Emin Ağalarov: "Eurovision" üçün özümü yaxşı namizəd saymıram"

 

Çünki "bunun üçün çoxlu vaxt və enerji sərf etmək lazımdır"

 

Azərbaycanlı iş adamı və ifaçı Emin Ağalarov bir neçə gün əvvəl Nardaranda "Sea breeze beach" otelində yerli mətbuatla görüşüb. KİV mənsublarını şəxsən qarşılayıb və sualları cavablandırıb.

- Yaşıl Teatrda xeyriyyə konserti verdiniz. Təəssüratlarınızı bilmək istəyirik.

- Çox yaxşı oldu. Yaxınlarım məni dəstəklədilər. Fanatlar konserti hərəkətləndirdi.

- Atanız nədən əməliyyat olunub, vəziyyəti necədir?

- Onun ayaqlarında problem vardı, indi vəziyyəti yaxşıdır.

- Niyə azərbaycanca oxumursunuz?

- Əgər mən azərbaycanca oxusaydım, siz artıq konserti tərk edib gedərdiniz (gülür). Mən düşünürəm ki, insanlara yaxşını təqdim etmək lazımdır.

- "Eurovision-2012"də iştirak edəcəyiniz barədə fikirlər var. Gələn il sizi Azərbaycan təmsilçisi kimi görə bilərik?

- "Eurovision" üçün özümü yaxşı namizəd saymıram. Üstəlik mənəvi cəhətdən hazır deyiləm. Bunun üçün çoxlu vaxt enerji sərf etmək lazımdır. Azərbaycan "Eurovision" müsabiqəsində son illər çıxış etməyə başlayıb. 4 dəfə qatılıb hər dəfə uğurlu nəticə əldə edib. Sonuncu iştirak isə xüsusilə yaddaqalan olub.

- Konsertdə yeni ifa etdiyiniz bir mahnı çox bəyənildi. Ancaq həmin mahnını alboma daxil etməyəcəyinizi bildirdiniz. Bunun səbəbi?

- Bu mahnı mənim musiqi seçimimlə uyğun deyil. Bu, təbii ki, yaxşı musiqi idi. Lakin ən yaxşı mahnı deyildi. "Wonder" albomumla istədiyim nəticəni əldə etdim. Çox uğurlu idi, onun da belə nəticə verməsini istəyirdik.

- Mahnı yazanda rol oynayır: əhval-ruhiyyə, yoxsa real faktlar?

- O vəziyyətə baxır. Əhval-ruhiyyə rol oynayır, hadisələr . Hadisələrin təfərrüatlarını açıqlamaq istəməzdim.

- Konsertdən əldə etdiyiniz qonorarı açıqlaya bilərsiniz?

- Əlbəttə, açıqlaya bilərəm. 100 min dollar vəsait əldə etmişik. Artıq bildiyiniz kimi, əldə olunan gəlir məktəblərin təmiri üçün xərclənəcək.

- Musiqi ilə bağlı başqa planlarınız var?

- Almaniyanın musiqi şirkəti ilə 3 albom üçün müqavilə imzalamışıq. Bundan başqa, bir ildən sonra Amerikada musiqimizi təbliğ etməyi düşünürük.

- Biznes adamına musiqi ilə məşğul olmaq mane olmur?

- Yox, əksinə, beyni yüngülləşdirir. İncəsənət işdir.

- Özünüzə duet ortağı kimi seçərdiniz?

- Mən artıq duet oxumuşam. Bu, Müslüm Maqomayev olub.

- Bəs gənc müğənnilər arasında kimlə oxumaq istərdiniz?

- Hələ bilmirəm, düşünməmişəm. Şade ilə duet oxumaq istərdim.

- Leyla xanımın sevdiyi mahnı varmı?

- Var. Alboma daxil olmayıb, mahnı yazılıb, lakin növbəti albomda mütləq olacaq.

- Kumirləriniz kimdir?

- Əvvəllər ən çox Elvis Preslini bəyənmişəm. Sonra isə Müslüm Maqomayev, Şade digərlərini bu siyahıya daxil edə bilərəm. 15 ildir, musiqini öyrənirəm.

- Niyə rus dilində oxumursunuz?

- Yayınmaq istəmirəm. İngilis dili beynəlxalq dildir. 15 dəqiqəyə klip çəkmişəm. Bundan başqa, Pol Makkarti ilə sinxron rəqs üzərində klip çəkilib.

- Sizi özünüzdən çıxarır sakitləşdirir?

- Müxtəlif şeylər hirsləndirə bilər. Lakin uşaqlarım sakitləşdirir.

- Onları necə tərbiyə edirsiniz?

- Deyirəm ki, atanın gözünü çıxarmaq, qulaqlarını dartmaq, üzünə tüpürmək olmaz. Bilirsiniz, tərbiyənin xüsusi formulu yoxdur. Atam öz atasını 14 yaşında itirib o yaşda artıq öhdəçiliyi olub. Atam mənə məsuliyyətsizlik etməyə icazə verməyib. Bu, mənə uğur əldə etmək üçün stimul olub.

- Hamının həyatında əhəmiyyətli tarix var. Sizin tarixiniz nədir?

- Yəqin ki, 31 dekabr. Bu gün Yeni il anamın doğum günüdür.

- Amerikada oxuyanda musiqi solisti olmusunuz?

- Beynəlmiləl qrupumuz vardı. Həvəskar musiqiçilərdən ibarət idi.

- "Eurovision"da aparıcı olacağınız barədə xəbərlər həqiqətdir?

- Aparıcılıq üçün xüsusi təhsil lazımdır. Həmişə demişəm ki, hər şeyin yaxşı, mükəmməl olmağını sevirəm. Danışmaq, konsert vermək ilə xüsusi plan üzrə aparıcılıq etmək arasında böyük fərq var.

- Nəyi arzu edirsiniz?

- Doğmalarımın sağlam olmağını!

- Sizi kim tənqid edir?

- Onlar mənimlə üzbəüz oturub (Jurnalistləri nəzərdə tutur).

- Planlarınız?

- Hazırda albom üzərində çalışıram. Hitə çevriləcək mahnılar üzərində işləyir xaricdə konsertlərə hazırlaşıram.

- Özünüzü aktyor, aparıcı qismində görürsünüz...

- Yəqin fəaliyyətim çoxşaxəli deyil (gülür).

- Hansı sizin üçün əhəmiyyətlidir: sənət, yoxsa, biznes?

- Ayırmayın. ilə məşğul oluruqsa, o birincidir. Musiqi ifa edəndə musiqini, bizneslə məşğul olanda biznesi əsas işim hesab edirəm.

- Evlilikdən sonra sevgi olur?

- Əsl sevgi ölməzdir. Mənim sevgimi necə görürsünüzsə, elədir.

 

 

ŞƏMS 

 

Ayna.- 2011.- 16 iyul.- S.21.