Diaspor siyasətində boşluq

 

Elm adamları üçün diaspor işinə yaxın buraxılmır?

 

Milli səfərbərliyə doğru gedilən yolun hələ sonu görünmür. Çağdaş dünyamızda bütün toplumlar varolma, mövcudluq prinsipləri əsasən mədəni, dini, sosial digər yönlərdə səfərbər olunmaqdadır. Bəzən buna diaspor, etnik-milli bütünlük, yeni mədəni-sosial dalğa da deyilir. Belə ki, Amerika, Avropa Afrikanın özündə qara dərililər "Panafrikanizm" modelini daha uğurlu hesab edirlər. Burada ateist, islam, xristian, yəhudi, kosmoqonik inanclı olmasına rəğmən onlar həm qara dərili olduqlarının fərqinə varmaqla ümumi prosesdə birlik bərabərlik anlamında bütünləşmə modelini ümümdünya prosesinə çevirə biliblər. Hazırda irland, ingilis, alman, yəhudi, italyan, ispan, fransız xalqlarına məxsus diaspor strukturları bir tərəfdən bu toplumların milli bütünlüyü, digər tərəfdən isə bu toplumlara məxsus olan dövlətlərin inkişaf perspektivləri proqramına uyğun inkişaf edir. Çox təəssüflər olsun ki, bu qavram hələ Azərbaycanda mövcud deyil.

 

Ümummilli səfərbərliyə mane olan nədir?

 

Etnik mənşə baxımından Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Avropa, Kanada, ABŞ digər dövlətlərdə azərbaycanlıların toplam sayları beş milyondan çoxdur. Buraya Borçalı Dağıstandakı 850 minlik soydaşlarımız da əlavə olunsa, Azərbaycandan kənardakı soydaşlarımız çox böyük bir sosial güc kimi istənilən prosesdə fəal hərəkət edə bilər. Güney Azərbaycanda toplam İranda 30 milyonluq həmyerlilərimizin öz tarixi yurdlarında milli mövcudluqlarını qorumaq üçün pərakəndə şəkildə yaşam tərzinə malik olmaları problemin daha da dərinləşməsinə səbəb olubdur.

Dünyaya səpələnmiş 8 milyonluq erməni diasporunun ümummilli səfərbərliyi üçün İsrail (1), Livan (4), Suriya (3), Almaniya (2), Fransa (7), Rusiya (5), ABŞ (4), Kanada (2), İran (2), Gürcüstan (1), Ukrayna (2), Bolqarıstan (1), Birləşmiş Ərəb Əmirlikləri (1) strateji tədqiqat mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə, dünyanın 65 ölkəsində erməni icmalarına məxsus 500-dən çox mədəniyyət mərkəzi, kilsələr şurası digər ictimai qurumlar fəaliyyət göstərirlər. Həmin mərkəzlər toplumu daim milli konsolidasiya yönündə səfərbər etməyin yeni-yeni texnologiyalarına üz tuturlar. Eyni zamanda Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq, Avropa Amerika, Ədəbiyyat, Dilçilik, İncəsənət Mədəniyyət, Tarix, Arxeologiya Etnoqrafiya, Folklor, Fəlsəfə Hüquq insitutuları, Eçmiədzin Kilsəsi Patriarxlığı da dünya ermənilərinin milli konsolidasiya proqramlarının hazırlanmasında fəal şəkildə iştirak edir. Bu yöndə ardıcıl olaraq dünyanın hər yerində müvafiq konfranslar digər tədbirlər keçirirlər.

Azərbaycanda isə bütün bunlar yox kimidir. Diaspor təşkilatları ilə uzlaşma yönündə tələb olunan strategiya hələ hazırlanmayıbdır. Bu sırada elmi ictimaiyyətlə birlikdə hər hansı bir addımlar atılmır. Diaspor təşkilatlarımızın sosial ictimai məziyyətlərinin fərqinə varılmır. Onların vahid struktura çevrilməsi istiqamətində indiyə kimi nizamlı şəkildə hansı missiyanın daşıyıcısı olduqlarının fərqinə varılmayıb. Ara-sıra edilən təşəbbüslər hələ ki, heç bir səmərə verməyib. Bunun əksinə olaraq, avantüristlər daha çox meydan sulamaqla məşğul olublar. Yurd dışında yaşayan soydaşlarımızın say tərkibinə görə deyil, keyfiyyət göstəricilərinə üz tutmaq isə kimsəni düşündürməyib.

