"İki il ərzində əllərim daşa döndü"

 

Ənvər Sadıqov deyir ki, həyatını proqnozlaşdırsaydı, əsgərliyə getməzdi

 

"Mən musiqi ilə formalaşmışam. Valideynlərim deyirdilər uşaqlıqda musiqiyə çox kəskin reaksiya verirdim, ritmi yaxşı tuturdum, baxmayaraq ki, indiyədək rəqs edə bilmirəm. Böyük bacılarım musiqi məktəbinə gedirdilər, onlar məşğul olanda mən harada səhv etdiklərini hiss edirdim, pianoya yaxınlaşıb lazımi notu basırdım. Bir qədər böyüdükdən sonra mağazada qarmon gördümözümü saxlaya bilmədim: istəyirəm, vəssalam!" - bu sözləri məşhur qarmon ifaçısı, əməkdar artist Ənvər Sadıqov bir qədər keçmişinə boylanaraq deyir. Lakin onun valideynləri balaca Ənvərin musiqiçi olmasının qəti əleyhinə idilər:

"Onlar hər ikisi riyaziyyatçıdır, atam təbii ki, öz yeganə oğlunun da taleyini başqa cür görmək istəyərdi. Ümumiyyətlə, məni ciddi nizam-intizamla böyüdürdülər, indi belə tərbiyənin bütün müsbət cəhətlərini aydın görürəm, yeri gəlmişkən, öz övladlarıma da tətbiq edirəm". O, hesab edir ki, bir tərəfdən tərbiyə, digər tərəfdən musiqiyə aludə olmağı onu küçənin mənfi təsirindən mümkün qədər təcrid edə bilib. O, ziyanlı şeylərdən qaçmaqla özünü bütövlüklə musiqiyə həsr elədi:

"Tədricən özümü həyatı mənim kimi dərk edən insanlarla əhatə etdim. Yeri gəlmişkən, onların çoxuna mən yoldan çıxmağa imkan vermədim. Məsələn, yaşıdlarımın saatlarla blokun qarşısında çöməlib oturduğunu görəndə yaxınlaşıb klubda mənimlə birgə məşq etməyi təklif edirdim. Beləliklə, tədricən öz əhatə dairəm yaranır və musiqi qalib gəlirdi. Lakin heç vaxt nəticə əldə etmək üçün hansısa plan qurmamışam. O indi belədir ki, qarşıya müəyyən vəzifə qoyulur, hər bir janrdakı boşluğu doldurmaqpul qazanmaq üçün tam bir texnologiya hazırlanır. Bizim belə məqsədlərimiz olmayıb, biz pul haqda düşünməmişik və bilmirdik ki, nə vaxt qazana bilərik.

Mən öz həyatımı proqnozlaşdırsaydım, əsgərliyə getməzdim. Onda da belə idi, indi də, bir çox musiqiçilər orduya yararsızlıq kağızı alırdılar. Mənim görmə qabiliyyətim zəif olduğu üçün xidmətdən yayına bilərdim, amma rüşvət vermədim və xidmət çəkməyə getdim, həm də yaradıcı gücümün çiçəkləndiyi, inkişaf etdiyi bir vaxtda. İki il ərzində əllərim daşa döndü və əvvəlki formanı qaytarmaq mənə çox çətin oldu, demək olar, sıfırdan başlamalı oldum".

Ənvər Sadıqov əlavə edir ki, ordudan sonra 6 ay gündə 2 saat məşq edərək əvvəlki vəziyyətinə qayıda bilib. Sonra klubda uşaqlara dərs deməyə başlayıb. Musiqiçi deyir ki, praktik olaraq, riyazi hesablamalarla ona lazım olan yolları tapır və sonra onları əsərlərdə tətbiq etməyə başlayırdı:

"Görünür, burada genetika da əhəmiyyətli rol oynayıb, üstəgəl, əlbəttə, bacarıq. Gənc ifaçılar nəslinin bir çox təmsilçiləri indi 8-10 saat məşq edirtexniki ifa məharətinə nail olurlar. Musiqini dinləyir, kompüterə köçürür, ifanı təkrarlayır və məndən üç dəfə sürətlə çalırlar. Amma axı hər şey sadədir - bir notu, kontrapunktu saxlamaq olar, amma elə şəkildə ki, ürəyi riqqətə gətirsin. Texnika ilə təəccübləndirmək olar, amma qəlbi fəth etmək - heç vaxt. Məndə bu, şüurlu axındır, mən intuitiv olaraq hiss edirəm ki, lazım olan notuvaxt basmaq, nə vaxt dayanmaq lazımdır. Görünür, insan belə doğulmalıdır. Ümumiyyətlə, hiss etmişəm ki, mənim ifa etdiyim özümün xoşuma gəlirsə, bu, demək olar, istənilən dinləyicidə təsir buraxır".

 

Xatun 

 

Ayna.- 2011.- 3 dekabr.- S.20.