Altay
Sadıqzadənin "22 HX" sərgisi açıldı
"Mexanika
məkandır"ın ecazkarlığı heyrətləndirməyə
bilmir
Paytaxtın
Müasir İncəsənət Muzeyində
tanınmış rəssam Altay
Sadıqzadənin rəsm və heykəltəraşlıq əsərlərindən
ibarət "22 HX" sərgisi açıldı və bu maraqlı sərgi fevralın 6-dək davam edəcək.
Altay Sadıqzadə kifayət
qədər tanınan rəssamdır, qrafika
və səhnə dekorasiyaları ilə də məşğul
olur. Son illərdə
rəssam tezliklə çoxölçülü
rəssamlıq işini xatırladacaq monumental üçölçülü
art-obyektlərin - "Mexanika məkandır"
metal qaynaq konstruksiyalar seriyası üzrə öz ideyalarının gerçəkləşdirilməsi
ilə məqsədyönlü şəkildə məşğul
olur. Onlar rəssamın dünyanı heroqliflər, ezoterik elçilər, palma
budaqları, antropomorf maşınlar, Yerdən
kənar "keşikçilər", ulduz
və insan axtarıcıları vasitəsilə
çoxrəngli, öz xəyalında
canlandırdığı mətn vasitəsilə özünəxas
dərk etdiyinə örnəkdir.
54-cü
Venesiya biennalındakı (2011-ci il) Azərbaycan pavilyonunda Altay Sadıqzadə özünün
monumental "kosmik"
rəsmlərini və heykəltəraşlıq əsərlərini
tamaşaçıların başqa
dünyaların təqdimatında humanizm
ideyasını görüb qiymətləndirmələri
üçün onların mühakiməsinə
verib: tamamilə aydındır ki,
şəxsi azadlığın və
yaradıcılığın imkanları sonsuzdur
və onlar məhdudiyyətə tab gətirmir.
Altay Sadıqzadə Bakıda Müasir İncəsənət Muzeyinin memarlıq konsepsiyasının tərtibatının
müəllifidir. Muzeyin daxili məkanı avanqard üslubda işlənib
- maili divarlar, qapı
və künclərin olmaması - bütün
bunların hamısı muzeyin
binasını, özlüyündə incəsənəti və
orada saxlanan incəsənət
əsərlərini canlı orqanizmdə birləşdirməyə
imkan verib. Muzeydə
rəssamın metal konstruksiyalardan
heykəlləri, onun instalyasiya
və yağlı boyalarla çəkilmiş
rəsmləri təqdim olunub. O həmçinin
muzeyin kolleksiyasına daxil
etmək üçün predmetlərin
seçimində də iştirak edib.
Altay Sadıqzadə
yanvarın 17-dən 29-dək Londonda
"Bakıya uçuş. Azərbaycanın
müasir incəsənəti" sərgisində
iştirak edəcək.
Ayna.- 2011.- 31 dekabr.- S.20.