"Modelə intellekt gərəkdir"
Çünki modelyerin informasiya daşıyıcısıdır
Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın
modellər üçün
xüsusi meyarları
var. Modellərdə boy məhdudiyyəti
qoymur. Hazırda modelyer xanım 10 qız və 7 oğlan həmkarı ilə çalışır.
Qeyri-peşəkarlarla isə
ümumiyyətlə işləmir:
"Gənclər elə düşünürlər
ki, model olmaq çox asan işdir. Düşünürlər
ki, ona təhsil,
intellekt lazım deyil. Amma belə deyil.
Modelə intellekt gərəkdir.
Mən podiuma çıxmıram,
amma model mənim informasiya daşıyıcımdır.
Podiuma çıxan model işlərimi
mənim adımdan çox peşəkarlıqla
təqdim etməlidir.
Modellər beynəlxalq sərgilərə
çıxıb stendləri
tanıdırlar, hər
şey onlardan asılıdır. Müdir çıxmır
ki, camaatın qarşısına. Yəni biznesin
inkişafı, əlaqələr
modeldən asılıdır.
Çox
çətin peşədir.
Model daim öz
üzərində işləməlidir.
Onlar formanı qoruyub saxlamasından tutmuş, dil bilməsinə, xarakterinə, dözümlülüyünə
qədər bütün
keyfiyyətləri özündə
cəmləşdirməlidir.
- Azərbaycanda modellər podiumda pul qazana
bilirmi?
- Bizdə bir-iki agentlik var ki, onlar
mütəmadi işləyir.
Onların nümayişləri,
sərgiləri olur.
Onlar aylıq qazanclarını
çıxara bilirlər.
Burada əsas məsələ peşəkarlıqdır. Sabah biri çıxıb
deyə bilər ki, Fəxriyyə xanım, mən modeləm. Amma mən ondan
soruşanda ki, boyun neçədir, deyir 175. Deyirəm ki, bu boy
model sayılmır, orta
boydur. Model olmaq üçün 185 sm boy lazımdır.
Hazırda 5-10 nəfər
belə model var. Onlar peşəkardır və
həmişə iş
tapırlar. Amma deyə bilmərəm
ki, onların sayı çoxdur. Model üçün peşəkarlıq lazımdır.
-
Ətir biznesindən qazanc götürmüsünüz?
- Hələ ki, yolun başlanğıcındayam.
Müvəffəqiyyət qarşıdadır. Modada olduğu kimi, bu işi də
birinci mən başladım. Ona görə
də yol göstərənim yoxdur.
Özüm öyrənə-öyrənə
icad edirəm. Ancaq onu deyə bilərəm
ki, layihənin sonunda uduzmayacağam.
Bilirəm ki, zərərə
düşməyəcək və qoyduğum vəsaiti qaytaracağam.
Qazanca gəldikdə, birinci ətirdən qazanc gözləmirəm. Qarşıma elə məqsəd qoymuşdum ki, elə ancaq vəsaitimi qaytarım və həmin vəsaiti sonradan başqa ətirlərin istehsalına yönəldim.
- Kişi ətirləri istehsal etmək fikriniz var?
- "Nuray"dan sonra kişi
ətirləri yaradacağam.
Düşünürəm ki, kişi
ətirlərindən sonra
artıq istədiyim qazancı əldə etməyə başlayacağam.
Kişilər üçün ətirlər artıq son mərhələdədir. Digər bir tərəfdən, burada çeşid məsələsinin
də xüsusi önəmi var. Məsələn,
məndə hələlik
bir çeşid ətir var. Bir rəfdə 5 çeşid
məhsul olduqda, rahat ola
bilərəm ki, birinin satışı o birisini kompensasiya edəcək. "Nuray" ətirlərinin
satışından çox
razıyam.
Gənc qız və oğlanlar
üçün tamamilə fərqli ətirlər istehsal etmək
fikrindəyəm. Bax bu 5 çeşidə gəlib
çatanda tam rahat olacağam ki, artıq qazanc əldə
edirəm. Adına gəldikdə, hələ qərar verməmişəm.
Üç ad var - avtomobilimin nömrəsi 579,
"Maqnum", "Elbrus" zirvəsi qoymaq istədim, amma
heç birinin üzərində dayanmadım. Hələ də
axtarışdayam.
-
Biznesiniz yalnız yerli auditoriya üçündür, yoxsa kənara
da çıxa bilirsiniz?
- Bazar hələlik Azərbaycan və
paytaxt Bakıdır. Ölkə xaricinə hələlik
çıxmamışıq. "Nuray" ətri 1 ildir satışdadır.
Ancaq mənim ətrimi indiyə qədər neçə
ölkənin birinci şəxslərinin xanımlarına hədiyyə
aparıblar. Bu özü elə keyfiyyət göstəricisidir.
Bizim
keyfiyyət sertifikatlarımız çoxdur. İlk özəlliyi
odur ki, mənim icad etdiyim ətirdir. Bu ətir gün boyunca -
səhərdən axşama qədər bir xanımı
müşayiət etsə, ona müsbət enerji verəcək.
Qoxunun özü çox gözəldir
və buna görə də xanımda çox gözəl əhval-ruhiyyə
yaradacaq və ətrafla gözəl dialoq qurmaq imkanı verəcək.
Mən bu ətri elə yaratdım ki, insanlar tərəfindən
anlaşıla biləcək qoxu olsun. Elə ətirlər var
ki, insanda baş ağrısı yaradır. İndi istəyirəm
ki, ətri qonşu Gürcüstan, İran, Türkiyə
bazarına çıxarım.
Xatun
Ayna.-
2011.- 20 avqust.- S.21.