçilərin mühakiməsinə ən fərqli mövzularda 60 foto-əsərini təqdim edir. Bədii foto ustası Rüstəm İsmayılov deyir ki, əks olunan hər bir an zamanın mühüm hissəsidir.

Sərgidə nümayiş etdirilən kompozisiyaların əksəriyyəti bədii önəm daşıyır. Sərgidə Rüstəm İsmayılovun "Diskussiya", "Dəcəllər meydanı", "Tanışlıq", "Rəssam Adil Ələkbərovu xatırlayarkən", "Gənc skripkaçı" və "Türkmən gözəli" kompozisiyaları diqqəti daha çox çəkib.

 

 

Ayna.- 2011.- 16 aprel.- S.20.