Müdafiə və
təhlükəsizlik sektoru: gündəmi izlədikcə
(1-15 aprel)
1 aprel.
Prezident İlham Əliyevin imzladığı fərmana
uyğun olaraq, 1993-cü ildə doğulmuş və
çağırış günü üçün 18
yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə
doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə
və qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrdə hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan Azərbaycan
vətəndaşları həqiqi hərbi xidmətə
çağırılıblar.
1 aprel. Nazirlər Kabineti Azərbaycan vətəndaşlarının
2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə
çağırılmasının təmin edilməsi tədbirləri
haqqında qərar qəbul edib. Qərarla bir yerdə 2011-ci
il aprelin 1-dən 30-dək vətəndaşların həqiqi
hərbi xidmətə çağırışı üzrə
Respublika Çağırış Komissiyasının tərkibi
də təsdiqlənib. Baş nazir Artur Rasizadənin
imzaladığı qərarla respublika hərbi
komissarının müavini, polkovnik Ramiz Məmmədov
Respublika Çağırış Komissiyasının sədri,
Dövlət Sərhəd Xidməti rəisinin müavini,
general-mayor Məhəmməd Abbasquliyev isə sədr müavini
təyin olunub. Daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə
nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin
müavini Toğrul Musayev, Həmkarlar İttifaqları
Konfederasiyasının sədr müavini Aqil Dadaşov və
millət vəkili Siyavuş Novruzov komissiya üzvü kimi təsdiqlənib.
1 aprel. MN təşkilat səfərbərlik
idarəsində "qaynar xətt" yaradılıb. Eyni
zamanda şikayəti və ya hər hansı
narazılığı olan vətəndaşlardan isə
nazirliyin tərbiyə işləri idarəsinin nəzdində
fəaliyyət göstərən "etimad xətti"nin
telefon nömrələrinə zəng etmələri xahiş
olunur.
1 aprel. Milli Məclisin yaz sessiyasında
"Hərbi vəzifə və hərbi xidmət
haqqında" yeni qanun layihəsinin müzakirəyə
çıxarılmasının nəzərdə tutulduğu
bəyan edilir.
1 aprel. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq qoşunların təmas xəttində - Azərbaycan
Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı
kəndinin cənub-qərbində monitorinq keçirilib.
1 aprel. Ermənistan SQ Ağdam rayonunun
işğal altında olan Uzundərə ərazisində hərbi
təlimlərə başalayıblar, ağır texnika,
artilleriya atəşi səsləri eşidilib.
1 aprel. XİN müavini Xələf Xələfov
bildirib ki, Azərbaycan və Gürcüstanın sərhəd
xətlərinin 2/3 hissəsi razılaşdırılıb.
Qalan 1/3 hissəsinin çox hissəsi barədə də iki
ölkənin fikirləri uyğundur: "Bəzi hissələrdə
isə fikir ayrılığı yaranıb.
Çalışırıq ki, bu məsələləri
razılaşdıraq". XİN rəsmisi Gürcüstanla
sərhədlərin müəyyənləşdirilməsi
zamanı gündəlikdə ərazi mübadiləsi məsələsinin
olmadığını da söyləyib.
1 aprel. Martın 29-30-da FHN Mülki
Müdafiə Qoşunlarında "Fövqəladə hadisələrin
nəticələrinin aradan qaldırılması zamanı hərbi
hissə və bölmələrin idarə olunmasının təşkili"
mövzusunda komanda-qərargah təlimi keçirildiyi
bildirilib.
1 aprel. İsveçrənin Cenevrə
şəhərində NATO-nun SNT proqramına uyğun olaraq
"Parlamentarların silahlara nəzarət, tərk-silah və
kütləvi qırğın silahlarının
azaldılması" mövzusunda konfransında azərbaycanlı
və erməni millət vəkilləri arasında qalmaqal
düşüb. Erməni iştirakçılar azərbaycanlı
deputat Məlahət İbrahimqızının
çıxışına etiraz etməyə cəhd göstəriblər.
