Gözəlləşən
ölkədən əlvan panoramlar
Bakıda Qazaxıstana həsr
olunmuş fotosərgi açıldı
Türk dünyasının ərazicə
böyük, sürətlə inkişaf edən ölkəsi - Qazaxıstana
həsr olunmuş "Barış və quruculuğun 20 ili"
adlı fotosərginin açılışı oldu. Bu geniş
spektrli fotosərgi Qazaxıstanın Azərbaycan
səfirliyi tərəfindən "1969 Qalereyası"nda təşkil
olunub və ölkənin müstəqilliyinin
20-ci və konstitusiyanın qəbulunun 16-cı
ildönümünə həsr edilmişdir.
Fotolarda
Qazaxıstanın əsrarəngiz təbii mənzərələri,
gözəlləşən şəhərləri, Astana və Almatı panoramları dolğun təəssürat yaradırdı.
Açılış törənində Qazaxıstan səfiri
Serik Primbetov
çıxış edərək ölkəsinin müstəqillik
dönəmində qazandığı böyük
uğurlardan, onun dünya
ölkələri arasında nüfuzunun
gündən-günə artdığından söz
açmış, Qazaxıstanın ATƏT-ə uğurlu sədrlik etdiyini,
Astanada bu beynəlxalq
təşkilatın zirvə toplantısı faktını, paytaxt Astananın dünya
dinləri liderlərinin görüş mərkəzinə
çevrildiyini, Azərbaycan diasporunun fəallığını, azərbaycanlıların
Qazaxıstanın iqtisadi və mədəni
həyatına qırılmaz tellərlə inteqrasiya
olunduğunu ayrıca qeyd
etmişdir. Səfir Primbetov
iki ölkə arasında münasibətlərin
yüksək səviyyədə olduğunu
vurğulamış, ticari-iqtisadi və mədəni
əlaqələrin genişlənməkdə olduğunu
söylədi.
İSMAYIL
Ayna.-
2011.- 27 avqust.- S.20.