Azərbaycanda çox gözəl ədəbi nəsil yetişir...

 

İsveçdə yaşayan həmyerlimiz, rejissor Rahim Sadıqbəyli bu fikirdədir

 

Rahim Sadıqbəyli - 2004-cü ildən ailəsi ilə birlikdə İsveçdə yaşayan Azərbaycan vətəndaşı... 60-cı illərin ortalarında Lənkəranda qulluqçu ailəsində dünyaya gəlib. 3 bacının bir qardaşıdır. Lənkəran şəhər 1 nömrəli orta məktəbi bitirəndən sonra İncəsənət institutunun (indi universitetdir) "Dramkino aktyorluğu" fakültəsinə daxil olub. 1988-ci ildə oranı bitirib, kinostudiyada rejissor assistenti kimi fəaliyyətə başlayıb. "Qətl günü", "Doğma sahillər", "Nakəs" kimi filmlərdə rejissor assistenti, "Kənar adamlar", "Qırmızı qatar" bədii filmlərində "Azadlığa gedən yollar" sənədli filmində ikinci rejissor olub.

Sonralar Moskva Ali rejissorluq ssenari kurslarını bitirib. "Özbəkfilm"də çalışıb. Orada türk rejissorlar ilə birlikdə iki teleserialda ikinci rejissor olub. 1994-cü ildə, geri dönəndən sonra, xalq artisti Rafiq Hüseynovun etimadı ilə o zamankı Telefilmin rəhbəri, rəhmətlik Nazim Abbasın başçılıq etdiyi əvvəl "Bakı studiyası"nda, sonra da telefilmdə işləyib. AzTV-də rejissor assistentindən ali dərəcəli televiziya rejissorluğuna qədər inkişaf edib. "Xəzər", "Səhər" informasiya proqramı" verilişlərində buraxılış rejissoru kimi fəaliyyət göstərib. 8 sənədli film çəkib. 2 sənədli filmi Berlin Krım festivallarında mükafat alıb.

1998-ci ildə rəhbərliyə Nizami Xudiyev gəldikdən sonra Rahim bəy tutduğu vəzifədən azad olunub. Bunun bir səbəbi məzuniyyətdə olduğu zaman İntizar İsmayılla Türkiyəyə gedib "İstanbuldan salamlar" verilişini çəkmək, ikinci səbəbi isə "Azərbaycan" adlı 28 dəqiqəlik sənədli filmdə Demokratik cümhuriyyətin banisi olaraq M.Ə.Rəsulzadənin şəklini səsini filmdə vermək olub.

Ondan sonra qısa müddətlərdə ANS, Internews, STV, ATV telekanallarında rejissor, prodüser, baş redaktor, baş rejissor kimi vəzifələrdə çalışıb. 2002-ci ildə Azərbaycanda ilk dəfə 10 seriyalı bədii televiziya filminin rejissoru prodüseri olub.

- Rahim bəyin rejissoru olduğu 2002-ci ildə nümayiş olunan "Bəyaz həyat" serialı o vaxtın tamaşaçısına verdi? Bildiyimə görə, o serial cəmi bir dəfə yerli teleməkanda nümayiş olundu... əgər indi yenidən həmin serial nümayiş olunsa, indiki zamanda tamaşaçı tərəfindən, sizcə, necə qarşılanardı?

- Əslində bu sualı tamaşaçılara versəydiniz, yaxşı olardı. Amma hər halda 10 ilə yaxın bir vaxt keçib. Fikirləşmirəm ki, belə bir serial olduğu cəmi bir dəfə təkrarı ilə Srace kanalında yayımlandığı heç kəsin yadında qalmayıb. İnanın səmimiyyətimə, indiyə qədər mənə baş rolun ifaçılarına qədər məktublar gəlir, görəndə soruşurlar. Bəlkə , inanmazsınız, hələ bir tamaşaçı mənə ağlaya-ağlaya az qala yalvarırdı ki, bu serialın ardını da çəkin. Hətta Kamal Dəniz Aqil M.Quliyevə bunu deyən tamaşaçılar olmuşdu. Bir arada biz onun davamını çəkmək həvəsinə düşmüşdük. Amma... Məni sevindirən odur ki, bu seriala baxan insanlar hələ onu unutmayıblar.

- Hazırda İsveçdə yaşayırsınız. Rahim bəyi Azərbaycandan İsveçə aparan yol haralardan keçdi?

- 2003-cü il dekabrın 24-də Bakıda təyyarəyə minib Berlinə getdim. Orda 6 ay qaldıqdan sonra 2004-cü ildə ailəm İsveçə gəldi. Mən bura gəlib məskunlaşdım. 2 ildən sonra daimi yaşamaq hüququ aldıq.

- Təbiətini, iqlimini nəzərə almasaq, sizcə, İsveç Azərbaycandan ilə fərqlənir?