Çıxışı zamanı diqqəti Ermənistanda
olan Metsamor AES-ə yönəldən Məlahət
İbrahimqızı bu AES-in Cənubi Qafqaz üçün təhlükə
yaratdığını qeyd edib.
3 aprel. ATƏT-in fəaliyyətdə
olan sədri, Litva XİN başçısı Audronyus
Ajubalis Cənubi Qafqaz regionuna səfərinin yekunlarından
danışarkən bildirib ki, Ermənistana nümunə
göstərmək üçün öz snayperlərini birtərəfli
qaydada geri çəkməsini təklif edib, lakin rədd
cavabı alıb. A.Ajubalis Azərbaycanda və Ermənistanda olarkən
hər iki tərəfin silahlanmasından son dərəcə
narahat olduğunu bildirib. 4 aprel. Ermənistan xarici işlər
nazirinin müavini Şavarş Koçaryan bildirib ki, ATƏT
həmsədrləri Dağlıq Qarabağ ərazisində
Sahə Qiymətləndirmə Missiyası həyata keçirəcəklər.
4 aprel. Azərbaycan Təhlükəsizlik
və Müdafiə İctimai Assosiasiyasının təşkilatçılığı
ilə "NATO-62: dünən, bu gün və sabah"
mövzusunda dəyirmi masa keçirilib.
4 aprel. Rusiyanın Xəzər dəniz
donanmasına daxil edəcəyi 11661K layihəli
"Dağıstan" sinifli yeni raket kateri suya endirilib
4 aprel. İran sərhəd
qoşunlarının komandanı general Zülfüqari bildirib
ki, İran sərhədboyu rayonlara havadan nəzarət etmək
üçün pilotsuz təyyarələr və helikopterlərdən
istifadə edəcək. Zülfüqarinin sözlərinə
görə, sərhədlərin möhkəmləndirilməsi,
sərhəd qoşunlarının texniki təminatı
üçün 1390-cı ilin büdcəsindən
(21.03.2011-20.03.2012) 860 milyard rial (85 milyon dollar) pul
ayrılıb.
4 aprel. MN Şəmkir Hərbi Birləşməsinin
Tovuz rayonundakı "N" saylı hərbi hissədə
Yevlax rayon Hərbi Komissarlığından həqiqi hərbi
xidmətə çağırılmış Ramil Boris
oğlu Əliyev (1991) xidməti silahı ilə ehtiyatsız
davranaraq əsgər yoldaşı Asif Samir oğlu Əliyevə
atəş açıb. Salyan rayon Hərbi
Komissarlığından həqiqi hərbi xidmətə
çağırılan A.Əliyev (1991) başından
aldığı güllə yarasından keçinib.
5 aprel. Azərbaycan Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdində
snayper kursu fəaliyyətə başlayıb. Azərbaycanda
ilk dəfə təşkil olunan bu kurslarda gənclərə
snayper tüfənglərinin texniki göstəriciləri,
tüfənglərdən sərrast atəş açmaqla
yanaşı, əlbəyaxa döyüşlər öyrədilir.
5 aprel. DİN-də geniş kollegiya
iclası keçirilib. Kollegiyada kriminogen durum, cinayət hadisələrinin
açılması, itkin düşmüş şəxslərin
tapılması, tanınmamış meyitlərin müəyyən
edilməsi və s. müzakirə olunub.
5 aprel. DQ-dən bildirilib ki, Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun adı xidmət
etdiyi xüsusi təyinatlı bölmənin şəxsi heyətinin
siyahısına salınacaq.
6 aprel. DSX-nin Şəmkir rayonunda yerləşən hərbi hissəsində 2010-cu ilin yanvar ayında Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Qəmbərli Muxtar Qurbanəli oğlu hərbi hissənin yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Hərbi hospitala çatdırılmasına və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, M.Qəmbərli keçinib.
