Tahir Salahovdan "Min bir gecə"

 

Moskvada Tahir Salahovun əsərlərindən ibarət "Min bir gecə" adlı sərginin açılışı olub (APA). "Aydan" qalereyasında keçirilən sərgini Azərbaycan Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan Tahir Salahova qalereyanın direktoru, Rusiya Rəssamlıq Akademiyasının üzvü, rəssam Aydan Salahova dahi rəssamın 83 illiyi münasibəti ilə hədiyyə edib. Sərgidə Fikrət Əmirovun "Min bir gecə" baleti üçün hazırlanmış eskizlərin əsli ilk dəfə olaraq nümayiş etdirilib.

"Min bir gecə" baletinin dekorasiyası üçün hazırladığı eskizlər barədə danışan T.Salahov oktyabrın 24-də Kreml sarayında baletin 7-ci premyerasının keçildiyini söyləyib: "Moskva şəhər sakinləri şəhərin qonaqları bu baletdən çox böyük zövq alıblar. Hər dəfə 6 min insan Azərbaycan Rusiya incəsənət ustalarının istedadına şahid olur. Bu, çox qürurverici xoş haldır". Sərgi dekabrın 10-dək "Aydan" qalereyasında nümayiş etdiriləcək.

 

Ayna.- 2011.- 3 dekabr.- S.9.