Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Təşkilata üzv olub

 

YUNESKO nəzdində Uşaq Gənclər Teatrları Beynəlxalq ASSİSTEJ-nin İcraiyyə Komitəsi Fransada keçirilmiş qurultayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını böyük səs çoxluğu ilə ASSİTEJ üzvlüyünə qəbul etmişlər.

Eyni zamanda, Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunmuş, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Komitəsinin sədrliyinə təyin olunub.

Azərbaycan Milli Komitəsinin əsas vəzifələri ASSİSTEJ-ə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərləri, beynəlxalq teatr festivalları treninqlər, konfranslar, ustad dərsləri təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaqdır.

 

 

Ayna.- 2011.- 4 iyun.- S.20.