- Yuxarıda suala bir az geniş cavab vermək istədim. Amma gördüm ki, söhbət əsnasında fikrimi açıqlamaq imkanım olacaq. İsveç Azərbaycandan, əlbəttə, fərqlənir. Əvvəla, bu ölkənin vətəndaşları şüurlu surətdə öz vətənlərini, ölkələrini sevirlər. Öz insanlarını, qonşularını, yoldaşlarını, dostlarını, uşaqlarının dostlarını, sözün həqiqi mənasında, sevirlər. Əgər lazım olarsa, məmnuniyyətlə kimliyindən, dərisinin rəngindən, statusundan, tutduğu mövqedən asılı olmayaraq, hər kəsə yardım etməyə hazırdırlar. Bilirsiniz, mən burda əsl demokratiyanın, azadlığın nə demək olduğunu daha çox öyrəndim. Anarxiyademokratiya tam başqa-başqa şeylərdir. Burda heç kimin ağlına da gəlməz ki, kiməsə nə işə görəsə bir rüşvət təklif etsin. Amma bu o anlama gəlmir ki, Azərbaycanda hər şey pisdir, burda yaxşıdır?! Qətiyyən! Mən ümumiyyətlə proqresləri görüb qiymət verən insanam. İnanıram ki, Azərbaycan da inkişaf edəcək və bəlkə də ən inkişaf etmiş ölkələrdən biri olacaq. Buna bizim potensial gücümüz var.

- İsveçdə heç problemlə üzləşmədinizmi?

- Əlbəttə, üzləşmişəm və üzləşirəm də. İsveçdə yaşamaq heçasan deyil.  Bilirsiniz, işləmək və yaşamaq icazəsini almaqçün o qədər maneələr var ki... Sonra dil. Tamam fərqli bir dildir. İnteqrasiya. İsveçlilər çox tezliklə içlərinə xariciləri buraxmırlar. Gərək o qədər həm səmimi, həm də işgüzar olasan ki, bunlar səni qəbul etsinlər. İnanın, mən yalnız 6 ildən sonra öz peşəmdə işləməyə başladım. Bundan öncə yalnız oxudum və bunların səviyyəsində öz təcrübəmi artırdım. Allaha şükür, indi öz sevimli işimlə, sənətimlə məşğulam.

- Hansı sahədə işləyirsiniz?

- Əlbəttə, TV sahəsində. Bundan ilyarım öncəyə qədər paytaxt Stokholmdan 200 km cənubda yerləşən İsveçin 5-ci şəhəri olan Linköpinqdə yaşayırdıq. Orda mən həm bələdiyyədə web-tv prodüseri işləyir, həm də müxtəlif kompüter proqramları üzrə təhsil alırdım. O cümlədən web-dizayner üzrə təhsil aldım və başladım web-saytlar düzəltməyə. Daha sonra Stokholmda yaşayan həmyerlilərimizin firmaları üçün web-saytlar yaratdım. Elə bu məqsədlə də Stokholma köçdüm. Qarşımda məqsəd qoymuşdum ki, mütləq TV-də işləməliyəm. Artıq 8 aya yaxındır ki, İsveçin Bilik Kanalı (UR) adlanan ictimai TV-radio kanalında süjetlər prodüseri kimi fəaliyyətə başlamışam. Yeri gəlmişkən, ötən həftənin bazar günündən etibarən işlədiyim serial-proqramın ilk bölümü efirə gedir və mən də orda bir xarici kimi öz süjetlərimi hazırlamışdım. Hətta bir neçə proqramda Azərbaycandan gəldiyimi də bildirirəm. İndi çox böyük bir layihə hazırlayırıq. Amma bu barədə hələ danışmağı lazım bilmirəm...

- Rahim bəy, biz İsveçi müəyyən qədər tanıyırıq, bəs İsveç bizi nə qədər tanıyır?

- Çoz gözəl sualdır və mən bu suala bir az tənqidi cavab verəcəyəm. Əvvəla, onu deyim ki, bizi çox yaxşı tanıyırlar. Amma özlərini tanımazlığa vururlar. Məsələn, bir fakt deyim ki, Eurovision müsabiqəsindən sonra İsveçin heç bir radiosu bizim mahnını səsləndirmir. Halbuki keçən il gündə 10 dəfə Safuranın mahnısını elə həmin radiolar səsləndirirdilər. Araşla Ayselin mahnılarını da eləcə. Amma bu saydığım mahnıları belə səsləndirmirlər. İsveçdə hələ də erməniləri əzilmiş və regionun ən qədim xalqı kimi tanıyırlar. Amma bizi barbar, onların haqqını tapdalayan, qeyri-demokratik bir ölkənin vətəndaşları olaraq qəbul edirlər. Bunun da təqsirkarı biz özümüzük. Niyə? On görə ki, özümüzü təqdim edə bilmirik. Burdakı Dövlət radiosunun rus redaksiyası da erməniləri dəstəkləyir. Amma bizim 35 min insanımız yaşayır İsveçdə. Yalnız Stokholma yayınlanan kiçik bir radiomuz var, onlar da hər ilin başında pul axtarırlar ki, radio ölməsin.