 

Türkiyə Tatarıstan örnəyi

 

Bu sətirlərin müəllifi dünya tatarlarının 19 qurultayından 12-də şəxsən iştirak edibdir. Tatarlar heç zaman deməyiblər ki, Yaponiyanın paytaxtı Tokioda 20 minlik diaspora malikdirlər. Tokioda yaşayan elm, iqtisadiyyat, texnologiya üzrə mütəxəssis olan öz millətinin rifahı üçün görə biləcək soydaşlardan Tatarıstanın inkişaf etməsində onların necə səfərbər olunmaları prinsipi ən ali dəyər hesab edilir. Eləcə Güney Koreya, Finlandiya, Polşa, Macarıstan, ABŞ, Kanada, Türkiyə, Çin, Ukrayna digər ölkələrdəki tatar icmalarından bu məqsədlə yararlanıblar. Məhz bu prinsipi əsas götürərək son 19 ildə Tatarıstanda 2 sellüloz, 1 tibbi cihazlar, 5 mebel, 2 bilgisayar mikrocihaz, 12 beton-metal konstruksiya, 4 kimyəvi məhsullar, 3 kərpic, 3 qida sənayesi, 1 əczaçılıq, 1 televizor, 1 optik cihazların istehsalı digər sənaye müəssisələrinin yaradılmasına nail olunubdur. Tatar diasporunun bütünləşməsi yönündə "Vatanım Tatarıstan" radiosu yayınlanır "Kazan Utları" (odları) elmi, tarixi ədəbi aylıq dərgisi nəşr edilir.

Dünya boyunca 45 milyonluq tatar türklərinin milli səfərbərliyi yönündə bütün fəaliyyətlər məhz intellektual səviyyədə qurulubdur. Diasporu təmsil edənlərin övladları Tatarıstanda dövlət hesabına orta ali təhsil almaq imkanına malikdirlər. Bu sırada xüsusilə tatar dili, ədəbiyyatı, tarixi mədəniyyəti, eləcə dini təhsil siyasətinə üstünlük verilir. Həmin diaspor təşkilatlarının rəhbərləri arasında hər hansı biznesmenə, alverçiyə, siyasi avantüristə, taksi şoferinə rast gəlinməz. Diaspor təşkilatlarının başında nüfuzlu ziyalılar elm xadimləri dururlar.

Türkiyə kökənli diaspor təşkilatları da türk-islam faktoru əsasında bir federasiya şəklində hərəkət edirlər. Məhz diasporun konsolidasiyasına arxalanan dövlət onlara lazım olan bütün dəstəyi vermək gücündədir. Qarşılıqlı olaraq bütün fəaliyyət növləri şəffaf şəkildə izlənilməkdədir. Bu prinsiplərə söykənən dövlət diasporun birgə səyləri nəticəsində uzun illərdir Türkiyənin qarşılaşdığı bir sıra problemlər belə öz həllini tapa bilir. İndi İtaliyada türk diasporunun maliyyə gücü 15 milyard dolları aşıbdır. Almaniya, Fransa, İsveç, Hollandiya, İngiltərə, ABŞ, Kanada, Avstriya, Belçika, Rumıniya, Bolqarıstan digər ölkələrdə türk diasporunun maliyyə gücü sayəsində bu dövlətlər Türkiyənin sosial, iqtisadi, bank sektorunda önəmli rol oynamaqdadır. Hər il türk diasporunun fəal çalışmaları hesabına Türkiyənin dövlət büdcəsinə 100 milyardlarla qazanc gətirilir. Buna görə indi Türkiyə aqrar ölkədən sənaye dövlətinə çevrilmişdir.

Hazırda bu prinsiplər Orta Doğu dövlətlərində inkişaf etdirilir. Buna yönəlik işlər görülür. Yaxın gələcəkdə Liviya, Suriya, Misir, Tunis, Əlcəzair, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt digər dövlətlərdəki türk diasporunun səmərəli fəaliyyətinin sayəsində ildə orta hesabla 250 milyard dollar həcmində milli gəlirin əldə olunması proqnozlaşdırılır. Türkiyə bir dövlət olaraq diasporun mədəni, ictimai sosial həyat tərzində onlara yaxından dəstək verir. Belə ki, diasporu təmsil edənlərdən kimin ağıllı təklifi varsa, bunun üçün xüsusi kreditlər ayrılır. Verilən kredit həmin dövlətlə Türkiyə arasında iqtisadi inkişafa təkan verməlidir. Diasporun ölkənin yurd dışında beynəlxalq idman yarışlarında onun yanında necə durduğu yüz dəfələrlə sübut olunubdur. Bu yarışlar sanki doğma divarlar arasında baş verirmiş kimi qəbul edilməkdədir. Türkiyə istənilən an diasporu təmsil edən sabiq vətəndaşlarının yanında olmağı da bacaran bir ölkəyə çevrilib. Buna görə də insanlarda dövlətə inam hissi çox güclüdür.

