İctimai səhiyyə sistemi

 

Yaxud insanlara vaxtında sağlamlıqlarının qayğısına qalmağı necə öyrətməli?

  

"İctimai səhiyyə" termini Azərbaycan üçün yeni təzahür olsa da, inkişaf etmiş ölkələrdə tibb işçiləri çalışmaq üçün başqa şərtlərin mövcudluğunu təsəvvür belə etmirlər. İctimai səhiyyə sosial faktorların əhalinin sağlamlığına təsirini öyrənən bölmədir. Bu, səhiyyənin nəzəri əsasıdır. Onun vəzifəsi əhalinin sağlamlığına sosial faktorların, o cümlədən iqtisadi təsirləri öyrənmək, əhalinin sağlamlığını öyrənmək üçün metodologiya hazırlamaqdan ibarətdir.

 

Tarixi haqqında

 

Adi səhiyyə ayrı-ayrı vətəndaşları müalicə etmək üçündür, ictimai səhiyyə isə cəmiyyətin sağlamlığının müdafiəsi problemləri ilə məşğuldur. İctimai səhiyyə yüksək inkişaf mərhələsinə XXI əsrdə çatıb. Məhz bizim əsrdə həkimlər, nəhayət, qəbul etdilər ki, sosial gigiyena, düzgün qidalanma, yaşayış məntəqələrindən çirkab suların və tullantıların vaxtında təmizlənməsi xəstəliklərin profilaktikası və onlarla mübarizədə böyük əhəmiyyətə malikdir.

XX əsrdə sanitar şərtlərin və qidalanmanın yaxşılaşması ilə əlaqədar, pensilinin kəşf edilməsi ilə ictimai səhiyyə məsələləri tibb ictimaiyyətinin diqqətini az cəlb edib. Lakin bu məsələ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1975-ci il Almatı konqresində (Qazaxıstan) yenidən diqqət mərkəzində oldu. 2008-ci ildə isə bütün maraqlı tərəfləri insanların sağlamlığının gücləndirilməsinə və xəstəliklərin profilaktikasına dair bərabər hüquqların təmin edilməsinə səsləyən Tallin xartiyası bütün Avropa dövlətləri tərəfindən dəstəkləndi. Bu, 1986-cı ildə sağlamlıqla bağlı qəbul edilmiş Ottava xartiyasını, 2009-cu ildə Nayrobidə sağlamlığın gücləndirilməsi çağırışını, hal-hazırda Avropa və Mərkəzi Asiya üçün yaradılan 2020-Səhiyyəyə girişi daha da möhkəmləndirdi.

Bütün bu tendensiyalar bir daha təsdiqləyir ki, hər bir millətin sağlamlığının möhkəmləndirilməsi sisteminin yaradılması istiqamətində ciddi düşünülməlidir. Bu da öz növbəsində həm səhiyyə məsələləri, həm də fövqəladə hallara aid informasiyalar üzrə gündəlik işin öhdəsindən gəlməyə imkan verir.

Buna baxmayaraq, əksər ölkələrin bu gün belə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün kifayət qədər maliyyə imkanları yoxdur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə müasir tibbi xidmətlərin maliyyələşdirilməsi problemi kəskin olaraq qalmaqdadır.

İctimai səhiyyə sahəsində aparılan elmi tədqiqatlar onun fasiləsiz olaraq praktikada təkmilləşməsini tələb edir. Dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, Skandinaviya ölkələri, İsraildə aparılan geniş profilaktik işlər nəticəsində nailiyyətlər əldə edilib. Belə ki, hamilə qadınlar və yeniyetmələr arasında siqaret çəkən insanların faizi düşüb. Məsələn, İsraildə Qərb dünyasında ən az HİV qurbanları var. Bunu orta məktəblərdə həyata keçirilən ehtiyat tədbirləri "təhlükəsiz seks"in təbliğatı ilə əlaqələndirirlər.

Azərbaycanda ictimai səhiyyənin inkişafı ilə tanış olmaq, ölkəmizdə sağlamlığın gücləndirilməsi və xəstəliklərin profilaktikasının necə aparıldığını öyrənmək üçün biz ÜST-ün beynəlxalq eksperti, BMT Uşaq Fondunun məsləhətçisi, Nyu-Yorkİndiana universitetlərinin professoru Everold Hüseyinə müraciət etdik. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın Səhiyyə Nazirliyi səhiyyə sisteminin gücləndirilməsi məsələsində maraqlıdır.

- Doğrudur, hələlik adıçəkilən qurum bukletlərin və posterlərin nəşrinə yönəlib. İctimai səhiyyə isə daha geniş sahəni əhatə edir. Fikrimcə, sizin mütəxəssislər daha çox keçmiş sovet sisteminə söykənir. Halbuki sağlamlığın möhkəmləndirilməsi sisteminin, sağlam həyat tərzinin təbliğatının təkmilləşdirilməsinə zərurət var. Nazirliyin kifayət qədər resursları və ya kadrları yoxdur. Bir çox hallarda sağlamlığın gücləndirilməsi sisteminin siyasi dəstəyə ehtiyacı yaranır.

