Qafqaz amazonları dünya elminə açıqlanır

 

Nuridə Atəşinin eyniadlı kitabı Almaniyada 4 dildə nəşr edildi

 

Tədqiqatçı yazar Nuridə Atəşinin "Qafqaz amazonları" Miflər arxasındakı gerçək tarix" kitabı Azərbaycan, rus, almaningilis dillərində Almaniyanın Berlin şəhərində nəşr edilmişdir. Kitab Azərbaycanın görkəmli tarixçi və arxeoloqlarından, albanşünas professor Fəridə Məmmədova, Kamal Əliyev, arxeoloqlardan Mübariz Xəlilov, Bəhlul İbrahimli, Milli Məclisin mədəniyyət Komissiyasının sədri prof. Nizami Cəfərovun rəyləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə nəşr edilmişdir.

Tədqiqatçı indiyə qədər beynəlxalq elm aləmində amazonlar haqqında hakim olan, belə ki, onların bir mifologiya olması, yaxud skit, yunan qadınları olmaları və yaxud da onların kiçik Asiyada, Qara dəniz sahilində ilkin məskən salmaları və Qafqaz bölgəsinə yalnız bundan sonra gəlmiş olmaları kimi tezislərinə, fikirlərinə cəsarətlə qarşı çıxmış, amazonların ilkin vətəni olaraq Güney Qafqazı, xüsusilə qədim Azərbaycan torpaqları hesab edilən Dağlıq Qarabağın əzəli qədim torpaqları olduğunu sübut etməyə çalışmışdır. Müəllif kitabda 15 illik tədqiqatının nəticələri olaraq sübut edir:

- Dünyanın ən qədim (e.ə. II minilliyə aid) savaşçı qadın qəbrinin Qafqazdan - Azərbaycanın Naxçıvan bölgəsindəki Plovdağ-II-dən aşkar edilməsi,

- Qafqazın metallurgiya mərkəzinin beşiyi olması,

- amazon silahları hesab edilən təbərzin baltaların və hətta onların hazırlanması üçün istifadə edilmiş qəliblərin cənubi Qafqazdan, xüsusi ilə Azərbaycanın müxtəlif bölgələrindən tapılması,

- dünya mədəni irsinə aid olan Qobustanda amazonların ilkin izlərini göstərən qaya rəsmlərini və bir sıra arxeoloji tapıntılar kimi faktlarını və bir çox sayda başqa elmi yenilikləri ilk dəfə olaraq dünya elminə təqdim edir.

Hazırda Azərbaycanda PA yanında Elm Fondunun, Azərbaycan Dövlət Memarlıq və Tikinti və eləcə də Avrasiya Universitetlərinin təşkil etdiyi beynəlxalq Albaniya konfransında iştirakçısı olan Nuridə Atəşi ilk dəfə olaraq öz elmi kəşflərini dünyanın bir çox ölkələrindən qatılan beynəlxalq alimlərin qarşısındakı elmi məruzəsində beynəlxalq elm mənsublarının mühakiməsinə verəcəkdir. Önümüzdəki günlərdə paytaxt Bakıda kitabın təqdimat mərasimi keçiriləcəkdir.

 

İsmayıl   

Ayna.- 2011.- 3 dekabr.- S.20.