Mən üç il əvvəl Nobellərlə bağlı bir böyük layihə hazırlamışdım. Həm TV və həm də film institutu ilə danışmışdım. Öz hesabımıza 2 böyük rejissorla Bakıya gələcəkdim. Rejissorun biri İnqmar Berqmanın tələbəsi məşhur kinoteatr rejissoru Göran Sarrinq idi. Diaspor komitəsinə müraciət elədim, layihəni də yazdım. Mənə əvvəl "Gəlin, hər cür yardım edərik" desələr də, süründürdülər, bu gün-sabaha saldılar. Sonra xəbərim oldu ki, diaspor komitəsinin rəhbərliyinin "qara siyahı"sında olan adamam. Mən nə eləsəm də, xeyri yoxdur. İki ildir TV proyekti vermişəm, bu yaxınlarda səfirliyə də təqdim eləmişəm. Amma bilirəm ki, maddi yardım vermək istəsələr belə, diaspora komitəsinin rəhbərləri köhnə ATV-çi Rahim Sadıqbəyli ilə köhnə ədavətlərini hələ də sürürlər. Amma Yeqor Konçalovskiyə milyonlar xərcləyirlər. İnanın... Andrey Konçalovski çox böyük rejissordur. Amma onun Heydər Əliyev haqqındakı filmi Vaqif Mustafayevin həmin temada çəkdiyi filmlərinin heç yanında dura bilməz. Vaqif - azərbaycanlıdır, onun filmləri də - Azərbaycandır.

TV-nin xərci bilirsiniz qədərdir? Çox gülməli xərcdir - 1 illik, hərəsi 30 dəqiqə olmaqla, 105 proqram. Cəmi 15 min avro...

- Bir müddət öncə İsveçdə ilk olaraq swedenaz.se saytınız işıq üzü gördü. Bu barədə KİV-də müəyyən məlumatlar verildi. Bu sayt hansı məqsədlə yaradıldı?

- Bu saytı da öz xərcimə, öz zəhmətim hesabına yaratmışam. Dostlar da, sağ olsunlar, tərcümədə yardım edirlər. Məqsəd yenə də azərbaycanlılarımıza yardım etmək, təmənnasız yardım etməkdir. Ermənicə elə sayt var, rusca illərdir ki, var. Özü də onları dövlət dəstəkləyir. Rusların saytını isə həm İsveç dövləti və həm də Rusiya hökuməti dəstəkləyir...

Siz də, xanımınız da Azərbaycanda dünyaya göz açmısınız. Qızınız Azərbaycanda, oğlunuz isə İsveçdə doğulub. Belə bir sualım var, övladlarınız azərbaycansayağı tərbiyə olunurmu?

- Uşaqları hər il çalışıram Azərbaycana göndərim. Onlar Bakıya gedib bir günün içində Azərbaycanlı olurlar. Bura gəlib təyyarədən enən kimi İsveçli olurlar. Oğlum da, qızım da həm Azərbaycan, həm rus, həm də isveç dilində sərbəst danışırlar. Qızım artıq ingilis dilini də keçməyə başlayıb. Uşaqlar sərbəst böyüyürlər, həm də təhlükəsizlikləri maksimum təmin olunub. Əsas budur, məncə...

- Rahim bəy, oxucularımıza arzunuz...

- AYNA qəzeti Azərbaycanın ilk müstəqil nəşrlərindəndir. Mənim yadımdadır, biz hər həftənin şənbə günlərini gözləyirdik ki, oradan maraqlı analitik materialları oxuyaq. İlk növbədə sizin kollektivə yaradıcılıq uğurları arzulayır və təşəkkür edirəm ki, məni yada salıb müsahibə aldınız. Oxuculara isə gözəl TV verilişləri və seriallar arzulayıram. Baxın, məsələn, nə gözəl olardı ki, "Dəli Kür" əsərini yerli televiziyalarımız yenidən müasir tələblərlə serial kimi çəkərdi, yaxud Səməd Vurğunun "İnsan" pyesini. Unutmayın, bu gün bütün TV-lər seriallar üstündə durublar. İndi internet zamanıdır. İnformasiyaları, xəbərləri hər dəqiqə, hər saniyə öyrənmək olur. Amma TV olmasa, seriallar da olmaz. Azərbaycanda isə seriallar çəkməyə o qədər əsər, o qədər mövzu var ki...

Mən sevinirəm ki, Azərbaycanda çox gözəl ədəbi nəsil yetişir... Ürəyim dolu idi. Təşəkkürlər.

 

Naza ƏLİ   

 

Ayna.- 2011.- 10 dekabr.- S.19.