Azərbaycan - NATO əməkdaşlığı: 2011-ci ilin birinci yarısı

 

Azərbaycan hərbçiləri ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində 100-dən artıq tədbirdə iştirak ediblər  

 

"Ordunun Aynası" bu ilin ilk sayında Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının NATO ilə və alyansa daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli münasibət səviyyəsində müxtəlif tədbirlərdə iştirakı barədə informasiya yayıb. Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları 2011-ci ildə bu tədbirlərdə iştirak ediblər:

17 yanvar-20 may, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən ingilis dili kursu, Vilnüs (Litva).

17 yanvar- 4 fevral, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən xizəksürmə təlimatçıları kursu, Predeal (Rumıniya).

19-20 yanvar, SNT Planlaşdırma Simpoziumu, Oberammerqau (Almaniya).

24-28 yanvar, Testin hazırlanması və qiymətləndirilməsi kursu, Oberammerqau (Almaniya).

24-28 yanvar. NATO-nun Heyderberqdəki QQ Komponent Komandanlığı ekspertlərinin OCC üzrə məsləhətçi səfəri. Bakı.

30 yanvar-04 fevral, NATO Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin direktoru, general-mayor Branko Karlosun Azərbaycana səfəri. Bakı.

31 yanvar - 4 fevral, NATO İctimai Əlaqələr siyasətinin hazırlanması kursu. Oberammerqau (Almaniya).

2 fevral - 15 noyabr. Azərbaycan-ABŞ İş Planına əsasən, Partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc kursu, San-Antonio (ABŞ).

7-11 fevral, FTP-dən əlavə olaraq, NATO Təliminin sinxronlaşdırma konfransı. Tallin (Estoniya).

7-11 fevral, FTP-dən əlavə olaraq, Assimetrik Təhdidlərdən Simulator Dəstəkli Müdafiə və idarəedilən dəniz raketləri kursu, Kocaeli (Türkiyə).

7-10 fevral, Azərbaycan-ABŞ İş Planına əsasən, Azərbaycan-ABŞ İşçi Qrupunun iclası. Qarmiş (Almaniya).

7-18 fevral, Azərbaycan-NATO əməkdaşlıq sənədi, Dil testi seminarı, Qarmiş (Almaniya).

8-10 fevral, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, Hərbi-siyasi danışıqlar, Bakı.

8-11 fevral, "AVKOM 2011" Cavabdehlik İnformasiya Təminatı üzrə konfrans. Ştutqart (Almaniya).

9 fevral-21 mart, FTP-dən əlavə olaraq Terrorizm və Təhlükəsizlik Elmləri üzrə proqram çərçivəsində təlimatçı qismində iştirak. Qarmiş (Almaniya).

19-29 fevral. FTP-dən əlavə olaraq NATO akademik təlimatçılar kursu çərçivəsində təlimatçı qismində iştirak. Oberammerqau (Almaniya).

21-25 fevral, NATO akademik təlimatçılar kursu. Oberammerqau (Almaniya).

20 fevral-11 mart, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, qoruma təhlükəsizlik kursu, Ankara (Türkiyə).

21 fevral-3 mart. FTP-dən əlavə olaraq silahlı münaqişə hüququ kursu, Ankara (Türkiyə).

28 fevral-11 mart, Müəllimlər üçün hərbi terminologiya kursu. Macarıstan (Budapeşt).

28 fevral-25 mart, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən döyüş sursatlarını məhvetmə kursu. İzmir (Türkiyə).

1-15 mart. FTP-dən əlavə olaraq Orta və icraçı səviyyəli əməkdaşlar üçün "İcraçı seminar". Vaşinqton (ABŞ).

6-10 mart, Neft axıntısı hallarının qarşısının alınması, Malmö (İsveç).

7-11 mart, Azərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən, "Silahlı Qüvvələr demokratiya şəraitində" mövzusunda seminar. Ştrausberq (Almaniya).

7-11 mart, FTP-dən əlavə olaraq Təbii fəlakətlərdə humanitar yardım əməliyyatları kursu. Narlıtəpə (İzmir, Türkiyə).

7-16 mart, SNT dövlətləri üçün KİV və İctimai əlaqələr üzrə təməl kursu. Spiez (İsveçrə).