6 aprel. Rusiyalı kosmonavt, Rusiya qəhrəmanı Maksim Surayevin rəhbərlik etdiyi heyət Azərbaycanda səfərdə olub. Heyətdə "Roskosmos" Federal Kosmik Agentliyinin, müxtəlif təşkilatların əməkdaşları və Rusiya Dövlət Dumasının deputatı təmsil olunub. Səfər Yuri Qaqarinin kosmosa uçmasının 50 illiyi çərçivəsində idi.
7 aprel. MSN Milli Aerokosmik Agentliyindən bildirilib ki, Azərbaycan kosmosa məsafədən zondlama peyki buraxacaq. Bu peyk Rabitə və İnformasiya Nazirliyinin peykindən fərqli olaraq Yer təkini öyrənmə məqsədi daşıyacaq. Peyk vasitəsi ilə MAKA tərəfindən yer təkinin məsafədən zondlanması həyata keçiriləcək, müvafiq qurumların sifarişləri yerinə yetiriləcək.
7-8 aprel. Müdafiə
naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə milli
müdafiə naziri Vəcdi Gönülün dəvəti ilə
Türkiyədə səfərdə olub. Aprelin 8-də o,
türkiyəli həmkarı V.Gönüllə
görüşüb. Görüşdə hər iki ölkəni
maraqlandıran məsələlər, xüsusilə qəbul
etmədiyimiz Dağlıq Qarabağ məsələsi və
s. müzakirə edilib. Müdafiə sənayesi, hərbi tədris,
təlimlərə qatılma kimi məsələlər
ön planda olub. Elə həmin gün Səfər Əbiyev
Türkiyə SQ Baş Qərargahının rəisi, ordu
generalı İşık Koşaner tərəfindən qəbul
edilib.
7-10 aprel. Türkiyənin paytaxtı Ankarada
"NATO, Əfqanıstanda beynəlxalq terrorizmə
qarşı mübarizə və 11 sentyabr tarixindən sonra
Orta Asiya regionunda təhlükəsizlik mühiti"
mövzusunda konfrans keçirilib.
8 aprel. Mart ayında DSX əməkdaşları
tərəfindən axtarışda olan 117 nəfərin
saxlandığı bildirilib. Xəbərdə deyilir ki, dövlət
sərhədinin mühafizəsinin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər nəticəsində
ay ərzində 37 halda dövlət sərhədinin
pozulmasının qarşısı alınıb, 69 nəfər
saxlanıb. Tutulan sərhəd pozucularının 49 nəfəri
Azərbaycan, 8 nəfəri Əfqanıstan, 5 nəfəri
İran, 3 nəfəri Gürcüstan, 2 nəfəri Rusiya
Federasiyası, 1 nəfəri Türkiyə, 1 nəfəri
Qırğızıstan vətəndaşıdır.
11 aprel. MSN zavodlarında və
elm-istehsalat müəssisələrində nazirliyin istehsalat
birliklərinin 2011-ci ilin birinci rübü üzrə fəaliyyətlərinin
yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında
nazir Yavər Camalov bildirib ki, 2011-ci ildə Azərbaycanda
Dövlət Müdafiə Sifarişi Proqramı üzrə
istehsal ediləcək müdafiə təyinatlı məmulatların
həcminin 4,7 dəfə artırılması nəzərdə
tutulur. Cari ilin əvvəlindən Dövlət Müdafiə
Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin
icrasının davam etdirildiyini bildirən Y.Camalov Azərbaycanın
güc strukturları ilə bağlanmış müqavilələr
əsasında 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə müdafiə təyinatlı məmulatların
istehsal həcminin 11 dəfədən çox
artdığını deyib. Eləcə də, ötən
ilin müvafiq dövrü ilə müqayisədə mülki
məhsulların istehsalında 32,3% artım əldə edilib.
"Bu il Dövlət Müdafiə Sifarişi Proqramına
uyğun olaraq 86 mövzu üzrə 107 məmulatın yaradılması
nəzərdə tutulub. Bu da 214 mərhələni əhatə
edəcək. MSN SQ-nin müasir tələblərə cavab
verən silah və döyüş sursatları ilə təmin
edilməsi istiqamətində nazirliyin qarşısında
qoyulmuş mühüm vəzifələrin icrası
üçün bundan sonra da bütün gücünü səfərbər
etməlidir", - deyə nazir vurğulayıb.
