"Qatarın altına atılan qadın"

 

Teatr rejissoru Mehriban Ələkbərzadə uzun fasilədən sonra yenidən Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq. Qadın müəlliflə qadın rejissor birgə işləyəcək. Afaq Məsudla Mehriban Ələkbərzadənin əməkdaşlığı 1996-cı ildə Azərbaycan televiziyasında hazırlanan və rejissorun həm ssenari müəllifi kimi çıxış etdiyi "Cəza" tamaşası ilə başlayıb.

Azdram mətbuat xidmətindən verilən məlumata görə, M.Ələkbərzadə Afaq Məsudun "Qatarın altına atılan qadın" ikihissəli tragikomediyasının məşqlərinə başlayıb. Demək olar ki, bütün rollar dublyor sistemi üzrə bölüşdürülüb. Gültəkin rolu Laləzar Mustafayeva ilə Zərnigar Ağakişiyevaya, Xasay rolu Cəfər Namiq Kamalla Abbas Qəhrəmanova, rejissor rolu Kazım Abdullayevlə Anar Heybətova həvalə edilib. Tamaşanın quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı və aranjemançısı Rauf Bəykişiyevdir.

Mehriban Ələkbərzadə 1994-cü ildən rejissor vəzifəsində çalışdığı Azdramda Hüseyn Cavidin "Afət", Elçinin "Poçt şöbəsində xəyal" və "Qatil" əsərlərinə maraqlı quruluşlar verib.

 

 

Ayna.- 2011.- 5 fevral.- S.20.