Lesya Ukrainka Bakıda anılıb

 

Törən şairənin 140 illiyinə həsr olunub

 

Paytaxtda böyük Ukrayna şairəsi Lesya Ukrainkanın 140 illiyi münasibətilə anım mərasimi keçirilib. Mərasim Qaradağ rayonunda şairənin adını daşıyan parkda, onun büstü önündə keçirilib. Bu park 2004-cü ildə salınıb. Bakıda Ukrayna həftəsonu məktəbinin şagirdləri şairənin şeirlərini öz ana dillərində, azərbaycanlı məktəblilər isə azərbaycanca söyləmişlər. Ukraynanın müvəqqəti işlər vəkili Miroslav Blaşşuk şairənin Azərbaycanda sevildiyini məmnunluqla qeyd edib.

Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka) (1871-1913) ədəbiyyat və incəsənətlə bağlı ailədə doğulub, bir sıra xarici dilləri, dünya klassikasını oxuyub, 12 yaşından çap olunmağa başlayıb. O çağın ədəbi cərəyanlarının bu və digər təsiri altına düşsə də, daha çox romantizmə yaxın olub. Ona bir inqilabi ovqat da hakim idi - çar Rusiyasının əsarətinə düşmən idi, Ukraynanın müstəqilliyini istəyirdi. Cəmi 42 il yaşayıb, lakin özündən sonra böyük bir ədəbi irs qoyub. Lesya Ukrainka öz xalqının ünlü ədəbi isimlərindən biridir.

 

 

İsmayıl

 

Ayna.- 2011.- 26 fevral.- S.19.