7-25 mart, FTP-dən əlavə olaraq FTP-dən əlavə BMT hərbi müşahidəçiləri kursu. Hamburq (Almaniya).

9 mart - 22 noyabr, Azərbaycan-ABŞ iş planına əsasən Səhra Artilleriyası təməl kursu, San-Antonio (ABŞ).

9 mart 2010 - 17 iyun 2012, Azərbaycan-ABŞ iş planına əsasən, HDQ Komanda Qərargah Akademiyasında təhsil, San-Antonio (ABŞ).

10 mart, Müdafiə naziri Səfər Əbiyev Şimali Atlantika Şurasının İSAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələri müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib, Brüssel (Belçika).

14-18 mart. Kiber-terrorizm kursu, Ankara (Türkiyə).

14-16 mart, Azərbaycan-Polşa ikitərəfli əməkdaşlıq planına əsasən, İkitərəfli hərbi əməkdaşlıq üzrə məsləhətləşmələr. Bakı.

17 mart, Polşa Milli Müdafiə Nazirliyi heyətinin səfəri çərçivəsində Polşa və Azərbaycan müdafiə nazirlikləri arasında 2011-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb, Bakı.

14-17 mart. "Elmi və Xəstəliklərə nəzarət üzrə icmal konfransı", Qarmiş-Partenkirxen (AFR).

21-25 mart. NATO Birləşmiş Əməliyyat, Birləşmiş Transformasiya və Hərbi Əməkdaşlıq İdarəsinin Hərbi Əməkdaşlığın Koordinasiyası konfransı, Lütsern (İsveçrə).

21 mart-1 aprel. Hava əməliyyatları üzrə terminologiya kursu, İzmir (Türkiyə).

24 mart-2 iyun FTP-dən əlavə, 6-cı Beynəlxalq Qərargah zabitləri kursu, Liptovski Mikulaş, Slovakiya.

25 mart-17 iyun, Azərbaycan-NATO əməkdaşlıq sənədi, C.Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Ali Təhlükəsizlik Araşdırmaları proqramı çərçivəsində növbəti kursu, Qarmiş-Partenkirxen, Almaniya.

3-15 aprel, FTP-dən əlavə, Qara Dəniz Təhlükəsizlik Proqramı üzrə kurs. Buxarest (Rumıniya), Vyana (Avstriya), Boston (ABŞ).

4-8 aprel, NATO Qərargah zabitləri üçün tanışlıq kursu, Oberammerqau, Almaniya.

4-15 aprel, Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu Brunsum, Niderland.

6 aprel-2 dekabr, Azərbaycan-ABŞ iş planına əsasən, suüstü əməliyyatlar üzrə zabit kursu, San-Antonio, ABŞ.

6 aprel-11 iyun 2012, Azərbaycan-ABŞ iş planına əsasən, HHQ Komanda Qərargah Akademiyasında kurs, San-Antonio, ABŞ.

6 aprel-13 avqust 2012, Azərbaycan-ABŞ iş planına əsasən, xüsusi təyinatlı zabit kursu, San-Antonio, ABŞ.

7-8 aprel, müdafiə naziri Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vəcdi Gönülün dəvəti ilə Türkiyədə səfərdə olub.

7 aprel-30 sentyabr, Azərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən alman dili kursu, motoatıcı tabor komandiri kursu, Hürt, Almaniya.

8-15 aprel, NATO ilə əməkdaşlıq sənədləri, Təbabətə müraciət mövzusunda konfrans, Manheym, AFR.

11-15 aprel, NATO ilə əməkdaşlıq sənədləri, OCC Proqramı çərçivəsində qiymətləndiricilər üçün 21-ci təlim kursu, Kavadarçi, Makedoniya.

11-15 aprel, NATO ilə əməkdaşlıq sənədləri, IPOC Ali zabitlər üçün keçiriləcək kurs çərçivəsində "Tərəfdaşlar üçün tanışlıq kursu", Roma, İtaliya.

11-15 aprel, Strateji kommunikasiya kursu, Ankara, Türkiyə.

11-17 aprel, 14-cü Beynəlxalq Dənizçilik yarışları, İstanbul, Türkiyə.

11 aprel-1 iyul, FTP-yə əsasən, hərbi ingilis dili kursu, Budapeşt, Macarıstan.