Elə əhali də xəstəlik ən qabarıq formada özünü göstərəndə həkimə gedir. Azərbaycanda xəstəlikləri önləmək cəhdi çox zəifdir, hətta mən deyərdim ki, önləyici tədbirlər sistemi mövcud deyil. Vətəndaşları öz qayğılarına qalmağı öyrətmirlər.

İctimai səhiyyənin maraq dairəsinə daxil olan xəstəliklər iki qrupa bölünür. HİV, QİÇS, vərəm və s. Bu kimi keçici xəstəliklər və diabet, hipertoniya, ürək-damar xəstəlikləri kimi qeyri-keçici xəstəliklər. Azərbaycan üçün əsas yük keçici olmayan xəstəliklərin faizinin yüksək olmasındadır.

ÜST ictimai səhiyyə sistemi çərçivəsində COMBI - insanların düşüncəsini və davranışını planlaşdırma və kommunikasiya yolu ilə dəyişdirilməsi məqsədilə strategiya işləyib hazırlayıb. Strategiyada kommunikasiya texnologiyalarından istifadə edirik. Uşaqlara, ailələrə, icmalara yerli şəraitə uyğun məsləhətlər verilir, əlaqə vasitələrindən, yanaşmasosial marketinqdən münasib formada istifadə edilir. Strategiya məhz düşüncənin dəyişdirilməsinə yönəlikdir. Başqa sözlə, əhalini nəinki maarifləndirmək, həm də onun konkret addımlar atmasına, həyat tərzini dəyişdirməsinə təkan verməkdir. Yəni strategiya çərçivəsində biz sağlam həyat tərzinin vacibliyi ilə bağlı broşurlar nəşr etməklə məhdudlaşmır, insanlara sağlam həyat tərzini nə üçün keçirmək lazımdır və bu, niyə böyük əhəmiyyət kəsb edir suallarına da konkret cavab veririk. Belə demək mümkündürsə, insanların düşüncəsini və davranışını planlaşdırma və kommunikasiya yolu ilə dəyişdirilməsi strategiyası bazarı tədqiq edir, insanları hansısa addımı atmasını və ya davranış modelini seçməsinin səbəblərini öyrənir. Öz işimizdə biz tez-tez tədqiqatlar aparan özəl sektorun işindən bəhrələnirik. Bu sektorda, tutalım, insanların buya digər məhsulu nə üçün seçdiyi, hansısa növ xidmətlərdən nə üçün yararlandığını öyrənmək üçün araşdırma apırılır. Biz ictimai səhiyyə sferasına bu yanaşmanı daxil etmək istəyirik. Yəni istehsalçını dinləmək, onun arzu və istəklərini öyrənmək vacibdir. Bu da öz növbəsində bizə əhalinin düşüncəsini dəyişməkdə köməklik edəcək. Onu da deyim ki, bu proqramlar sərmayə yatırımı tələb edir. Lakin əldə edilən nəticə xərclənən vəsaitdən bir neçə dəfə yüksəkdir.

- Konkret misallar çəkə bilərsiniz?

- Əlbəttə. Məsələn, YUNİSEF-in normalarına əsasən, uşaq ana südü ilə 6 ay müddətində qidalanmalıdır. Lakin praktikada analar bunu etmir. Məlumatlara əsasən, 6 ayına qədər körpəsini ana südü ilə qidalandıran anaların faizi 12-ni ötür. Bununla əlaqədar olaraq, bizim məqsədimiz odur ki, anaların körpələrini qidalandırmamasının səbəblərini öyrənək. Tədqiqatlardan bəlli oldu ki, körpəni ana südü ilə qidalandırmaqdan imtinanın səbəbi vaxt yoxluğu və imkanların aşağı səviyyədə olmasıdır. Ölkə qanunvericiliyinə əsasən, uşaq doğulduqdan sonra anaya ancaq üç ay üçün ödəniş edilir. Yəni bəzi qadınlar 3 aydan sonra işə çıxmağa məcburdur və buna görə də uşağı döşdən ayırırlar. Əlbəttə, müəyyən vasitələrlə döşdən südü süzmək olar, amma hamının buna vaxtı yoxdur və hamı da uşağın gələcək inkişafı üçün ana südünün əhəmiyyətini dərk etmir. Həmçinin bir çox analar bilmirlər ki, 6 ayına qədər körpəyə su vermək olmaz. Çünki körpə ona lazım olan hər şeyi ana südündən alır.

