Xocalıda əsir
götürülmüş 21 uşaq hələ də girov...
Esmira Orucova: "Bəzilərinin
bədən orqanları çıxarılaraq
satılıb"
"Xocalı
faciəsi zamanı Ermənistan hərbi birləşmələri
tərəfindən girov götürülən azərbaycanlı
uşaqlar hələ də azad edilməyib". Bu barədə "Həsrət
Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin
sədri Esmira Orucova bildirib.
Onun
sözlərinə görə, Ermənistanın Azərbaycana
qarşı apardığı hərbi əməliyyatlar
zamanı işğal edilən ərazilərdə girov
götürülən uşaqlardan 168-i (onların 65-i
azyaşlı qızdır) Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının fəaliyyəti
nəticəsində azad edilib. Esmira Orucova uşaq ikən əsir
götürülmüş 21 azərbaycanlının hələ
də Ermənistanda və işğal olunmuş Dağlıq
Qarabağda girovluqda saxlanıldığını söyləyir:
"Girovluqda
olan uşaqlar müxtəlif ağır işgəncələrə
məruz qalıblar. Onların bəzilərinin bədən
orqanları çıxarılaraq satılıb. Məsələn,
3 yaşlı Şövqi Xaqani oğlu Əliyevin bazu
sümüyü Xankəndində erməni həkimlər tərəfindən
çıxarılıb, nəticədə Şövqi
ömürlük şikəst qalıb. Kəlbəcərin
işğalı zamanı girov götürülən
Gülcamal Quliyevanın yeni dünyaya gələn oğlu Arzu
Hacıyevə isə erməni həkim Aida Serobyan tərəfindən
naməlum tərkibli iynələr vurulub. Bundan sonra Arzu
Hacıyev ömürlük şikəst qalıb. 15
yaşlı Nəzakət Məmmədovanın gözləri
qarşısında atasına işgəncə veriblər,
onun qulaqları kəsilib, anası bunlara dözməyərək
dəli olub, qızın özünü isə 4 milyon rubla
ailəsinə satıblar".
Bu
kimi faktların yüzlərlə olduğunu vurğulayan E.Orucova
beynəlxalq təşkilatları və dünyanın
böyük dövlətlərini ermənilərin azərbaycanlılara
qarşı soyqırım siyasətinə diqqət yetirməyə
çağırıb.
Xocalı
soyqırımı zamanı girov götürülmüş
və hazırda Ermənistanda, işğal altındakı
Dağlıq Qarabağ və ətraf bölgələrdə
girovluqda saxlanan uşaqların siyahısı (şahid ifadələri
ilə təsdiqlənib):
1.
Allahverdiyev Mahir Novruz oğlu - 1975-ci ildə Xocalıda
doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov
götürülüb.
2. Cəfərov
Nüsrət (Anar) Fazil oğlu - 1975-ci ildə Xocalıda
doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov
götürülüb.
3. Cəfərov
Samir Tacir oğlu - 1988-ci ildə Xocalıda doğulub. 26 fevral
1992-ci ildə Xocalıda girov götürülüb.
4. Əliyev
Səbuhi Cahangir oğlu - 1981-ci ildə Xocalıda doğulub. 26
fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
5. Əliyev
Səlim Cahangir oğlu - 1987-ci ildə Xocalıda doğulub. 26
fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
6.
Hüseynov Məhsəl Elxan oğlu - 1992-ci ildə
Xocalıda doğulub (3 aylıq olub). 26 fevral 1992-ci ildə
Xocalıda girov götürülüb.
7.
Hüseynov Rəcəf Elxan oğlu - 1987-ci ildə Xocalıda
doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov
götürülüb.
8.
Hüseynova Səbinə Elxan qızı - 1988-ci ildə
Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov
götürülüb.
9.
Hüseynova Nəsibə Hüseyn qızı - 1982-ci ildə
Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov
götürülüb.
10. Məmmədov
Möhlət Məmməd oğlu - 1976-cı ildə Ermənistanın
Göyçə mahalında doğulub. 26 fevral 1992-ci ildə
Xocalıda girov götürülüb.
E.Eldəniz
Ayna.- 2011.- 26 fevral.- S.15.