Mikayıl Abdullayev - 90

 

Mədəniyyət və Turizm Nazirliyi xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi keçirir. Nazirliyin mətbuat xidmətindən bildirilir ki, sərginin açılışı dekabrın 9-da Azərbaycan Milli İncəsənət Muzeyində olacaq. Bundan əlavə, rəssamın doğum günündə məzarı ziyarət olunacaq, Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.

Milli təsviri sənətin görkəmli isimlərindən olan Mikayıl Abdullayev bir sıra fəxri adlara, təltiflərə (SSRİ xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor) layiq görülüb. Geniş yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı, o həm də ictimai xadim kimi bir neçə dəfə respublika Ali Sovetinin deputatı seçilib. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüsseldə nümayiş etdirilib. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə rəssamın fərdi sərgisi açılıb.

 

Ayna.- 2011.- 3 dekabr.- S.20.