Milanda gənc rəssamların sərgisi açılıb
Azərbaycandan üç rəssam təmsil olunur
Milanda
türkdilli dövlətlərin gənc rəssamlarının
bədii sərgisi açılıb. Sərgi TÜRKSOY Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının təşəbbüsü
və İtaliyanın Milan şəhərində fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət
Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Azərbaycanın
İtaliya səfirliyindən APA-ya verilən məlumata görə,
sərgidə 30 rəssamın 40 əsəri nümayiş
etdirilir. Bu sərgidə Azərbaycanı üç gənc
rəssam - Rəşad Mehdiyev, Məmmədhüseyn
Hüseynov və Murad Allahverdiyev təmsil edirlər. Tədbirin
açılışında çıxış edən
TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın
tarixi və fəaliyyəti, sərgidə nümayiş
etdirilən əsərlər və onların müəllifləri
barədə danışıb. Rəsmi
açılışdan sonra Azərbaycan Mədəniyyət
Assosiasiyasının rəqs qrupunun italiyalı gənc
üzvləri bütün türk xalqlarının rəqslərini
nümayiş etdiriblər.
Tədbirə
İtaliyanın mədəniyyət, incəsənət və
elm adamları, yerli hakimiyyətin təmsilçiləri,
İtaliyada fəaliyyət göstərən türkdilli
dövlətlərin diplomatları, Milan şəhərində
yaşayan azərbaycanlılar qatılıblar. Sərgi iyul
ayının üçünə qədər Milanda, daha
sonra Florensiya və Venesiya şəhərlərində davam
edəcək.
Ayna.- 2011.- 25 iyun.- S.20.