Aşıq
Ələsgərin 190 illik yubileyi qeyd olunub
Qonşu ölkələrdən də
aşıqlar gəlmişdi
Bu il milli
aşıq sənətinin çox
şöhrətli ismi olan
göycəli Aşıq Ələsgərin dünyaya
gəlişinin 190 ili tamam
olur və bu
münasibətlə böyük
aşığın xatirəsi bütün
il ərzində ən müxtəlif məclislərdə
anılmışdır. Dekabrın 14-də Heydər
Əliyev Sarayında bu sıradan böyük ustadın 190 illik
yubileyinə həsr olunmuş təbdir
vardı. Yubiley mərasimi Mədəniyyət
və Turizm Nazirliyinin
və Azərbaycan Aşıqlar Birliyinin
təşkilatçılığı ilə keçirilib. Mərasimdə
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev xatırladıb ki,
aşıq sənəti həm Azərbaycan xalq
ədəbiyyatının, həm də ümumiyyətlə
mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə
malik qollarından biridir.
Bu sənətin inkişafına həmişə
dövlət qayğısı olub,
aşıqlarımız, bu sahədə
çalışan digər ifaçılar fəxri adlara layiq görülüb,
onların konsertləri üçün
şərait yaradılıb. Qarayev deyib ki, 2011-ci ildə Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi,
böyük ustad
Aşıq Ələsgərin anadan
olmasının 190 illiyi respublikanın
bölgələrində geniş şəkildə
qeyd edilib.
Çıxışlardan
sonra Azərbaycanın müxtəlif bölgələrini təmsil
edən aşıqlarla yanaşı, Türkiyə, Güney
Azərbaycan, Rusiya və Gürcüstandan dəvət
olunmuş aşıqlar da çıxış ediblər.
Aşıq
Ələsgər saz sənətini Aşıq Alıdan
öyrənib. Saz sənətinin populyarlaşmasında
müstəsna xidmətləri var. Onun qoşmaları bu
gün də yaşarıdır, öz təravətini itirməyib
və zövqləri oxşayır.
Aşıq
Ələsgər 1926-cı ildə dünyadan
köçmüş, Göycə mahalının Ağkilsə
kəndində torpağa tapşırılmışdır. Məzarı
üstündə büstü qoyulmuşdu. İndi o kənddə
azərbaycanlılar yaşamır. 1988-ci il deportasiyasında o
kənd elliklə Azərbaycana köçməli oldu.
Aşıq Ələsgərin qərib məzarı isə o
torpaqdadır. Məzarın taleyi bilinmir. Yəqin ki, o da erməni
vandalizminə məruz qalan minlərcə abidələrimizin
taleyini yaşayıb.
Ayna.- 2011.- 17 dekabr.- S.20.