İran xəttatlıq sərgisi
Sərgi üç gün davam
etdi
Vəcihə
Səmədova adına Sərgi Salonunda İran xəttatlıq-illüminasiya
miniatür sərgisi açılıb. Sərginin
açılışında Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov və İranın Azərbaycan səfiri
Məmmədbağır Bəhrami də iştirak ediblər.
Fərhad Xəlilov iki ölkə arasında mədəni əlaqələrin,
o cümlədən rəssamlar arasında əlaqələrin
inkişafını sevindirici hal kimi qiymətləndirib. Səfir
isə iki xalqın çox böyük müştərək
tarix və mədəniyyətinin olduğunu, xəttatlığın
bu mədəniyyətin bir qolu olduğunu vurğulayıb.
Xəttatlıq
(kalliqrafiya) ərəb əlifbası qrafikasının
xüsusiyyətləri əsasında bədii yazı sənətidir.
İslamda canlıları təsvir etmək yasaq olduğundan rəssamlığın
bu növü İslam ölkələrində, o cümlədən
orta yüzillərdə Osmanlıda, Azərbaycanda və
İranda daha çox inkişaf etmiş bir sahəyə
çevrilmişdi. Kitabların cildlərini, binaların və
məscidlərin interyerini və bayır divarlarını,
saxsı, metal, parça məmulatlarını ən müxtəlif
xətt növləri ilə süsləmək xəttatların
işi idi.
Bu sənətə
bizim günlərdə Azərbaycanda maraq azalsa da, İran və
Türkiyədə böyük maraq indi də qəlır.
Xüsusilə də ərəb qrafikasından istifadə edilən
İranda buna böyük önəm verilir. Xəttatlıq
dekorativ-ornamental rəssamlıqla qovuşan bədii yazı mədəniyyəti
olaraq İranda populyarlığını indi də qoruyub
saxlayır.
İran
xəttatlarının Bakı sərgisində 120 sənət
əsəri təqdim edildi. Sərgi 3 gün davam edib.
Ayna.- 2011.- 12 fevral.- S.19.