12-14 aprel, FTP-dən əlavə, Sülh Naminə Tərəfdaşlıq Konsorsiumunun Terrorizmlə mübarizə üzrə İşçi Qrupunun növbəti görüşü, Reichenau, Avstriya.

18-20 aprel, Türkiyənin Quru Qoşunları komandanı, ordu generalı Erdal Ceylanoğlu Azərbaycana səfər edib. Bakı.

18-29 aprel, Hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursu, İzmir, Türkiyə.

20 aprel-26 yanvar 2012, Azərbaycan-ABŞ iş planına əsasən, Rabitə zabitinin təməl kursu, San-Antonio, ABŞ.

25 aprel-27 may, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Zabitlər üçün KBRN silahlarından müdafiə kursu, İstanbul, Türkiyə.

25-29 aprel, FTP-dən əlavə, Hərbi-dəniz əməliyyatları terminologiyası kursu, Yalova, Türkiyə.

26-28 aprel, Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçirilib. Bakı, Azərbaycan.

27 aprel-6 may, FTP-dən əlavə alman dili müəllimləri üçün təkmilləşdirmə seminarı, Hürt, Almaniya.

27-28 aprel, Azərbaycan-ABŞ iş planına əsasən, İkitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı, Bakı, Azərbaycan.

2-6 may, FTP-dən əlavə Əldədüzəltmə partlayıcı qurğular əleyhinə mübarizə mövzusunda kurs, İzmir, Türkiyə.

2-5 may, "Anadolu Ulduzu-2011" axtarış və xilasetmə təliminin müşahidəçilərin ziyarət günündə iştirak. İzmir, Türkiyə.

4 may-6 sentyabr 2012, Azərbaycan-ABŞ iş planına əsasən, Döyüş dalğıcı kursu, San-Antonio, ABŞ.

9 may-17 iyun, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən, Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı (MPSO İTC) kursu, Vişkov, Çexiya.

9-20 may, NATO-nun İnformasiya əməliyyatları planlaşdırıcıları kursu, Oberammerqau, Almaniya.

10-13 may, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən Hospitala aparılmazdan əvvəl travmalara qarşı mübarizə üzrə hərbi kurs, Kaunas, Litva.

11 may. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair iki müqavilə imzalanıb. Birinci müqaviləyə əsasən, Azərbaycan Türkiyə müəssisələrində istehsal olunun 105 mm-lik top və MODERN piyada tüfənglərinin birgə istehsalı layihəsində iştirak edəcək. İkinci müqavilə çərçivəsində MKEK-in layihələndirdiyi 120 mm-lik çaplı minaatan birgə istehsal olunacaq, İstanbul, Türkiyə.

12-18 may, Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu, Brüssel/Mons, Belçika.

13 may, Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ nəqliyyat komandanlığının komandanı general Dunkan Maknabı qəbul edib. Bakı, Azərbaycan.

16-27 may, Müəllimlər üçün hərbi terminologiya kursu, Budapeşt, Macarıstan.

16-20 may, NATO-nun Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən çoxmillətli birgə tapşırıq qüvvələri (CJTF) əməliyyat planlaşdırma kursu, Bakı, Azərbaycan.

16-20 may, NATO-nun Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən maddi-texniki təminat mövzusunda kursu, Bakı, Azərbaycan.

17-19 may, NATO-nun Brunssumdakı BQK-nın əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi briqada generalı Maykl Jorqensenin Azərbaycana səfəri, Bakı, Azərbaycan.

23-25 may, FTP-dən əlavə, NATO/ABŞ Ekspertlərinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımını davam etdirmək məqsədilə Azərbaycana səfəri, Bakı, Azərbaycan.

23-27 may, FTP-yə əsasən NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşü, Neum, Bosniya və Herseqovina.

23 may-3 iyun, "Hava nəqliyyatına nəzarət üzrə terminologiya" kursu, İzmir, Türkiyə.

23-25 may, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Tibb xidməti mütəxəssislərinin ekspert danışıqları, Hamburq, AFR.

24-25 may, FTP-dən əlavə, ATƏT çərçivəsində hərbi doktrinalar üzrə yüksək səviyyəli seminar, Vyana, Avstriya.

29-31 may, Türkiyə Quru Qoşunları Təlim və Doktrina komandanı Saldıray Berkin başçılıq etdiyi heyət Azərbaycanda səfərdə olub. Bakı, Azərbaycan.

