"Teleskop"un məşqləri başlandı
Akademik Milli
Dram Teatrında xalq yazıçısı Elçinin
"Teleskop" tragikomediyası
əsasında yeni tamaşanın məşqlərinə
başlanıb. Teatrın mətbuat katibi Elçin Cəfərovun
bildirdiyinə görə, quruluşçu
rejissor Finlandiyada yaşayan azərbaycanlı
Kamran Şahmərdandır. Tamaşaya tərtibat vermək üçün
məşhur səhnə
tərtibatçısı Eduard Koserqin Milli Dram Teatrına dəvət olunub. Tamaşanın geyim
üzrə rəssamı Eduard Koserqinin həyat
yoldaşı Anna Koserqinadır. On bir şəkildən
və iki epiloqdan ibarət
tragikomediyanın musiqi tərtibatçısı
Həmid Kazımzadə, rejissor
assistenti Xanım Həsənovadır.
Kamran
Şahmərdan uşaq yaşlarında rejissor Gülbəniz Əzimzadənin
"Qaladan tapılan mücrü" filmində baş rol ifa
edib. Orta təhsilini Bakıda alan Kamran Şahmərdan Stokholm
İncəsənət Akademiyasını bitirib. UNİMA Beynəlxalq
Kukla Teatrları Assosiasiyasının üzvüdür.
Finlandiyada 1999-cu ildən yaşayır. Rusiyanın xalq rəssamı,
Rusiya İncəsənət Akademiyasının həqiqi
üzvü, dövlət mükafatları laureatı olan
Eduard Koçerqin Rusiya, Finlandiya, Yuqoslaviya, Polşa,
Macarıstan, Fransa, Almaniya, ABŞ, Kanada və Yaponiyanın
müxtəlif teatrlarında 200-ə yaxın tamaşaya tərtibat
verib.
Ayna.- 2011.- 5 mart.- S.20.