 

Pərakəndəliyimizin anatomiyası

 

Yurd dışında yaşayan soydaşlarımız əsasən iki qrupa bölünürlər. MDB məkanı və digər ölkələr. Bu dövlətlərdə yaşayan soydaşlarımızın böyük əksəriyyəti öz ölkəsində iqtisadi azadlıqların olmaması, ağır sosial şəraitdən bezib gedən sabiq vətəndaşlarımızdır. Əslən Güney Azərbaycanı təmsil edənlər isə İrandakı klerikal rejimə müxalif olan soydaşlarımızdır. Onların çoxu bir zamanlar "Hezbe-tudeyi İran", "Xalq Fədailəri", "Xalq Mücahidləri", "Rahi Kargəran" tipli solçu partiyaları, şahpərəstləri, İran milli burjuaziyasını təmsil edənlərdir. Dünyada kommunizm düşərgəsi iflasa uğradığı üçün bu təşkilatlara mənsub olmuş mühacirlərimiz indi milli siyasətə üz tutublar.

Güney Quzey Azərbaycanı təmsil edən soydaşlarımızın iki yüz illik fərqli mental dəyərlər içində boy atdıqları üçün etiraf etmək lazımdır ki, bir qədər problemlər mövcuddur. Ancaq bu heç də o demək deyil ki, həmin problemləri həll etmək çətin bir işdir. Bu yöndə Azərbaycan dövlətinin yurd dışındakı soydaşlarla bağlı milli siyasətinin doktrinası olmalıdır. Təəssüflər olsun ki, bu doktrina indinin özündə belə hazırlanmayıb. Azərbaycan türkünün mühacirət tarixi elmi konseptual qiymətini almayıb. Milyonlarla insanımıza necə sahib çıxmağın elmi-nəzəri əsasları istiqamətində indiyə kimi adicə "dəyirmi masa" belə keçirilməyib. Bunun qarşılığında irəli sürülən təşəbbüslərə qarşı sərt münasibət göstərilibdir. Diasporla bağlı görülən işlərin çoxu "çal-oyna" təfəkküründən uzağa getməyib. Təbii ki, bunlar da gərəklidir. Bu insanlar uzun illər yurd dışında bəlli səbəblərdən yaşamaq zorunda qalıblar. Onların övladları tədricən ikinci və ya üçüncü nəsildən sonra mədəni assimilyasiyaya məruz qalırlar. Bu gün Moskvada yaşayan məşhur hərbi xadim, general Səməd bəy Mehmandarovun nəvə və nəticələri artıq tam ruslaşıblar. Bu statistikanın sayı isə minlərlədir.

Yurd dışında yaşayan soydaşlarımız nadir hallarda Azərbaycanın sosial-iqtisadi həyatında iştirak edir. Halbuki bu istedadlı insanların sayı yüzlərlədir. Onların hər biri Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edirlər. Onlar malik olduqları maliyyə vəsaiti sayəsində heç olmazsa mənsub olduqları, böyüyüb boy atdıqları bölgənin inkişafında müstəsna rol oynaya bilərlər. Turizm sektorundakı hərc-mərcliyə, pərakəndəliyə, talançılığa son qoyularsa, hər il elə soydaşlarımızın hesabına yüz minlərlə turistin axını sayəsində yüz milyonlarla vəsait büdcəyə daxil ola bilər.

Ölkə prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının 3-cü Qurultayında çıxışında məhz sətiraltı ifadə ilə bu neqativ hallara işarə vurdu. Təəssüflər olsun ki, Mədəniyyət Turizm Nazirliyi diaspor komitəsi bunun fərqinə varmadılar.

Milli diasporumuzla bağlı elmi ictimaiyyətin yaxın buraxılmaması, mövcud problemlərin həlli istiqamətində tələb olunan konsepsiyaların hazırlanmaması prosesin durğunluq şəklində qalması deməkdir.

İnsanların keçmişini təftiş etməklə deyil, bu gün diasporda tutduğu mövqeyinə önəm verilməsi, onların irəli çəkilməsi sayəsində diasporun aktiv duruma gətirilməsi daha məqsədəuyğun hesab edilməlidir. Yurd dışında yaşayan soydaşlarımızın sosial şəbəkəyə çevrilməsi, dövlət millət bütünlüyü anlamında uzlaşması yönündə elmi metodologiyanın hazırlanması bu prosesin inkişaf etdirilməsi mövcud olan bütün pərakəndəliyə son qoya bilər. Leninizmdən miras qalan "kim bizdən deyilsə, bizim düşmənimizdir" konsepsiyası indi dünyada məqbul hesab edilmir.

 

 

Ənvər BÖRÜSOY 

 

Ayna.- 2011.- 9 iyul.- S.7.