1-6 iyun, HHQ Komandanları konfransı və aviaşou, İstanbul, İzmir, Türkiyə.

2 iyun, Azərbaycan zabitləri İtaliyanın birləşməsinin 150 və İtaliya Respublikasının 65 illiyi münasibətilə Romada hərbi paradda iştirak ediblər, Roma, İtaliya.

6-8 iyun, SQ Hərbi Xarici Dil sahəsində ekspert dəstəyinin təmin edilməsi məqsədilə NATO Beynəlxalq Qərargahının Beynəlxalq Dil Əlaqələndirmə ofisi (BİLC) ekspert qrupunun səfəri, Bakı, Azərbaycan.

6-9 iyun, Hərbi Attaşelərin "VII Sovereign Challenge" konfransı, Dearborn, Michiqan ştatı, ABŞ.

6-9 iyun, FTP-dən əlavə NATO-nun Birləşmiş Analiz və Təcrübələrin Öyrənilməsi Mərkəzinin (JALLC) ekspert qrupunun səfəri, Bakı, Azərbaycan.

6-9 iyun, Azərbaycan-ABŞ iş planına əsasən, Missiyaqabağı səhra yoxlama təlimlərinin planlaşdırılması mövzusunda seminar, Bakı, Azərbaycan.

6-10 iyun, "Combined Endeavor-2011" təliminin Yekun Planlaşdırma konfransı, Budva, Çernoqoriya.

6-10 iyun, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Oberammerqau, Almaniya.

6-10 iyun, Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu, Oberammerqau, Almaniya.

6-18 iyun, "Sea Breeze 2011" təlimi, Odessa, Ukrayna.

6 iyun-1 iyul, FTP-dən əlavə, "Beynəlxalq Qərargah zabitləri üçün bacarıqlar" kursu, Sarayevo, Bosniya və Herseqovina.

7-8 iyun, Eternity-2011 təliminin əsas planlaşdırma konfransı, Bakı, Azərbaycan.

9 iyun, Səfər Əbiyev NATO müdafiə nazirlərinin Əfqanıstanda ISAF əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak edib, Brüssel, Belçika.

9 iyun, Azərbaycan-Polşa hərbi əməkdaşlığı, Səfər Əbiyev Brüsseldə Polşanın müdafiə naziri Boqdan Kliç ilə də görüşüb, Brüssel, Belçika.

13-24 iyun, NATO-nun Litvada irimiqyaslı "Kəhrəba ümid-2011" manevrlərində müşahidəçi kimi iştirak, Vilnüs, Litva.

14-15 iyun, Azərbaycan-Polşa ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkənin Silahlı Qüvvələrinin hüquq xidmətinin seçilmiş aspektləri üzrə hərbi hüquqşünaslar arasında məsləhətləşmələr, Bakı, Azərbaycan.

14 iyun - 8 iyul, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, "Avropa təhlükəsizliyi-2011" kursu, Hamburq, AFR.

15 iyun-5 yanvar 2012, Azərbaycan-ABŞ iş planına əsasən, Piyada zabitinin təməl kursu, San-Antonio, ABŞ.

15-16 iyun, Kooperativ tipli təlimləri: Birgə təlimlərin xüsusiyyətləri konfransı, Mons, Belçika.

20-22 iyun, Cənubi Qafqaz və Moldova "Clearing House" konfransı, Berlin, Almaniya.

20-22 iyun, FTP-dən əlavə, "Yırtıcı Şahin-3" təliminin 2-ci koordinasiya iclası, Doha, Qətər dövləti.

20-24 iyun, Azərbaycan-ABŞ iş planına əsasən, Birgə əməliyyatlar simpoziumu. Konstanta, Rumıniya.

20 iyun - 1 iyul, Dil testi seminarı, Garmiş, Almaniya.

21 iyun, Türkiyə SQ Quru Qoşunları Hərbi Akademiyasının (Kara Harp Akademisi) komandanı, general-leytenant Mətin Gürakın rəhbərlik etdiyi heyətin səfəri, Bakı, Azərbaycan.

23 iyun, Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini, xanım Seleste Vollenderi qəbul edib, Bakı, Azərbaycan.   

 

 

Ayna.- 2011.- 23 iyul.- S.10-15.