11 aprel. DSX Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Bildirilir ki, Azərbaycanın İran İR ilə sərhəd olan Yardımlı rayonu ərazisində naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan sərhədçiləri tərəfindən ona "Dayan!" əmri verilsə də, sərhəd pozucusu buna məhəl qoymayıb. Sərhədçilər ona atəş açmaq məcburiyyətində qalıblar. Nəticədə sərhəd pozucusu aldığı güllə yarasından keçinib. Araşdırmalar nəticəsində sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, həmin şəxs Yardımlı rayon sakini Cəfər Cəfərovdur.
11 aprel. ATƏT Minsk Qrupunun həmsədrləri Bernar Fasie, Robert Bradtke və İqor Popovun regiona səfəri başlayıb. Onlar aprelin 11-12-də Yerevanda olublar, sonra isə Azərbaycanın işğal olunmuş ərazilərinə, oradan isə Azərbaycana keçiblər.
11 aprel. ANAMA-nın məlumatına görə, bu ilin martında Azərbaycanda 2164827 kvadrat metr ərazi yoxlanaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 3645 PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edib. Mart ayında mina/PHS hadisəsi qeydə alınmayıb. ANAMA tərəfindən indiyədək ümumilikdə 158 374 397 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 650245-dir. Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcəbədi, Beyləqan, Füzuli, Göygöl, Tərtər, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndində və Bakı şəhəri, Qaradağ rayonunun Güzdək qəsəbəsində davam etdirilir.
11 aprel. ABŞ
Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə
dair builki hesabatında bildirilir ki, ötən il Ermənistan
ordusu 54 hərbçi itirib, bu, 2009-cu ilin rəqəmindən
10 nəfər çoxdur. Rəsmi statistikaya əsasən, bu
itkilərin cəmi 11-i atəşkəsin pozulması nəticəsində
baş verib. 13 hərbçi qətlə yetirilib, 8-i xəstəlikdən
ölüb, 4 nəfərin silahla ehtiyatsız davranma nəticəsində
öldüyü açıqlanıb. Hesabatda deyilir ki, Ermənistanın
insan haqları müdafiəçiləri ordu rəhbərliyinin
şübhəli qətlləri ört-basdır etməyə
çalışdığını bildirir. Dövlət
Departamenti həmçinin qeyd edir ki, "etnik erməni
separatçıları" Ermənistanın köməyi ilə
Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona
bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir. Həmçinin
sənəddə deyilir ki, Ermənistan Azərbaycanla sərhədlərin
bütün perimetri boyu piyadalar əleyhinə minalar
döşəyib.
Bu minalardan ötən il 12 hərbçi həlak olub,
mülki şəxslər də həyatını itirib.
12 aprel. Ermənistan parlamenti Gümrüdə
yerləşən Rusiya hərbi bazalarının müddətinin
uzadılması barədə protokolu təsdiq edib. Qeyd edək
ki, Rusiya və Ermənistan ötən ilin avqustunda Gümrüdəki
hərbi bazaların müddətini 2044-cü ilə qədər
uzadılması barədə razılığa gəliblər.
12 aprel. Stokholm Beynəlxalq Sülh Araşdırmaları
İnstitutunun hesabatına görə, 2010-cu ildə dünyada
hərbi xərclər 1.6 trilyon dollardan çox olub. Hesabata görə,
1991-ci ildən bu yana burda Azərbaycan, Ermənistan və Gürcüstana
görə silah alınmasına daha çox pul xərclənir.
