Yerli musiqiçilər "Altiplano" ilə bir səhnədə

 

İki musiqinin orijinal sintezi

 

Azərbaycan müxtəlif festival layihələrlə dünya musiqi mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdədir. Belə layihələrdən biri martın 11-də Heydər Əliyev Sarayında keçiriləcək "Salam-Hola" layihəsidir. Konsert Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə baş tutur. Layihədə Cənubi Amerikadan - Ekvadordan olan "Altiplano" musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin sintez musiqisi səslənəcək.

"Altiplano" musiqiçilərimiz gənc istedadlı muğam ifaçıları ilə birgə çıxış edəcəklər. "Altiplano" qrupunu muğam ifaçılarımızı Siyavuş Kərimi (piano), Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) müşayiət edəcək. Xanəndələrdən isə Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Bəyimxanım Mirzəyeva, Təyyar Bayramov, Vəfa Orucova, İlkin Əhmədov, Güllü Muradova Ehtiram Hüseynov çıxış edəcək.

Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə 2002-ci ildə bir araya gələn Latın Amerikası Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildəki Bakı konsertiylə başlayıb. Bu konsertdən sonra "Altiplano" qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınıb, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənib hazırlanıb.

Bu müddət ərzində Azərbaycanın aparıcı musiqiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülbüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyeva, Lalə Məmmədova, eləcə instrumental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Abdülrəhimovun ifaları yazılıb. Əldə olunmuş musiqi nömrələri 2007-ci ildə Norveçin "Kirkerlis Kulturverskted" şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ildə "Transatlantik non-stop" marka adı altında hazırlanmış alboma daxil edilib. 2007-ci ilin aprel ayı üçün Moskvanın "Dünya albomları" musiqi onluğuna daxil olub.

 

 

Z.Rüstəm  

 

Ayna.- 2011.- 5 mart.- S.20.