Əbülfəz
Fərəcoğlu İstanbulda növbəti
fərdi sərgisini açıb
İstanbulda
yaşayıb-yaradan Azərbaycanlı rəssam Əbülfəz
Fərəcoğlu İstanbulda növbəti fərdi sərgisini
açıb. İstanbulun Ləvənt məhəlləsindəki
Vakıfbank şöbəsinin Sənət Qalereyasında
açılan sərgiyə Türkiyənin sənət dairələri,
media və sənətsevərlər ciddi maraq göstərib.
Fərəcoğlu bu sərginin Türkiyədə
açdığı 20-ci fərdi sərgisi olduğunu
söyləyib:
"15
ildən bəri yaradıcılıq işlərimi Türkiyədə
davam etdirirəm. İstanbuldakı "Ekim" sənət
emalatxanasında 70 tələbəyə dərs deyirəm. Həftədə
bir dəfə isə Mətbuat Muzeyinin sənət salonunda dərsim
olur. Hər il "Ekim" emalatxanasında və Mətbuat
Muzeyində tələbələrimlə qrup sərgisi
açırıq. Bir neçə ildir ki, may ayında
Türkiyənin ən böyük sənət yarmarkası
olan "Art Bosphorus"da əsərlərim nümayiş
etdirilir. İndiyə qədər 3 kataloqum çıxıb,
bir çox auksionun kataloqunda rəsmlərimə yer verilib. Bu
yaxınlarda tablolarımın əks olunduğu qalın kitabım
çıxacaq".
Ayna.- 2011.- 10 dekabr.- S.20.