İki Azərbaycan rəssamının İsveçdə sərgisi
açılır
Müseyib Əmirov və Eldar
Babazadə yeni əsərlərini təqdim edirlər
İyunun
5-dən iyulun 10-dək İsveçin Uttersberq şəhər
"Astli qalereyası"nda Azərbaycan rəssamlarının
sərgisi keçirilir. Sərgi Azərbaycanın İsveç
səfirliyinin təşəbbüsü ilə təşkil
olunub. Sərgidə rəssamlarımızdan Müseyib Əmirov
və Eldar Babazadə iştirak edirlər.
Müseyib
Əmirov "Turan"a bildirib ki, bu sərgi üçün
iştirakçılar hərəsi 10-dan çox əsərini
İsveçə aparır. "Mən bu rəsmləri
xüsusi olaraq o sərgi üçün çəkmişəm,
odur ki, onlar tamamilə yenidir", - deyə Əmirov qeyd edir.
Eldar
Babazadə isə rəsm əsərləri ilə
yanaşı, metal üzərində işlərini də
isveçlilərə təqdim edir.
"Astli
qalereyası" 1968-ci ilin payızında Kepinq şəhərində
təsis edilib. 1977-ci ilin mayında məşhur İsveç
kolleksioneri və qalereyaçısı Astli Nyülen (Astley
Nyülen) qalereyanı alıb və Uttusberq adlı yerdə dəmiryol
stansiyasının boş qalmış köhnə binasına
köçürülüb. Qalereyaya təkcə incəsənətlə
maraqlanan isveçlilər deyil, xarici turistlər də baş
çəkirlər.
Sovet
heykəltəraşı - dissident Ernst Neizvestnı qalereyada
öz sərgisini açdıqdan sonra bura daha da məşhurlaşıb.
O, demək
olar, hər yay Astli Nyülenin
ona verdiyi atelyeyə gəlirdi. Heykəllər parkında E.Neizvestnı
ilə yanaşı, Pyer Olofsson, Lras Enqlund, Takahaşi
Naraha və bir çox digər heykəltəraşların
əsərləri təqdim
olunub. Astli Nyülen İsveçdə
mədəniyyət sahəsində
ən maraqlı insanlardan biri olub.
İsmayıl
Ayna.- 2011.- 4 iyun.- S.20.