Hər yerdə kollegiya iclası...

 

Mədəniyyət və turizm naziri də problemlərdən danışıb

 

Nazirliklərin hamısında olduğu kimi, dünən Mədəniyyət və Turizm Nazirliyində də kollegiya iclası keçirilib. Nazirlikdən bildirildiyi kimi, nazir Əbülfəs Qarayev bildirib ki, prezident İlham Əliyev tərəfindən bu ilin "Turizm ili" elan olunması bu sahədə çalışan hər kəsin üzərinə böyük məsuliyyət qoyur. Nazir qeyd edib ki, nazirlik sisteminə daxil olan strukturların fəaliyyətində şəffaflığın artırılması günün tələbidir.

İclasda mədəniyyət və turizmdə mövcud problem və çatışmazlıqlar müzakirə olunub, nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib, sonda müvafiq qərar qəbul edilib.

Dünəndən etibarən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) "Qaynar xətt"i (492 44 33) fəaliyyətə başlayıb. "Qaynar xətt" həftə ərzində hər gün səhər saat 9:00-dan axşam saat 18:00-dək fəaliyyət göstərəcək.

"Qaynar xətt" struktura daxil olan bütün mədəniyyət müəssisələri haqqında şikayətləri və problemli məsələlər barədə məlumatları qəbul edəcək. Məlumatlar birbaşa idarənin rəhbərliyinə çatdırılacaq və həllini tapacaq.

 

 

Elçin 

 

Ayna.- 2011.- 5 fevral.- S.2.