Özü də əvvəlki illərlə müqayisədə fərq də artıb. Məsələn, 2010-cu ildə Azərbaycan silah alınmasına 1.5 milyard dollar, Ermənistan 422, Gürcüstan 454 milyon dollar xərcləyib. İnstitutun 2009-cu il üçün açıqladığı rəqəmlərə görə, ümumdaxili məhsulunun ən böyük hissəsini silah almağa xərcləyən ölkə Gürcüstandır. Rəsmi
Tbilisi ÜDM-in 5.6, Yerevan 4.2, Bakı isə cəmi 3.4 faizi qədər silah alınmasına xərcləyir.
12 aprel. SQ Baş
Klinik Hospitalında ABŞ Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində epidemioloji monitorinq laboratoriyasının açılışı olub. Müdafiə
Nazirliyinin epidemioloji
monitorinq laboratoriyasının
tikintisinə 1 milyon
dollardan çox vəsait sərf olunub.
12 aprel. ABŞ
Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin rəhbəri Ken Mayers Azərbaycana səfər edib. Pentaqon rəsmisi Bakıda Müdafiə Nazirliyi üçün dəyəri 1 mln. dollardan
artıq olan laboratoriyanın açılışında iştirak edib. Epidemioloji xəstəliklərin monitorinqinin aparılması
üçün tikilən laboratoriya ABŞ Müdafiə Departamentinin Bioloji Birgə
İştirak Proqramının ikitərəfli əməkdaşlıq çərçivəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilib. Laboratoriya xüsusi təhlükəli infeksiyalara nəzarət, müasir
avadanlıqlar vasitəsilə bioterrorizmə qarşı mübarizə aparılması, onların aşkar edilməsi və bu kimi başqa məqsədlər üçün yaradılıb.
12-15 aprel. Bakıda Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti əməkdaşları və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri üçün Avropa Birliyinin "Cənubi Qafqaz ölkələrinin sərhəd idarəetməsinin inteqrasiya sistemlərinə dəstək" layihəsi əsasında "Sərhəd əməliyyat metodlarının və prosedurlarının təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib. Layihə 2010-cu ilin oktyabrından reallaşdırılır. Fransa, Latviya, Çexiya və başqa ölkələrin cəlb olunduğu 30 aylıq layihəyə 6,3 milyon avro pul ayrılıb.
13 aprel. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Ağdam-Bərdə
yolundakı təmas xəttində monitorinq keçirilib. Monitorinq zamanı Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdam rayonunun Orta Qərvənd kəndinə gəliblər. Məqsəd 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.
13-14 aprel. ATƏT Minsk Qrupunun həmsədrləri
Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici
işlər naziri Elmar Məmmədyarovla
görüşüblər.
15 aprel. Müdafiə Nazirliyi mətbuat
xidmətinin məlumatına görə, Azərbaycan
Silahlı Qüvvələrinin hərbi qulluqçuları
aşağıdakı hərbi tədbirlərdə
iştirak edəcəklər.
-
Hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə
kursu, 18- 29.04.2011, İzmir, Türkiyə;
- Azərbaycan-Pakistan
ikitərəfli əməkdaşlıq planına əsasən,
18.04.-14.05.2011, Təməl hava desant kursu, Peşevər,
Pakistan;
- Azərbaycan-ABŞ
iş planına əsasən, 20.04.2011-26.01.2012, Rabitə zabitinin
təməl kursu, San-Antonio, ABŞ;
- Azərbaycan-Türkiyə
ikitərəfli əməkdaşlıq planına əsasən,
25.04-27.05.2011, Zabitlər üçün KBRN silahlarından
müdafiə kursu, İstanbul, Türkiyə;
-
FTP-dən əlavə, 25-29.04.2011, Hərbi-dəniz əməliyyatları
terminologiyası kursu, Yalova, Türkiyə;
-
FTP-dən əlavə, 27.04-06.05.2011, Alman dili müəllimləri
uçün təkmilləşdirmə seminarı, Hürt,
Almaniya;
-Azərbaycan-ABŞ
iş planına əsasən, 27-28.04.2011, İkitərəfli
planlaşdırma üzrə əməkdaşlıq
konfransı, Bakı, Azərbaycan.
Ayna.- 2011.- 16 aprel.- S.9-10.