Vəziyyəti dəyişmək üçün, əlbəttə, bukletlər nəşr etmək, nəşrlərə lazımi informasiyanı yazmaq lazımdır. Lakin bu, əhəmiyyətli dəyişikliklərə yol açmayacaq. Bu halda dəyişikliyə nail olmaqda tibb bacıları, qohumlar böyük rol oynaya bilərlər. Onlar qadınlarla körpə üçün ana südünün əhəmiyyəti haqda məlumatı bölüşməlidirlər. Gələcək ananın tibbi personalın qəbulunda olarkən eşitdikləri də az əhəmiyyət daşımır. Qadına öncədən bu barədə məlumat verilməlidir ki, onun düşüncəsi dəyişsin. Bu işlər görülməsə, 12 faizi yüksəltmək çox çətin olacaq.

- Sizcə, səhiyyə və təhsil nazirliklərinin güclərinin birləşdirilməsi faydalı ola bilər? Uşaqlara hələ erkən yaşlarından sağlam həyat tərzi haqqında məlumat verilsin, sağlamlığın keşiyində dayanmağın əhəmiyyəti açıqlasın...

- Bir çox ölkələrdə səhiyyə sistemi təhsil sistemi ilə əməkdaşlıq edir. Məsələn, Skandinaviya ölkələrində bədən tərbiyəsi dərsində sağlamlığın müdafiəsi, seksual tərbiyə haqqında da məlumat verilir. Axı gələcək həyat uşaqlıqda alınan tərbiyədən çox asılıdır. Yeri gəlmişkən, məhz bu ölkələrdə yeniyetmələr arasında hamiləlik halları çox aşağıdır. Böyük Britaniya, Fransa, Yaponiya örnəkləri də təqdirəlayiqdir. Elə siqaretlə mübarizəni götürək. Sübut edilib ki, əgər yeniyetmə 18 yaşına qədər siqaret çəkməyibsə, ondan sonra siqaret çəkmə faizi xeyli aşağıdır. Əgər ilk cəhd bu yaşdan öncə edilibsə, deməli, tezliklə yeniyetmə siqaret çəkənlərin sırasında öz yerini tutacaq. Əlbəttə, problemin yaranmasının qarşısını almaq vəziyyəti dəyişdirməkdən asandır. Və bu nə qədər tez edilərsə, nəticə o qədər qənaətbəxş olar. Onu da deyim ki, bu vasitə buklet nəşr etməkdən daha effektlidir. Məktəblərdə keçirilən bu məşğələlər vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə qadirdir.

- İnsanların davranış və vərdişlərinə təsir edəcək uğurlu layihələr barədə söhbət aça bilərsiniz?

- Belə misalların sayı çoxdur. Onlardan bir neçəsi barədə danışacam. Kambocada kampaniya keçirəndə qadınlar həkimin qəbuluna hamiləliyin 3-cü və ya 4-cü ayında gedirdilər. Həmin zonada hərbi münaqişələr gedirdiçox təhlükəli vəziyyət yaranmışdı. Nəticədə bir çox qadınlar yaralanırdılar, tetanusa yoluxurdular və ölürdülər. Ölkədə anemiya geniş yayılmışdı ki, bu da gələcək anaların və təbii olaraq uşaqların inkişafına mənfi təsir göstərirdi.

Vəziyyəti dəyişmək üçün qadınları həkimə tez getməyə inandırmaq lazım idi. Bünün üçün biz yerli KİV-də kampaniyalar həyata keçirdik, əhali ilə əlaqə yaratdıq. Hamilə qadınların proqram barədə məlumatlanması və savadsızlığın aradan qaldırılması üçün evlərə getdik. Cəmi altı aydan sonra vəziyyətin tamamilə dəyişdiyinin şahidi olduq. Belə ki, hamiləliyin ilk 3 ayında həkimə gedən qadınların sayı 3 dəfə artdı! Davranışın dəyişməsi modelinin başqa bir nümunəsi Malaziyada baş verib. Malaziyanın cənub hissəsində əhali Denq qızdırmasından əziyyət çəkirdi.

Xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün əhalini inandırmaq lazım idi ki, bağlarda, məkanlarda saxladıqları suları həftədə bir dəfə boşaltmaq lazımdır. Çünki məhz saxlanılan suya ağcaqanadlar axışırdılar ki, bu da qızdırmanın yayılmasının səbəbi idi. Biz məktəblilərə bunu izah etdik, KİV-də bununla bağlı məqalələr dərc edildi, bukletlər nəşr olundu. Sakinlər, qonşular bizim mütəxəssislərdən eşitdiklərini bir-birinə söyləyirdilər. Məktəblərdə uşaqlara xüsusi gündəliklər paylandı ki, suyuzaman dəyişdiklərini orada qeyd etsinlər və müəllimlərinə göstərsinlər. Nəticədə ailələrin 87 faizi ümumilikdə davranış modelini dəyişdi. 79-80 faiz əhalidə isə bu, adət halını aldı. Bu böyük nailiyyət idi.

 

Ayna.- 2011.- 10 dekabr.- S.6.